Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen
    Kənd təsərrüfatı PAMBIQÇILIQ İNSANLARA ŞAN-ŞÖHRƏT GƏTİRİR üçün şərhlər bağlıdır

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-11972-ci ildə o zamankı İliç adına kolxo-zun sədri rəhmətlik Əyyub Nəbiyevlə pambıqçılığa dair respublika müşavirəsində iştirak edirdik. Söz Əyyub müəllimə veriləndə bildirdi ki, bu il yetişdirdiyimiz məhsulun 80 faizini maşınla toplayacağıq. Ulu Öndər elə buradaca sual verdi:
    –Niyə 80 faizini? Məhsulun hamısını maşınlarla yığmaq mümkün deyilmi?
    Əyyub müəllim bir an fikirləşib cavab verdi:
    –Mümkündür və biz bunu edəcəyik.
    Həmin il İliç adına kolxozda yetişdirilən “ağ qızıl”ın hamısı texnikanın gücü ilə toplandı. Bu-nun sayəsində kolxoz pambıqçılıqdan çox böyük gəlir götürdü və hətta 30 nəfərə əməkdə qazandığı nailiyyətlərə görə mükafat olaraq “Jiquli-011” markalı minik maşınları verildi. İlin sonunda kolxozçular əməkgününə yaxşı pul aldılar. Yəni Heydər Əliyevin hakimiy-yətdə olduğu dövrdə biz pambıqçılığın Azərbaycan kəndlisinin həyatına necə firavanlıq gətirdiyinin şahidi olmuşuq və əminik ki, müasir dövrdə bu ənənələrin bərpası mümkündür, hətta o dövrdə olduğundan da artıq nailliyyətlər əldə edə bilərik. Ona görə ki, indi elm və texnika daha sürətlə inkişaf edib və əkinçilikdə ən müasir texnologiyalardan istifadə edilir.
    Ötən illərlə bağlı daha bir xatirə daim yaddaşımdadır. 1981-ci il idi. O zaman mən 3 nömrəli komsomolçu-gənclər briqadasına başçılıq edirdim. Briqadamızın kollektivi 100 hektar sahədən maşınlarla 317 ton pambıq toplamışdır. Bütövlükdə isə həmin mövsümdə 400 tondan çox məhsul tədarük etdik. Həmin nailiyyətimizə görə kollektivin başçısı kimi məni “Şərəf nişanı” ordeni ilə təltif etdilər. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Kənd təsərrüfatı ÜRƏKDƏN BƏYƏNİRƏM üçün şərhlər bağlıdır

    1Bu yaxınlarda ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına dair Sabirabadda keçirilən respublika müşavirəsini televiziyada diqqətlə izlədim. Bu xəbər məni həm sevindirdi, həm də bir neçə il geriyə–Azərbaycanda pambıqçılığın sürətlə inkişaf etdirildiyi günlərə qaytardı. Bu da əbəs deyil. Bəlkə də başqa peşə sahibi olsaydım, bir o qədər də təsirlənməzdim
    Mən 1971-ci ildən 1981-ci ilə kimi bizim dörd kəndi birləşdirən “Özbəkistan” kolxozunda pambıqçılıq briqadiri işləmişəm. O zaman pambıq sahələrindən daim yüksək məhsul götürdüyümüzə görə əməyim yüksək qiymətləndirilirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Əmək igidliyinə görə” medal almışam.
    Müxtəlif fəxri döş nişanlarına layiq görülmüşəm. Dəfələrlə Fəxri fərman, tərifnamə və digər həvəsləndirici mükafatlar almışam. İşlədiyim illərdə qabaqcıl əmək adamı kimi rayon və kənd Sovetinin deputatı seçilmişəm. Partiya sıralarına qəbul olunmuşam. Nümunəvi işimin nəticəsi kimi “QAZ-24” markalı minik avtomobili ilə mükafatlandırılmışam. Bax, bütün bu saydıqlarımın hamısı pambıqçılıqda qazanılan yüksək nəticələrin məhsuludur.
    Yaxşı yadımdadır, 1976-cı il idi. Ulu Öndər Heydər Əliyev Tərtərdə olanda qabaqcıl təsərrüfat kimi bizim briqadaya da gəlmişdi. Adamlarla səmimi görüşdü, söhbət elədi. Briqadir kimi məni sorğu-suala tutdu. Bu, sanki bizə qolqanaq verirdi. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Mədəniyyət Milli Musiqi Günü üçün şərhlər bağlıdır

    MUSİQİNİN BƏXŞ ETDİYİ XOŞBƏXTLİK

    dsc_7220Milli Musiqi Günü münasibətilə Tərtər Rayon Musiqi Məktəbinin müəllimi Sevil Teymurova ilə əlaqə saxladım. Musiqimizdəki uğurlardan söhbət açdıq. Sevil müəllım bildirdi ki, hələ orta məktəbin aşağı siniflərində oxuyarkən musiqiyə bağlı insan olub. Rəqsə gedib, milli rəqslərimzi ifa edib. Böyüdükcə bu həvəs daha da çoxalıb. Bunu görən böyükləri onu yeddiillik musiqi məktəbinin fortepiano şöbəsinə gətiriblər. Burada təcrübəli müəllimlərdən dərs alıb. Sonralar təhsilini Asəf Zeynallı adına musiqi kollecində davam etdirib, 1976-cı ildən rayon musiqi məktəbində müəllim işləyir. 1998-ci ildən isə məktəbdə fəaliyyət göstərən iki şöbədən birinə–fortepiano şöbəsinə rəhbərlik edir. Artıq qırx ildir ki, burada müəllim kimi fəaliyyət göstərir.
    Sevil müəllim deyir ki, Azərbaycan musiqisi çox zəngindir. Bizim muğamımız, xalq və bəstəkar mahnılarımız, aşıq havalarımız var. Milli Musiqi günü isə dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəyovun doğum günü qeyd edilir. Hamıya məlumdur ki, gündən-günə musiqimiz inkişaf edir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı muğam operaları “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operaları musiqi tariximizə daxil olmuş yaradıcılıq nümunələridir. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Ədəbiyyat YENİDƏN DÜNYAYA GƏLƏRƏMSƏ, MÜƏLLİM OLACAĞAM üçün şərhlər bağlıdır

    56055–Yaşım altmışın üstündə olsa da, qəlbimin lap dərinliyindəki eşq odunun istisi ilə qızınan ruhum hələ cavandır.
    Şüurlu yaşadığım əlli ildə pis bildiyim heç nəyi təkrar etmədim, yaxşı bildiyim heç nəyin üstündən xətt çəkmədim.
    Yaşadığım illəri yenidən olduğu kimi yaşayardım, tək bir dəyişiklik etməklə: Əgər yenidən bir də bu dünyaya gələrəmsə, peşə kimi Müəllimliyi seçərdim. Və heç vaxt təqaüdə çıxmadan yenidən dünyamı dəyişənə kimi Müəllim işləyərdim. Gün kimi isti, ay kimi işıqlı, bulaq suyu kimi saf, dağ havası kimi təmiz balalara həyat dərsi öyrədərdim. Mən Müəllim olardım!
    Millətini olduğu kimi sevən, tarixini, ədəbiyyatını, mədəniyyətini uca tutan, torpağını sevən və onun müqəddəsliyinə inanan və inandırmağı bacaran müəllim olardım. Şagirdlərimə sevməyi öyrədərdim. Öyrədərdim ki, onlar yaxşı nə varsa sevsinlər, pisin mənşəyini öyrənsinlər. Axı, yaradan heç nəyi pis yaratmayır. Bəs nə üçün pisliklər yaranır?…
    Qəfil səs məni fikirdən ayırdı.
    –Salam əleyküm! Bərk fikrə getmişdiniz.
    –Və əleyküm salam! Hə, fikirdə idim. Fikirləşə bilməyən insanla ölmüş insanın fərqi birincinin gözünü döyməsində, ikincininsə göz qapaqlarının örtülü olmasındadır. İnsanın yarada bildiyi nə varsa, hamısı insan fikrinin, idrakının məhsuludur. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Mədəniyyət 27 SENTYABR – ÜMUMDÜNYA TURİZM GÜNÜ üçün şərhlər bağlıdır

    TURİZMİ İNKİŞAF ETDİRMƏLİYİK

    azerbaycanin-kuzeybati-bolgesinde-kis-turizm-merkezi-olarak-bilinen-002Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycan Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur
    Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən aidiyyatı qurumlar tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çox saylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb.
    Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun çox-saylı layihələr həyata keçirilir.
    Turizmin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır və bu infrastruktur da Azərbaycanda gündən-günə artır. Təkcə Bakıda yox, regionlarda, rayon mərkəzlərində, istirahət üçün yararlı əksər yerlərdə çoxulduzlu mehmanxanalar fəaliyyət göstərir. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. “Azərbaycan 2020: gələcəyə baxış” adlı inkişaf konsepsiyasında da ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Ədəbiyyat “ŞEİR DƏ GÜZGÜ KİMİDİR” üçün şərhlər bağlıdır

    qesemHəmyerlimiz şair Qəşəm Çıraqlının “ Şeir də güzgü kimidir” adlı növbəti kitabı çapdan çıxıb. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəşəm Çıraqlı “Dünya həmin dünyadır”, “Fikir burulğanı”, “Yollar sabaha gedir” “Ömrün işığı”, “Mən hamıya inanıram”, “Tarazlıqda yaşayırıq”, “Bir işıq ucundan tutub gedirəm”, “Bu dünya Tanrıya səcdə yeridir”, “Yolumuz ömrümüz boydadır” və “Əsərləri” (I-II cild) şeir kitablarının müəllifidir.
    Qəşəm Çıraqlı bədii yaradıcılığındakı uğurlarına görə “Vətən” və “ Qızıl Qələm” mükafatlarına, həmçinin “Qafqaz Media” İçtimai Birliyinin Fəxri Diplomuna layiq görülmüşdür.
    “ Şeir də güzgü kimidir” kitabı sanki bir ağsaqqalın oxucu ilə səmimi söhbətidir. Şeirlər öz hikməti ilə oxucunu düşündürür. Bu isə tamamilə fərqli bir üsluba malik şairi oxuculara sevdirir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Sen
    Ədəbiyyat MÜBARİZ İBRAHİMOV FENOMENİ üçün şərhlər bağlıdır

    012%d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b911-1
    Atalar çox gözəl deyiblər ki, “Ot kökü üstə bitər”. Əsrlər boyu nəsildən-nəslə keçən, ağızdan-ağıza ötürülən və həyatda dəfələrlə öz təsdiqini tapan bu məşhur deyim bizim dövrümüzdə bir daha igid Azərbaycan oğullarının sayəsində öz təsdiqini tapmışdır. Qəhrəman oğullarımız mənfur erməni quldurlarına qarşı döyüşən zaman göstərdikləri şücaətləri ilə ulu babalarımızın dediklərini bir daha gerçəkliyə çevirdilər. Həmin qəhrəman Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovdur.
    Mübarizi həyata bəxş edən xalq çox sayda qəhrəmanlar yetirmişdir. Dədə Qorqud igidləri, Babək, Koroğlu, Qaçaq Nəbi, Həzi Aslanov, Qafur Məmmədov və Azərbaycanın müstəqilliyi dövründəki yüzlərlə qəhrəmanlarımız.
    Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq özünün qeyri-adiliyi ilə seçilir. O, Koroğlu babamızın “Tüfəng çıxdı, qəhrəmanlıq getdi” fikrinin doğru olmadığını öz şəxsi şücaəti ilə təsdiqləməklə bərabər, eyni silahla silahlanmış düşmənin çoxlu sayda əsgərini məhv etdi.
    Onun göstərdiyi igidlik İkinci Dünya müharibəsində Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin yeni formada da-vamı, general Həzi Aslanovun düşündüyü hərbi-taktiki gediş-lərin fərdi döyüşçü tətbiqidir desək, yəqin ki, mübaliğəyə yol vermərik. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər ZIRRAMA SÜRÜCÜLƏR üçün şərhlər bağlıdır

    dsc_5902dsc_5907Qardaş, bu Tərtərin elə sürücüləri var ki, onlara “zırrama” deməkdən özümü saxlaya bilmirəm. “Zırrama” sözü də ki, çox ağır sözdür və bu sözə dözmək zor işdir. “Zırrama”, yəni “hır”nan “zır”ı qanmayan, “haho”, “hiş” bilməyən bir zaddır. Məsələn, bir komediyada deyildiyi kimi: “Özünə baxma, bu donuz ki, var, çox qanmaz heyvandır” və yaxud farslar belə ifadə işlədirlər: “Necəsən qanmayım, dədən yansın?!”. Bax, zırrama da bu qəbildəndir. Elə bil anadan olandan üzü bəri nə evdə, nə uşaq bağçasında, nə də məktəbdə tərbiyə verməyiblər. Abır bilmirlər, həya bilmirlər, ayıb bilmirlər, mədəniyyətləri də ki, yekə bir “SIFIR”dır. Adam gərək böyük-kiçik yeri bilə, ağsaqqal-ağbirçək tanıya. Yaxın keçmişinizə nəzər salın, görün onda nə təhər idi? Yol böyüyün olardı, su kiçiyin. Ağsaqqal-ağbirçək gələndə cavanlar ayağa durar, ehtiram göstərərdilər. Onların bir sözü iki olmazdı. Kiminsə ağzı nəydi özündən yaşca böyük adamın sözünün qabağına söz desin!
    Bəs indi necədir? Uzaq olsun! Elə uşaq-muşaq peyda olub ki, böyüklərə “nəsihət”, “öyüd” verir, onlara “ədəb-ərkan qaydaları” “öyrədir”, “ağıllı ol!”–deyir. Amma özünün adi tərbiyəsi yoxdur. Di gəl döz!
    Tərtər sürücülərinin əksəriyyəti də bu səviyyədədir, yəni zırramadır. Onların nəinki sürücülük mədəniyyəti, ümumiyyətlə, heç mədəniyyətləri yoxdur. Ağzında “zırrama” deyirsən, heç zırramanın da mədəniyyəti olar?! Xüsusilə də bir dana satıb, “yamağından cin ürkən” cındır bir maşın alan və onunla xaltura edən sürücülər!… Yoxlasan, bəlkə heç çoxunun sürücülük vəsiqəsi də yoxdur. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    İdman İDMAN SAĞLAMLIQ VƏ GÖZƏLLİKDİR üçün şərhlər bağlıdır

    sabirİdman sağlamlıq və gözəllik yaradan mühüm amildir. Onun möcüzəsi xəstəni sağlam, qocanı cavan edir.
    Respublikamızda tanınmış veteran idmançılar çoxdur. Onlardan biri də sərbəst güləş üzrə SSRİ idman ustası , məşqçi-müəllim Sabir Zeynalovdur. O, təqaüddə olsa da, şəhər 2 nömrəli məktəb-liseydə Təhsil Şöbəsinin və UGİM – nin dəstəyi ilə sərbəst güləş bölməsi açmış, rayon məktəblilərini və gəncləri ətrafına yığaraq layiqli idmançılar yetişdirir. Bu yaxınlarda onun güləşçiləri Qazax şəhərində sərbəst güləş üzrə “Məhsul” idman məktəbinin Respublika turnirində iştirak etmişlər . Güləşçilərdən üçü– Kənan Nəzərov, Əziz Məhərrəmov, Tüncay Hüseynli qalib olaraq, rayonumuzun adını yüksəltmişlər. Sabir müəllim rayonumuzda idmanın bu günü haqqında belə deyir:
    –Güləş idmanın ən qədim növlərindəndir. Bu növ ox atmaq, at çapmaq kimi idman növləri ilə bərabər inkişaf etmişdir. Qədim dövrdə hərbi döyüşçülər hazırlamaq üçün “Sparta”, “Qladiator” olimpiada məktəblərini açaraq güləşi əsas yarış idman növü götürmüşlər. Bu növlə dünyanın tanınmış insanları məşğul olmuşlar.
    Azərbaycan müstəqil dövlət olduqdan sonra, Ulu Öndərimiz Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmz Avropa, Dünya və Olimpiya oyunlarına evsahibliyi edir. İdmançılarımız idmanın bütün növlərində qələbələr qazanırlar.
    Rayon rəhbərliyinin dəstəyi ilə 2015 – ci il Avropa oyunlarının ildönümünə həsr edilmiş turnir keçirildi. Üç komandada 110 güləşçi iştirak edərək, müxtəlif yaş qruplarında layiqli yerlər tutdular. Qaliblərə kubok, medal və diplomlar verildi.

    Adil Əhmədov,
    1-ci dərəcəli şahmatçı

    Teqlər:

  • 28Sen
    Digər GÖZƏLLİK USTASI üçün şərhlər bağlıdır

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b9-71Tünzalə Mustafayeva şəhərimizin Nizami küçəsindəki gözəllik salonlarından birində işləyir. Artıq on ildən çoxdur ki, bu peşədə çalışır. İlk ustasını, ona sənət öyrədən insanı heç zaman unutmur. Tünzalə xanım deyir:
    –Bu tövsiyəni mənə öz ustam vermişdir, mən də gənclərə deyirəm: qadınlarla işləyən insan ilk növbədə xoşxasiyyət və mehriban olmalıdır. İkinci mühüm şərt səbr və səliqəlilikdir. Bizim işimiz diqqətli olmağı sevir. Çünki qadınlar çox həssasdırlar. Əgər bir dəfə işimizdə kiçik bir nöqsan görsələr, ikinci dəfə müraciət etməzlər.
    Qeyd edək ki, salona gələnlərin sayı ildən-ilə artır. Tünzalə xanım isə yaratdığı gözəllik dünyasından zövq alır.
    O, bir oğul anasıdır. Soruşanda ki, gələcək gəlinini necə görmək istəyirsən, deyir:
    –Mənə elə gəlir ki, insanın xarici görünüşü daxili aləmi ilə tam vəhdət təşkil etməlidir. Ona görə də, yaşından, peşəsindən asılı olmayaraq, qadınlarımız daim öz görkəmlərinə fikir verməlidirlər. Mən də arzu edirəm ki, gələcək gəlinim belə olsun.

    Aysel Hüseynova

    Teqlər: