Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Avq

    Изображение 006Изображение 020Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış üçgünlük kurslar (22-24 avqust 2016-cı il) keçirilir. Belə tədbir 95 saylı Tərtər Dairə Seçki Komissiyasında da təşkil olunmuşdur.
    Tərtər rayonunda keçirilən tədbiri 95 saylı dairə seçki komissiyasının sədri Həmid Mehdiyev açdı. Tədbir barədə toplantı iştirakçılarına ətraflı məlumat verdi. Sonra Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, “Seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və. s bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda toplantı iştirakçıları qarşısında çıxış etdi.
    Gündəlikdə duran ikinci məsələ ilə bağlı–“Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” mövzusunda isə Tərtər rayon məhkəməsinin hakimi Mübariz Məmmədov danışdı.
    Açıq diskussiya şəraitində keçən tədbirdə 11 saylı Qaraağacı seçki məntəqəsinin sədri Məzahir Quliyev, 5 saylı seçki məntəqəsinin sədri Azad Abbasov, 12 saylı seçki məntəqəsinin sədri Məzahir Həsənov, 24 saylı seçki məntəqəsinin sədri Asif Alıkişiyev, 8 saylı seçki məntəqəsinin sədri Zabil Zeynalov, 30 saylı seçki məntəqəsinin sədri Oqtay Məm-mıdov və başqaları müzakirələrdə daha fəal iştirak etmişlər.
    Sonda tədbiri Həmid Mehdiyev yekunlaşdırdı.

    Müəllif: Redaktor, 15:46

    Teqlər:

İsmarıclar bağlıdır.