Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

    5422dae605c53f6e86bad9013cebcf25a2a2Azərbaycan qadınları tarix boyu fədakarlıqları, zəhmətsevərlikləri, ailə ocağına bağlılıqları ilə seçiliblər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra zərif cinsin nümayəndələri öz istedad və bacarıqlarından daha geniş şə- kildə istifadə etmək imkanı qazanıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: “Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmışdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirərək deyib: “Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır”.
    Azərbaycan qadınlarının bir hissəsi olan Tərtər qadınları da cəmiyyətdə və ailədə tutduqları yüksək mövqeləri, ictimai fəallıqları ilə seçilirlər. Cəbhə bölgəsində yaşayan qadınlarımızın hər birini əsl qəhrəman adlandırmaq olar. Həyat yoldaşları, qardaşları ilə bərabər uzun illər ermənilərlə müharibənin ağırlığını çiyinlərində daşıyan tərtərli ana və bacılarımız yüksək vətənpərvərlikləri ilə seçilən, dövlətə, xalqa sədaqətli övladlar tərbiyə edirlər.
    Rayon statistika idarəsinin məlumatına əsasən, rayon əhalisinin 52141 nəfərini, yəni 50,3 faizini qadınlar təşkil edir. Rayon üzrə cəmi işləyənlərin sayı 7773-dür. Bunlardan 4298 nəfəri, yəni 55,3 faizi zərif cinsin nümayəndələridir. 232 nəfər dövlət qulluqçusundan 52-si (22,41 faizi) qadındır. Hazırda 56 qadına yüksək etimad göstərilərək rəhbər vəzifələr tapşırılıb.
    Sevindirici haldır ki, işləyən gənclərin arasında qadınlar çoxluq təşkil edir. Belə ki, 15-29 yaşda gənclərin ümumi sayı 1082-dirsə, bunlardan 681-i, yəni 62,9 faizi qadındır.
    YAP Tərtər Rayon Təşkilatı üzvlərindən 3170-ni qadınlar təşkil edir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.