Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar
    Digər M.A.Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    01Azərbaycan Respublikası Konstitusiyasının 103.1-ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram:
    Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının
    Birinci vitse-prezidenti təyin edilsin.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 21 fevral 2017-ci il

    Teqlər:

  • 07Mar
    Tərtər RİH-də Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə TƏBRİKİ üçün şərhlər bağlıdır

    Hörmətli qadınlar!
    Əziz ana və bacılar!
    Təsadüfi deyil ki, baharın gəlişi duyulduğu bu günlərdə – təbiətin oyanaraq yenidən günəşə boylandığı bir zamanda qeyd etdiyimiz ilk bayram məhz zəriflik və gözəllik timsalı olan qadınların bayramıdır.
    Qadın özünün həyatverici missiyası ilə yanaşı həm də incəliyin, nəcibliyin və xeyirxahlığın rəmzidir. Ana və bacılara hörmət və məhəbbət xalqımızın mentalitetinə xas olan və qədim əsrlərdən bugünədək qorunub saxlanılan adət-lərdəndir.
    Müasir cəmiyyətimizdə qadınlara kişilərlə bərabər hüquqlar verilib. Dövlət quruculuğundan tutmuş biznes sahələrinədək hər yerdə zərif cinsin nümayəndələri layiqincə təmsil olunurlar.
    Cəmiyyətdə fəal vətəndaş, ailədə fədakar ana olan qadınlar həm də gələcəyimiz olan nəslin təlim-tərbiyəsində, onların əsl vətənpərvər kimi böyümələrində əvəzsiz rol oynayırlar. Bu gözəl məziyyətləri bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında aydın görürük. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər RAYONUMUZUN İNKİŞAFINDA TƏRTƏRLİ QADINLARIN ƏMƏYİ BÖYÜKDÜR üçün şərhlər bağlıdır

    5422dae605c53f6e86bad9013cebcf25a2a2Azərbaycan qadınları tarix boyu fədakarlıqları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə seçiliblər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra zərif cinsin nümayəndələri öz istedad və bacarıqlarından daha geniş şə- kildə istifadə etmək imkanı qazanıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmışdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər XX ƏSRİN DƏHŞƏTLİ FACİƏSİ üçün şərhlər bağlıdır

    Изображение 040Изображение 019XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı faciəsi şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə ümumrayon tədbiri keçirilib.
    Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri Şəhidlər abidə-kompleksi önünə tər qərənfillər düzdülər.
    Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxdılar.
    Tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
    Sonra Xocalı faciəsi qurbanlarına həsr olunmuş videoçarx nümayiş olundu. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər Azərbaycanın Milli Qəhrəmanları üçün şərhlər bağlıdır

    MÜBARİZ İBRAHİMOV:
    BU, ƏFSANƏ DEYİL, HƏQİQƏTDİR

    a_508799fdMübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağrılıb.
    O, 2007-ci ildə çavuş rütbəsində hərbi xidmətini başa vursa da, mülki işlərdə rahatlıq tapa bilməyib. Məhz ürəyinin istəyi ilə 2009-cu ildə yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.
    18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Mübariz İbrahimov təkbaşına bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan ordusunun çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra ilə düşmənin silahlarından onların özlərinə qarşı istifadə edərək, 5 saat təkbətək döyüşür. Erməniləri ağır itkilərə məruz qoyur, zəif cinahlarını üzə çıxarır. Cəsur döyüşçü səhər saatlarında qeyri-bərabər vuruşmada qəhrəmancasına şəhid olur. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Təhsil ŞƏRƏFLİ PEŞƏ SAHİBİ üçün şərhlər bağlıdır

    IMG-20170222-WA0000Beynəlxalq səviyyədə qeyd olunan bayramlardan biri də 8 Mart–Qadınlar Günüdür. Bu bayram bir çox dövlətlərdə qeyd edilir. Əslində bir qadın hərəkatı ki-mi başlanan bu tarixi gün sonradan dünya qadınlarının hüquq və rifahının qorunması naminə qeyd edilən günə çevrildi.
    Ölkəmizdə də bu bayram böyük əhval-ruhiyyə ilə keçirilir. Azərbaycan qadını əsrlər boyu namus-qeyrət simvolu, saflıq, zəriflik və gözəllik mücəssəməsi olub.
    Belə gözəl, fədakar və peşəkar xanımlardan biri olan Səbinə Allahverdiyevanı oxuculara tanıtmaq istərdim.
    Bir kənddə doğulduq, bir sinifdə təhsil aldıq. Zamanın ağır yükünü də eyni vaxtda daşıdıq çiyinlərimizdə. 1992-ci il çox çətin il oldu hər ikimizə. Amansız müharibə şəraiti, ev-eşikdən uzaq düşmə və valideyn itkisi…
    Ali təhsil almaq arzusu hərənin yolunu bir səmtə saldı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər VƏHŞİLİYİN SON HƏDDİ üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon Qadınlar Şurasının üzvləri, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal YAP üzvü olan qadınlar iştirak etdilər.

    Tədbiri giriş sözü ilə açan rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının rus ordusuna məxsus 366-cı alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə edilən basqın və bunun nəticəsi olaraq yüzlərlə uşaq, qadın və qoca insanların vəhşicəsinə qətlə yetirilmələrindən, o zamankı qətiyyətsiz respublika rəhbərliyinin qətiyyətsizliyindən, bu qanlı faciənin gələcək nəsillərə çatdırılması üçün partiya üzvlərinin məsuliyyətindən danışdı. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Xəbərlər “NARKOMANİYAYA YOX DEYƏK” üçün şərhlər bağlıdır

    Изображение 098Изображение 102Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların zərərli adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədini daşıyan Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirdi.
    Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, yuxarı sinif şagirdləri və müəllimlər iştirak etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyətindən danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd etdi. Rayon rəhbəri bildirdi ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması hər birimizin vətəndaşlıq borcudur. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər REDAKSİYAMIZIN SAXALİNDƏN GƏLƏN QONAĞI üçün şərhlər bağlıdır

    0416Изображение 214Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədri Nazir Hətəmov Tərtərdə olarkən “Yeni Tərtər” qəzeti redaksiyasına gəlib, qəzetin yaradıcı kollektivi ilə görüşüb. Görüşdə “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Rusiyada yaşayan həmvətənlərimizin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. O deyib:
    –Rusiya kimi böyük bir dövlətdə siz xalqımızı təmsil edirsiniz. Ona görə də adət-ənənələrimizi qorumalısınız, Azərbaycan həqiqətlərini təbliğ etməlisiniz, həm də qürbətdə bir-birinizə dəstək olmalısınız.
    Nazir Hətəmov ÜAK-ın fəaliyyəti barədə qəzet işçilərinə məlumat verib. Göstərib ki, Ulu Öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaranan bu diaspor təşkilatı fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıların bir araya gəlməsində, onların vətənlə əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycan mədəniyyətinin təbliğində çox böyük rol oynayıb.
    O deyib: Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Digər HƏR BİR UĞURUMUZ NƏNƏLƏRİMİZƏ HƏDİYYƏDİR üçün şərhlər bağlıdır

    4808Biz ailədə üç övladıq: iki bacım və mən. Hər üçümüz çalışırıq ki, öz uğurlarımızla nənəmizi sevindirək. Böyük bacım Solmaz Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alır. Ortancıl bacım Nigar VIII, mən isə V sinifdə oxuyuruq. Hər ikimiz dərslərimizdən “əla” və “yaxşı” qiymətlər alırıq. Dəfələrlə məktəblilər arasında keçirilən sınaq yarışlarında diplom və Fəxri Fərmanlara layiq görülmüşük.
    Mən çalışıram ki, təhsildə daim qabaqcıl olum. İstəyirəm ki, Solmaz nənəm mənimlə qürur duysun. O, bizdən ötrü çox əziyyətlərə qatlaşır, əsl fədakar anadır. Yaşının çox olmasına baxmayaraq, ağır işləri görməkdən belə yorulmur.
    O həmişə deyir ki, məni bir polis işçisi kimi görmək istəyir. Mənim də ən böyük arzum gələcəkdə qanunlarımızın keşiyində durmaqdır. Nənəmə uzun ömür və cansağlığı diləyirəm ki, o, arzuladığı günləri görsün və həyatda yaşadığı bütün ağrı-acıları unutsun!
    Nənəmin timsalında bütün Azərbaycan qadınlarını–nənələri, anaları, bacıları 8 Mart Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə xoş günlər arzulayıram.

    Məhərrəm Zeynalzadə,
    şəhər 6 saylı tam orta məktəbin şagirdi

    Teqlər: