Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Mar

    Изображение 040Изображение 019XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı faciəsi şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə ümumrayon tədbiri keçirilib.
    Tərtər rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri Şəhidlər abidə-kompleksi önünə tər qərənfillər düzdülər.
    Sonra tədbir iştirakçıları məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxdılar.
    Tədbirdə Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
    Sonra Xocalı faciəsi qurbanlarına həsr olunmuş videoçarx nümayiş olundu.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirdi. Qeyd etdi ki, soyqırım nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
    Rayon rəhbəri göstərdi ki, Xocalı faciəsinin canlı şahidi olmuş 10 ailə, 39 nəfər Xocalı sakini hazırda rayonumuzun 7 kəndində müvəqqəti məskunlaşıblar. Hər bir xocalılıya rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Sonra rayon təhsil şöbəsinin əməkdaşı Nigar Məstalızadə, “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Orxan Mustafazadə, Xocalı sakini Brilyant Əhmədova çıxış edərək bu faciənin dəhşətlərindən danışdılar.
    Anım mərasimində rayon məktəblilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olundu. İnşa yazı müsabiqəsinin və intellektual yarışmanın qaliblərinə diplom və Fəxri Fərmanlar verildi.
    Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlandı. Xocalıdan olan ailələrə ərzaq yardımı verildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:43

    Teqlər:

İsmarıclar bağlıdır.