Biz ailədə üç övladıq: iki bacım və mən. Hər üçümüz çalışırıq ki, öz uğurlarımızla nənəmizi sevindirək. Böyük bacım Solmaz Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil alır. Ortancıl bacım Nigar VIII, mən isə V sinifdə oxuyuruq. Hər ikimiz dərslərimizdən “əla” və “yaxşı” qiymətlər alırıq. Dəfələrlə məktəblilər arasında keçirilən sınaq yarışlarında diplom və Fəxri Fərmanlara layiq görülmüşük.
Mən çalışıram ki, təhsildə daim qabaqcıl olum. İstəyirəm ki, Solmaz nənəm mənimlə qürur duysun. O, bizdən ötrü çox əziyyətlərə qatlaşır, əsl fədakar anadır. Yaşının çox olmasına baxmayaraq, ağır işləri görməkdən belə yorulmur.
O həmişə deyir ki, məni bir polis işçisi kimi görmək istəyir. Mənim də ən böyük arzum gələcəkdə qanunlarımızın keşiyində durmaqdır. Nənəmə uzun ömür və cansağlığı diləyirəm ki, o, arzuladığı günləri görsün və həyatda yaşadığı bütün ağrı-acıları unutsun!
Nənəmin timsalında bütün Azərbaycan qadınlarını–nənələri, anaları, bacıları 8 Mart Qadınlar Günü münasibətilə təbrik edir, hər birinə xoş günlər arzulayıram.
Məhərrəm Zeynalzadə,
şəhər 6 saylı tam orta məktəbin şagirdi