Kəlbəcər mahalından qaçqın düşən Dağıstan Abdullayev 1993-cü ildən Tərtər rayonunun Ağkənd kəndində məskunlaşıb. Gəncə Dövlət Universitetini də elə 1993-cü ildə bitirib. O vaxdan da Ağkənddə yerləşən Kəlbəcər rayon 68 saylı orta məktəbində direktor müavini işləyir. Ailəlikcə kənd camaatına qaynayıb qarışıblar. Ailədə 4 nəfərdilər–özü, həyat yoldaşı və iki qızı.
O danışır, mən qulaq asıram. Hiss edirəm ki, kəndlərindən, o dağlardan, meşələrdən, buz bulaqlardan danışdıqca kövrəlir. Deyir ki, Azərbaycanımızın hər bir guşəsi bizim üçün doğmadır, əzizdir. Amma bununla belə hər kəsin doğulub, boya-başa çatdığı istər kənd olsun, istərsə də şəhər, onun əsl vətəni, yurd yeri sayılır.
Elə mənim doğulub boya-başa çatdığım Kəlbəcər mahalının Zivel kəndi kimi. Uca dağların qoynunda qərar tutan bu kənd Kəlbəcərin ən qədim kəndlərindən sayılır. Qalın meşələrlə, sıldırım qayalarla əhatə olunmuş bu kəndin havası da, durna gözlü bulaqları da insan sağlamlığı üçün sanki can dərmanıdır.
Necə qaçqın düşdüyünü soruşuram. Deyir ki, ermənilər kəndimizi qəflətən ağır silahlardan atəşə tutdular. Camaat–kimi piyada, kimi atlaulaqla kəndi tərk elədi: 72 nəfər qız-gəlini isə bir “KamAZ”maşınına yığıb, Murov yolu ilə Gəncəyə yola saldıq. Oradan da Tərtərin Ağkənd kəndinə gəldik. Əvvəldən də bilirdik ki, bu kənddə Kəlbəcərdən olan insanlar çoxdur. O, sözünə davam edir. Daha ətraflı »
-
07SenDigər O DAĞLARIN NİSGİLİNİ ÇƏKİRƏM üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
29AvqSosial CƏBHƏ BÖLGƏSİ OLAN TƏRTƏR GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞİR üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin elektron saytında qeyd olunur ki, aprel ayında ermənilərin törətdikləri silahlı təxribatdan sonra Respublika Prezidentinin öz həyatını riskə ataraq xanımı ilə birgə Tərtər rayonuna səfəri, onun rayon ərazisində yerləşən hərbi hissədə əsgər və zabit heyəti ilə görüşü, Tərtər şəhərində, düşmənin 200 metrliyində təmas xəttində yerləşən Qapanlı kəndində dağılmış evlərə baxış, rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirməsi sakinlərin əhval-ruhiyyəsini, ölkə rəhbərinə– Ali Baş Komandana inamını daha da artırmış, tərtərlilər bir daha rayonumuza, onun sakinlərinə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğını hiss etmiş, əmin olmuşlar ki, Ali Baş Komandan, öz dediyi kimi, hər bir vətəndaşın prezidentidir.
Səfərdən sonra möhtərəm Prezidentimiz müharibənin rayona vurduğu zərərin aradan qaldırılması üçün Prezidentin ehtiyat fondundan rayona 3 milyon manat pul ayırmışdır. Daha ətraflı »Teqlər: Sosial
-
29AvqXəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
YENİ İŞ YERLƏRİ YARADILIB
Şəhərdə 7 ədəd çoxmərtəbəli yaşayış binalarının fasad və giriş hissələri suvanıb rənglənmişdir. Bu işlərin görülməsi üçün əhalinin məşğulluğunun təmin olunması məqsədilə 100 nəfər Tərtər sakini işə götürülmüşdür. Bundan başqa, şəhərdə aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində işləmək üçün 70 yeni iş yeri yaradılmış və 70 nəfər Tərtər sakini daimi işlə təmin olunmuşdur.
Teqlər: Xəbərlər
-
29AvqXəbərlər “YENİ TƏRTƏR”İN 11 YAŞI QEYD OLUNDU üçün şərhlər bağlıdır
“Yeni Tərtər” qəzetinin ilk nömrəsinin çapdan çıxması münasibəti ilə redaksiyada tədbir keçirildi. Qəzetin baş redaktoru Tofiq Yusif 7 illik fasilədən sonra qəzetin yenidən nəşr olunmağa başlamasının rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd etdi. Bildirdi ki, ilk vaxtlar işdə bir sıra çətinliklər olsa da (bina, lazımi avadanlıq yox idi, kollektiv formalaşmamışdı), “Yeni Tərtər”in ilk nömrəsi 2005-ci il avqustun 20-də işıq üzü gördü.
Artıq 11 ildir ki, “Yeni Tərtər” ayda üç dəfə oxucularının görüşünə gəlir.
Qəzetin əməkdaşı Əvəz Nəsirov öz çıxışında bildirdi ki, gənclik illərindən indiyədək, təxminən yarım əsrə bərabər bir müddətdə redaksiyada çalışıb. Bu gün informasiya bolluğu şəraitində yaşasaq da, müxtəlif qəzet və jurnallar, elektron media sırasında “Yeni Tərtər”in öz yeri və özünəməxsus dəsti-xətti var.
Gənclər adından çıxış edən Türkan Sabirli göstərdi ki, mən Bakı Dövlət Universitetini bitirdikdən sonra ilk iş yerim “Yeni Tərtər” qəzeti redaksiyası olub. Hesab edirəm ki, həyatda bəxtim gətirib. Çünki BDU-da nəzəri biliklərə yiyələndimsə, redaksiyada çalışdığım müddətdə yaşlı nəslin nümayəndələrinin təcrübəsindən bəhrələndim, qəzet işi, onun dizaynı kimi çox maraqlı bir sahəni öyrəndim.
Yığıncağın sonunda xatirə fotoşəkli çəkdirildi.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
29AvqXəbərlər 95 SAYLI TƏRTƏR DAİRƏ SEÇKİ KOMİSSİYASINDA TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar (22-24 avqust 2016-cı il) keçirilir. Belə tədbir 95 saylı Tərtər Dairə Seçki Komissiyasında da təşkil olunmuşdur.
Tərtər rayonunda keçirilən tədbiri 95 saylı dairə seçki komissiyasının sədri Həmid Mehdiyev açdı. Tədbir barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi. Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, “Seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və. s bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda toplantı iştirakçıları qarşısında çıxış etdi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29AvqXəbərlər RASİM MÜRSƏLOV KÜÇƏSİNƏ ASFALT ÖRTÜYÜ SALINIR üçün şərhlər bağlıdır
Şəhərin Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində səkilərə 1450 kvm tamet daşı döşənmişdir. Elman Hüseynov küçəsində 4 km məsafəyə yeni səki daşları (bardyur) düzülmüş, küçə genişləndirilmiş, burada kommunikasiya xətləri qaydaya salınmış, yol boyu yaşıllıq zolağı salınmış, gecə işıqlandırılması çəkilmişdir. E. Hüseynov, Ş.Qurbanov və M. Mahmudov küçələrinə bütünlükdə asfalt örtüyü salınmışdır. Hazırda R. Mürsəlov küçəsinə asfalt örtüyün salınmasına başlanmışdır.
Teqlər: Xəbərlər
-
29AvqXəbərlər KOMPÜTER KURSUNUN ÜÇÜNCÜ BURAXILIŞI üçün şərhlər bağlıdır
Bu günlərdə rayon Gənclər Mərkəzində fəaliyyət göstərən “İdeal” kompüter kurslarının üçüncü buraxılışı olub. Kursu bitirən 59 nəfərdən 26-sı diplom, 33-ü isə sertifikat alıb.
Həmin kurs üç ildir ki, Tərtərdə fəaliyyət göstərir. Bu müddət ərzində 142 nəfər kompüterin sirrini mənimsəyərək müvafiq olaraq sertifikat və diplom almışdır. Üçüncü buraxılışın məzunlarına sənədlərin təqdim olunması münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri Svetlana Əzizova, Qadir Mədətov, Füzuli Əliyev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, maliyyə idarəsinin müdiri Zahid Təhməzov, mənzil-istismar sahəsinin rəisi Hafis Ələkbərov iştirak etmişlər.
Kursun baş direktoru Araz Əliyev, Tərtər filialının rəhbəri Taleh Qurbanovdur.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
29AvqXəbərlər KÖRPÜ TİKİLƏCƏK üçün şərhlər bağlıdır
Gəncə şəhərinə yolu düşənlər, Goranboy-Tərtər avtomobil yolunun 18-ci kilometrində yerləşən İncə çayı üzərindəki qəzalı vəziyyətdə olan körpünü görüb, həmişə təəssüf hissi keçirirlər. Bu yaxınlarda əlaqədar təşkilatlardan öyrəndik ki, həmin körpünün inşası üçün layihə-smeta sənədləri hazırlanmışdır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır. Həmçinin 2016-cı ilin 6 ayı ərzində rayonda respublika əhəmiyyətli avtomobil yollarında 379,2 min manatlıq, yerli əhəmiyyətli avtomobil yollarında 57,4 min manatlıq təmir işləri görülmüşdür. Respublika əhəmiyyətli Goranboy- Tərtər avtomobil yolunun 18-36 kilometrlərində əsaslı təmir və yenidənqurma işləri aparılması üçün layihə-smeta sənədləri hazırlanır.
Teqlər: Xəbərlər
-
29AvqXəbərlər “VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN REGİONLARDA TƏBLİĞİ üçün şərhlər bağlıdır
Tərtər rayon Gənclər Mərkəzində “Gənc Politoloqlar Mərkəzi” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tunarə Məmmədzadə iştirakçıları salamlayaraq “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun regionlarda təbliği” layihəsinin əhəmiyyətindən və rayonda bu sahədə görülən işlərdən danışıb. Sonra «Gənc Politoloqlar Mərkəzi»nin sədri İlkin Əliyev və hüquqşünas təlimçi Lamiyə Məmmədova layihə haqqında məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni Qanuna müasir dövrün tələblərinə və beynəlxalq hüququn normalarına uyğun olaraq bir çox yeni müddəalar əlavə edilmişdir. Mövzu ilə bağlı Tərtər Rayon Polis şöbəsinin rəis müavini İlqar Fərəcov, Tərtər Rayon Prokurorunun köməkçisi Rəşid Bayramov öz fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılara maarifləndirici materiallar paylanıb. Növbəti gün tədbir Tərtər Peşə Təlimi Mərkəzində davam etdirilib.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
29AvqXəbərlər KÖRPƏLƏR EVİ-USAQ BAĞÇASI İSTİFADƏYƏ VERİLƏCƏK üçün şərhlər bağlıdır
Şəkildə gördüyünüz bu ikimərtəbəli yaraşıqlı bina şəhərimizin Nizami küçəsində inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçası üçün nəzərdə tutulub.
Burada mətbəxt, sanitar otağı, iş otağı, uşaqlar üçün oyun otağı, yataq otağı, kompüter otağı vardır. Bir sözlə, bura hər cür şəraiti olan uşaq bağçasıdır.
Müasir tələblərə cavab verən bu binanın ümumi sahəsi 1200 kvadratmetrdir.
İnşasına 2015-ci ilin əvvəllərində başlanmışdır. Dam örtüyü müasir mansard üslubunda vurulmuşdur.
Şəhərimizin ümumi gözəlliyini daha da artıran bu bina və burada yaradılan şərait balaca sakinlərin də xoşlarına gələcəkdir.
Körpələr evi-uşaq bağçası tezliklə istifadəyə veriləcəkdir.Teqlər: Xəbərlər
Yeni ismarıclar