Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt
    Milli-mənəvi dəyərlər İSLAMDA ÖVLAD TƏRBİYƏSİ üçün şərhlər bağlıdır

    12tiMehriban və Bağışlayan Allahın adı ilə!
    Bəşəriyyətə göndərilmiş dinlərin ən sonuncusu olan islam dini demək olar ki, həyatın bütün sahələrinə öz töfhəsini vermişdir. İstər yemək qaydaları olsun, yaxud qohumluq-qonşuluq və ya hər hansı bir ictimai əlaqələr. Bunların içərisində ailəyə aid olan qanunlar daha çox diqqət çəkir. Dinimizdə kişi-qadın, valideyn-övlad, böyük-kiçik münasibətləri ən çox önəm verilən məsələlərdəndir. Müqəddəs Kitabımız Quranda övladlara tövsiyə və göstəriş verilir ki, valideynlərinizə “uf” belə deməyin, onlar üçün Allahdan bağışlanma diləyin və onlar üçün Allaha şükür edin. Bəs övlada qarşı valideynin haqqı nədir? Axı, dinimiz bizə əmr edir ki, bir-birimizin haqqına riayət edək! Sevimli Peyğəmbərimiz (s) buyurur:”Övladın valideyn boynunda (əsasən atanın) haqqı budur ki, ona gözəl ad qoya (ki, adı ona utanc gətirməyə), tərbiyə verə və ona elm öyrədə.”
    Mənbələrdə deyilir ki, tərbiyə vermək işi hələ körpə dünyaya gəlməmiş başlamalıdır. Bu necə ola bilər? Lap əvvəldən ata gələcək övladın mayasını halal ruzi ilə bərqərar etməlidir və sonra ki, artıq körpə anasının “qonağıdır”, ata və ana ədəbdən, etikadan kənar sözlərdən uzaq olmalıdır. Çünki bu günün texnoloji inkişafı Quranın bir sirrini də təsdiqlədi ki, həqiqətən körpə ana bətnində olarkən ilk işləyən orqan onun eşitmə orqanlarıdır.
    İmam Cəfər Sadiq (ə) buyurur: “Qidada insan xasiyyətinə təsir edən çoxlu amillər var”. Yəni, övlada halalından ruzi yedirmək valideynlərin boynunda olan mənəvi bir borcdur, Peyğəmbərimiz (s) yenə buyurur: Uşaq dünyaya gəldikdən sonra ilk günlərdə sağ qulağına azan (minarələrdən ucalan namaz çağrışı), sol qulağına isə iqamə deyin: Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    ŞƏHƏRİMİZDƏ BİR KÜÇƏ VAR…

    sehid1Tərtər şəhərinin yaraşıqlı küçələrindən biri şəhid İlqar Həsənovun adını daşıyır. Qısa, lakin mənalı ömür yaşayan bu qəhrəman rayonumuzun Söylən kəndində çoxuşaqlı ailədə doğulub. Onlar 4 oğlan, 3 qız olublar. Valideynləri ailənin ruzisini böyük zəhmətlə qazanıblar. Hər ikisi kolxozun fermasında işləyiblər. Gözlərini açandan ailədə bu cür dolanışığı görən uşaqlar da böyüdükcə ata-analarına kömək ediblər. Ilqarın anası Bağdagül Həsənova söhbət edir ki, bir dəfə fermanın malheyvanını dağa aparmışdıq. Ilqar da bizimlə getmişdi. 10 yaşı yenicə tamam olmuşdu. Fermanın sənədləşmə işləri ilə bağlı ikimiz də geri dönəsi olduq. Güman edirdik ki, axşam qayıdacağıq. Amma bu, mümkün olmadı. Ilqar fermanın sürüsünü də qorudu, özü də heç bir həyəcan keçirmədi. Ona görə ki, körpəlikdən o yerlərə çox yaxşı bələd idi. Dağlarda hər cığırı tanıyırdı. Canavarları sürüdən necə uzaqlaşdırmağı, özünü necə qorumağı bilirdi.
    Bağdagül ana danışır ki, sonralar müharibə zamanı onun bu təcrübəsi çox köməyə gəlirdi. Ən çətin məqamlarda İlqarı kəşfiyyata göndərirdilər. O, canından artıq sevdiyi o dağların erməni tapdağında qalmasına dözə bilmirdi. Bütün varlığı ilə torpaqlarımızın işğaldan azad olunmasına çalışırdı. Burada ona təkcə həmin yerləri yaxşı tanıması deyil, həm də peşəkar hərbiçi bilikləri kömək edirdi. Çünki qəhrəman döyüşçü milli orduya gəlməzdən əvvəl Sovet Ordusu sıralarında Polşada xidmət etmişdi, özü də təyyarələrin uçuş meydançasında. Doğulduğu kənddən, bir də yayda qalxdığı yaylaqlardan başqa heç yeri görməyən İlqar üçün burada hər şey yeni idi. Buna baxmayaraq, tezliklə uçuş meydançasında məsuliyyəti və bacarığı ilə seçilən ən nümunəvi əsgərlərdən biri oldu və hətta uzaq Polşadan Söylən kəndinə bu barədə razılıq məktubu da göndərildi… Daha ətraflı »

    Teqlər:

  • 07Okt
    Digər 25 YAŞINDA ŞƏHİD OLDU üçün şərhlər bağlıdır

    sehid-2“Torpaq uğrunda ölən varsa, Vətəndir”–deyimini tez-tez işlədirik. Bu da əbəs deyil. Vətən, torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olur. Nəsildən nəsilə ötürülür.
    Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də İbrahimov Oktay Qaçay oğludur. Oktay 1967-ci il noyabrın 24-də rayonumuzun Dəmirçilər kəndində anadan olub. 1984-cü ildə Dəmirçilər kənd tam orta məktəbini bitirib. 1987-1989-cu illərdə keçmiş sovet ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurandan sonra Gəncədə qaynaqcı peşəsinə yiyələnmişdi. 1993-cü il aprelin 5-də Tərtər Özünümüdafiə Batalyonuna yazılıb. Mayın 3-də Talış kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Bakıdakı hərbi qospitalda müalicə olunduqdan sonra yenidən döyüş bölgəsinə qayıdıb. Avqust ayının 17-də Ağdərə istiqamətindəki 3 №-li sovxoz ətrafındakı döyüşlərdə şəhid olub.
    Qardaşı Behbud deyir ki, ailədə çox uşaq olsaq da, atam Qaçay kişi Oktayı hamımızdan çox istəyirdi. Elə ona görə də düz 16 il atam “Oqtay” deyə-deyə dünyasını də-yişdi. Yəqin ki, bu da bir alın yazsı imiş. 25 yaşında şəhid oldu.
    Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
    Oktayın digər bir qardaşı Maarif İbrahimov da torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. İndi İbrahimov Maarif Qaçay oğlu da Qarabağ müharibəsi veteranıdır. Onun döyüşçü yoldaşları Maarif haqqında həmişə xoş sözlər danışırlar. Çünki o da qorxmaz, igid oğlan olub.

    Mirzə Nəsir

    Teqlər:

  • 07Okt
    Digər VALİDEYNƏ HÖRMƏT HAQQINDA üçün şərhlər bağlıdır

    1.Bir kişi Rəsulullahdan soruşdu: “Valideynin övlad üzərində haqqı nədir,” Peyğəmbər (s) buyurdu: “Onlar sənin cənnətin və cəhənnəmindir.”
    2.Heç bir ata övladına gözəl tərbiyədən qiymətli şey verə bilməz.
    3.Allahın rizası (razılığı) valideynin rizasıyla, Allahın qəzəbi də valideynin qəzəbiylədir.
    4.Ömrünüzün uzanmasını və ruzinin artmasını istəyirsinizsə, ata-ananıza ehtiram edin, qohumlarınıza baş çəkin.
    5.Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar.
    6.Atası öldükdən sonra onu yad etmək istəyən kimsə qoy onun dostları ilə əlaqə saxlasın.
    7.Ataya itaət Allaha itaət, ataya üsyan Allaha qarşı üsyan deməkdir.
    8.Xeyir -bərəkət qocalardadı.
    9. Üç duanın olacağına şübhə yoxdur: məzlumun duası, qocanın duası, ata-ananın övlada etdiyi dua.
    10.Yaxşı övlad öz valideyninə gündə neçə dəfə hörmət və məhəbbətlə baxsa, hər baxışı üçün ona bir həcc savabı olar.

    Teqlər:

  • 07Okt
    Digər SOKRAT üçün şərhlər bağlıdır

    sokratesFilosof Antisfen Sokrata müraciət edərək:
    – Səni nə məcbur etdi ki, Ksantipp kimi deyingən arvadı aldın?- deyə soruşmuşdur.
    – Mən istəyirdim ki, Ksantippin deyinməsinə qulaq asa-asa vərdiş edəm, onunla yola getməyi öyrənəm və beləliklə də, başqaları ilə də yola gedə biləm! – deyə Sokrat cavab vermişdir.
    Məşhur yunan filosofu Sokrat demişdir:
    –Cahil şəxsin səhvini göstərmə, yoxsa səndən elm öyrənib öz səhvini düzəldər, sonra sənə düşmən olar.

    Teqlər:

  • 28Sen
    Xəbərlər AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SARKİSYANA SƏRT CAVABI üçün şərhlər bağlıdır

    buBişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının növbəti iclasında həmişəki kimi Serj Sarkisyanın yalan və iftiralarla dolu çıxışına möhtərəm Prezidentimiz İlham Əliyevin verdiyi sərt cavab əsl tərs şillə effekti verdi.
    MDB Dövlət Başçıları Şurasının iclasında Sarkisyanın bu ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələrlə bağlı şikayət xarakterli çıxışı növbəti dəfə onun özünü biabır etmişdir.
    Prezident İlham Əliyev əlifba sırası ilə çıxış etməli olan Belarus Prezidenti Aleksandr Lukaşenkodan ona danışmaq üçün imkan verməsini xahiş etmiş və Ermənistan prezidentini yerinə oturtmuşdur. Prezident İlham Əliyev demişdir: “Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır. Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütöv-lüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, –bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib–sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.”
    Serj Sarkisyan “Yalana cavab verməyin sadəcə mənası yoxdur” deməklə öz məğlubiyyətini açıq-aşkar nümayiş etdirdi.
    Azərbaycan Prezidentinin “Mən yalana artıq cavab verdim” deməsi isə Ermənistan dövlətinin başçısına növbəti dəfə tərs şillə effekti verdi.

    Teqlər:

  • 28Sen
    Xəbərlər ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ SƏLİM MÜSLÜMOV TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    01Tərtər, Ağdam, Bərdə, Ağcəbədi və Laçın rayonlarından olan vətəndaşlar əsasən əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı, məşğulluq, bərpa müalicəsi, əmək pensiyası hüququnun müəyyən olunması və s. məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciətdə əksini tapan məsələ obyektiv şəkildə araşdırılıb, ayrı-ayrı müraciətlərlə bağlı hüquqi izahatlar verilib.
    Səlim Müslümov Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin dövlət hesabına mənzillə təmin olunması ilə bağlı müraciətləri cavablandırarkən bu ilin ötən dövründə respublikanın müxtəlif bölgələrində 234 mənzilin həmin təbəqələrdən olan insanların istifadəsinə verildiyini bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işləri bu bölgədə də uğurla aparılır. Keçən və cari ilin ötən dövründə Tərtər rayonunda 58 nəfər, Ağcabədi rayonunda 14 nəfər, Ağdam rayonunda 10 nəfər, Bərdə rayonunda 5 nəfər olmaqla, həmin rayonlar üzrə ümumilikdə 87 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə cavab verən mənzillərlə təmin olunub. Bu rayonlar üzrə cari ildə daha 16 fərdi evin tikintisi də nəzərdə tutulub”.
    Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə cəlb edilmək üçün qeydiyyata götürülüb. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Xəbərlər TƏRTƏRDƏ REFERENDUM MÜTƏŞƏKKİL ŞƏKİLDƏ BAŞA ÇATDI üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-025dsc_676095 saylı Tərtər Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev bildirdi ki, Tərtər Seçki Dairəsi üzrə 41 seçki məntəqəsi fəaliyyət göstərirdi. Bunlardan 38-i ümumi, 3-ü qapalı məntəqədir.
    Rayonun 8 seçki məntəqəsində (1,2,3,4,5,6,10 və 31 saylı) VEB kameralar quraşdırılmışdır. Məntəqələrdə səsverməni izləmək üçün 383 nəfər müşahidəçi qeydə alınmışdır. 7 seçki məntəqəsində EXİT POLL aparılıb.
    Seçki dairəsi üzrə seçicilərin sayı 40558 nəfər təşkil edirdi. 80-100 yaş arasında olan seçicilərin sayı 1.074 nəfər, 100 yaşdan yuxarı olan seçicilərin sayı isə 23 nəfər idi. Referendumda ilk dəfə səs verən seçicilərin sayı 528 nəfər olmuşdur.
    Referendumla bağlı bütün seçki məntəqələrinin hamısında hazırlıq iş-ləri vaxtında görülmüş, məntəqələr səsverməyə tam hazırlanmışdır.
    Konstitusiyaya olacaq əlavə və dəyişikliklər seçicilərə vaxtında ətraflı şəkildə izah olunmuşdur. Bütün bu görülmüş tədbirlər 26 sentyabr – Referendum günü öz mübət nəticəsini vermişdir. Belə ki, seçkilər nümunəvi qaydada başa çatmış, həmin gün heç bir məntəqədə neqativ hal baş verməmişdir.
    Dövlətə, dövlətçiliyə daim sədaqətli olan tərtərlilər bu referendumda da həmişəki ənənələrinə sadiq qalaraq, böyük fəallıq göstərmişlər.
    Referendumda 28854 nəfər iştirak etmiş, səsverənlərin fəallığı 71,1 faiz olmuşdur

    “Yeni Tərtər”

    Teqlər:

  • 28Sen
    Kənd təsərrüfatı Pambıqçılığın keçmiş şöhrəti özünə qaytarılır üçün şərhlər bağlıdır

    bubu-17Pambıqçılıq respublikamızın əsas sərvətlərindəndir. Xalqımızın şərəfidir, şöhrətidir.

    Heydər Əliyev,
    Ümummilli Lider

    Bu, bir başlanğıcdır və əminəm ki, bundan sonra pambıqçılıq Azər-baycanda sürətlə inkişaf edəcək, geniş vüsət alacaq.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezident

    Teqlər:

  • 28Sen
    Kənd təsərrüfatı PAMBIQÇILIĞIN İNKİŞAFI İLƏ BAĞLI VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLDİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-118%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-110Tərtər rayonunda Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.
    Hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq qəbulu məntəqələrinin əməkdaşlarının, pambıq istehsalçılarının, fermerlərin, keçmiş qabaqcıl briqadirlərin, sürücü mexanizatorların, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Sabirabad rayonunda pambıqçılığın inkişafına dair ümumrespublika müşavirəsində ölkə rəhbərinin respublikamız üçün çox mühüm olan pambıqçılığın inkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu, pambıqçılıqla bağlı çox dəyərli göstərişlər verdiyini bildirdi. Respublika rəhbəri regionların inkişaf etdirilməsində kənd təsərrüfatının əsas sahəsi kimi pambıq əkiləcək sahələrin artırılmasının, genişləndirilməsinin və bu sahədə keçmiş ənənələrin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı, bunun, həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirəcəyini əminliklə söylədi. Daha ətraflı »

    Teqlər: