Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen

    buBişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının növbəti iclasında həmişəki kimi Serj Sarkisyanın yalan və iftiralarla dolu çıxışına möhtərəm Prezidentimiz İlham Əliyevin verdiyi sərt cavab əsl tərs şillə effekti verdi.
    MDB Dövlət Başçıları Şurasının iclasında Sarkisyanın bu ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələrlə bağlı şikayət xarakterli çıxışı növbəti dəfə onun özünü biabır etmişdir.
    Prezident İlham Əliyev əlifba sırası ilə çıxış etməli olan Belarus Prezidenti Aleksandr Lukaşenkodan ona danışmaq üçün imkan verməsini xahiş etmiş və Ermənistan prezidentini yerinə oturtmuşdur. Prezident İlham Əliyev demişdir: “Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır. Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütöv-lüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, –bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib–sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.”
    Serj Sarkisyan “Yalana cavab verməyin sadəcə mənası yoxdur” deməklə öz məğlubiyyətini açıq-aşkar nümayiş etdirdi.
    Azərbaycan Prezidentinin “Mən yalana artıq cavab verdim” deməsi isə Ermənistan dövlətinin başçısına növbəti dəfə tərs şillə effekti verdi.

    Müəllif: Redaktor, 14:58

    Teqlər:

İsmarıclar bağlıdır.