Bu günlərdə rayon Gənclər Mərkəzində fəaliyyət göstərən “İdeal” kompüter kurslarının üçüncü buraxılışı olub. Kursu bitirən 59 nəfərdən 26-sı diplom, 33-ü isə sertifikat alıb.
Həmin kurs üç ildir ki, Tərtərdə fəaliyyət göstərir. Bu müddət ərzində 142 nəfər kompüterin sirrini mənimsəyərək müvafiq olaraq sertifikat və diplom almışdır. Üçüncü buraxılışın məzunlarına sənədlərin təqdim olunması münasibəti ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri Svetlana Əzizova, Qadir Mədətov, Füzuli Əliyev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, maliyyə idarəsinin müdiri Zahid Təhməzov, mənzil-istismar sahəsinin rəisi Hafis Ələkbərov iştirak etmişlər.
Kursun baş direktoru Araz Əliyev, Tərtər filialının rəhbəri Taleh Qurbanovdur.
“Yeni Tərtər”