
Şər vaxtı özüylə şər gətirdi. Bir həyətin, bir kəndin, bir elin, külli– Qarabağın, nəhayətdə Ulu vətənin–Azərbaycanın dincliyi, sakitliyi güllələndi. Eyni bəşər övladı olaraq insanın insa-na inamı, etibarı güllələndi. Bəşəriyyətin onsuz da laxlamış mövqeyi bir az da aşağılandı. Haqqa, ədalətə olan inam bir az da qırıldı.
“Meşəyə insan
gəlmişdi…”
Atılan mərmilər bir dinc həyəti üç günahsız insanın qanıyla al qırmızı rəngə boyadı. O rəngə ki, dövlətlərin şərəf rəmzi olan bayraqların bir çoxu öz rəngini məhz ondan almışdır.
Nə yazıqlar ki, bu məqamda o şərəf deyil, antişərəf rəmzi, bəşər vicdanına bir ləkə idi. İnsana güllə atmaq olmaz. (humanizm, xeyir ölübmü?), qadına güllə atmaq olmaz (şərin təntənəsidirmi?). Nəhayətdə uşağa (körpəyə) güllə atmaq olmaz (zülmün, haqsızlığın, varvarlığın, manqurtluğun son nöqtəsi budur, daha bundan o yanası yoxdur!!!…)
–Bəs kimə atılmışdı bu güllələr? Daha ətraflı »
-
20İylDigər ZƏHRA LAYLASI üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
20İylDigər TÖKÜLƏN NAHAQ QANLARA SON QOYULSUN! üçün şərhlər bağlıdır

Azərbaycan! Qəlbi qan ağlayan, ürəyi parçalanan Vətənim! Dağlarına, daşlarına Koroğlu nərəli, Nəbi qeyrətli ər oğullarının əks-səda verən hayqırtısı hopmuş diyar! Torpaqların toxunulmazlığı, ərazilərin bütövlüyü uğrunda canlarından keçmiş minlərlə şəhid övladının narahat ruhlarının dolaşdığı məmləkət! Öz elində, obasında didərginlik həyatı yaşayan, qaniçən ermənilərin zülmünə məruz qalmış yurddaşlarımız! Yüzlərlə vətəndaşının dərdinə tab gətirərək əyilməyən, sınmayan məğrur, Vətənim!
25 ildir bu dərdə dözürsən! Övladların 25 ildir qaçqın, köçkün həyatını yaşamağa məhkum olub səbr edir. Bu gün dözümün, səbrin tükənən çağıdır. 25 ildir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı olaraq pozulmasıdır və dünyanın görməzliyə vurduğu bu münaqişənin qurbanı olan saysız-hesabsız mülki və hərbçi ailələrinin göz yaşlarının tökülməsinə səbəb olur. Daha ətraflı »Teqlər: Digər
-
20İylƏdəbiyyat ÖMRÜN ÖTƏN İLLƏRİ üçün şərhlər bağlıdır
Texnik elmlər doktoru, professor Rasim Fərrux oğlu Axundovu neçə illərdir ki, tanıyıram. Hərdən müştərək elmi tədqiqatlar da aparmışıq. O həm gözəl alim, dost, həm də dəyərli bir nəslin yadigarıdır. Bu yaxınlarda Rasim müəllimin öz ailə üzvlərinin–valideynləri və bacı-qardaşlarının həyatına həsr etdiyi, “Keçmişə nəzər salanda…” kitabını oxudum.
Kitabın məndə buraxdığı təəssüratları əziz oxucularla bölüşməyi özümə borc bildim. Valideynlərini xatırlayaraq Rasim müəllim onların yüksək əxlaqi keyfiyyətlərindən söz açır. Övladlarına həmişə düzlük, xeyirxahlıq, fədakarlıq, səmimiyyət öyrətməyə çalışan bu insanlar, şübhəsiz, öz məqsədlərinə tamamilə nail olmuşlar.
Atası Fərrux Axundov ali təhsil almasa da, dövründə xalqının, vətəninin gələcəyi naminə böyük işlərə imzalar atmış ziyalılarımızdan olmuşdur. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
20İylDigər “BALA KİRPİ”nin SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır
REDAKSİYAYA “HÜCUM”

“Bala Kirpi” “Yeni Tərtər” qəzetinin redaksiyasına gəldi. Gördü ki, hamının üz-gözündən zəhrimar yağır, baş redaktorun da səsi həmişəki kimi binanı “silkələyir”:
–A kişilər, belə də iş olar?! Biz “şapalaqla üz qızardıb”qəzet çıxardırıq, amma bəziləri elə bilir ki, kef çəkirik. Ordan Dövlət Əmlak Komitəsi üstümüzü kəsib ki, çıxın redaksiyanızın binasından, bu bina bizimdir və onu hərraca qoymuşuq. Başa da sala bilmirik ki, axı, bu bina redaksiyanın “dədə-baba” binası olub, sonra rayon statistika idarəsi bura sahib çıxıb. İndi yenə qayıtmışıq öz ocağımıza. Bə nə baş verdi ki, bina sizin oldu?
–Hətərən-pətərən danışmayın, çıxmalısınız, bina bizimdir, vəssəlam!
O biri yandan rayon sukanal idarəsinin rəisi Elnur Abbasov 6 aydan çoxdur ki, redaksiyanın qarşısına çəkilmiş suyu bağlatdı-rıb ki, sayğaca 270 manat, texniki şərt alınmasına 300 manat pul verməsəniz, suyunuz gəlməyəcək! Daha ətraflı »Teqlər: Digər
-
20İylDigər “XALTURŞİK”lərin özbaşınalığı üçün şərhlər bağlıdır
“Bala Kirpi” özünü zorla bu təhlükədən xilas edib, üz tutdu şəhərin küçələrinə. Hara baxdısa, gördü ki, yollarda maşın əlindən tərpənmək mümkün deyil. Elə bil bu rayonda “yol polisi” deyilən heç kim yoxdur. Kim nə cür istəyir, harda istəyir, lap yolun ortasında belə, maşınını park edir, saxlayır, heç bir yol hərəkəti qaydasını vecinə almır. Bu barədə söz deyənləri isə biabır edib, hörmətdən salırlar. Nə adam maşını sayır, nə maşın adamı, nə də maşın maşını. Deyən də yoxdur ki, a lotu, lisenziyan yoxdur olmasın, maşınını harda lazımdır orda saxla da, niyə qaydaları pozursan? Niyə hər an qəza şəraiti yaradırsan? Adamların üstünə niyə maşın sürürsən? Utanmırsanmı?!
Şəhərin bəzi küçələrində elə əvvəllər olduğu kimi, yenə də bir qarışıqlıq, bir basa-bas var ki, “it yiyəsini tanımır”. Marşrut mikro avtobusları və “1 manatlıq xalturşiklər” düz işıq-forun altında, döngənin üstündə dayanıb. “kliyent” gözləyirlər. Bunların ucbatından irəlidən, geridən gələn nə maşını görə bilirsən, nə də adamı. Kimdir işıqforu vecinə alan-–nə piyadalar, nə sürücülər, nə də “QAİ”şniklər.
“Bala Kirpi” suya düşmüş siçovul kimi əsə-əsə geri qayıtdı. Neyləyəydi ki?Qələmə aldı: Tofiq Yusif
Teqlər: Digər
-
20İylMilli-mənəvi dəyərlər Beynəlxalq Muzeylər Günü münasibəti ilə üçün şərhlər bağlıdır
RAYONUMUZUN TARİXİNİ ƏKS ETDİRƏN ZƏNGİN MƏKAN
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub. Ölkəmizdə neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərindən indiyə qədər erməni işğalçıları tərəfindən qarət olunur və dağıdılır.
Tərtər rayon Tarix-Diyarşünaslıq Muzeyi ilk dəfə 1982-ci ildə şəhər mədəniyyət evinin 1 kiçik otağında işə başlayıb. Müdiri Allahyar Musayev, işçisi Zəminə Kazımova olub. Onlar kəndbəkənd gəzərək qədim əşyaları toplayıb yığırdılar. Bir neçə ildən sonra isə muzey oradan köçürülüb, Tərtər Cümə Məscidinin 1-ci mərtəbəsində, 3 ildən sonra isə 2-ci mərtəbəsində fəaliyyətini davam etdirib. Uzun müddətdən sonra Tərtər şəhər Uşaq Musiqi Məktəbinin 1-ci mərtəbəsində 2 darısqal otaqda yerləşdirilib. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
10İylDigər üçün şərhlər bağlıdır
Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər.İlham Əliyev,
Azərbaycan Respublikasının PrezidentiTeqlər: Digər
-
10İylDigər 2017-ci İL “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR üçün şərhlər bağlıdır
DİNİ VƏ MƏDƏNİ MÜXTƏLİFLİYİN HARMONİYASI
Hazırda İslam dünyası çox ağır bir dövrünü yaşayır. Ayrı-ayrı ölkələrdə baş verən qanlı münaqişələr, terror aktları çoxlu sayda günahsız insanların ölümünə səbəb olur. Bunlar azmış kimi, bəzi Avropa dövlətləri İslamı terrorla əlaqələndirməyə cəhd göstərirlər. Halbuki, bu fikirlər absurddur. Çünki İslam dininin əsasını humanizm, insanlara ümumbəşəri sevgi hisslərinin aşılanması təşkil edir.
Belə bir vəziyyətdə müsəlman dövlətlərinin birləşməsi çox böyük əhəmiyyət kəsb edir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib.
Ölkəmiz müstəqil dövlət kimi gənc olsa da, tolerantlığın, dini dözümlüyün nümunəsi kimi onun təcrübəsi bütün dünyada geniş yayılır. İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində də Azərbaycanın xidmətləri böyükdür. Ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri İslam aləmi ilə daha sıx münasibətlər yaratmaq, zülmə məruz qalan yüz milyonlarla müsəlmanın dərdinə şərik çıxmaqdır. Daha ətraflı »Teqlər: Digər
-
10İylKənd təsərrüfatı BARAMA TƏDARÜKÜ BAŞA ÇATDI üçün şərhlər bağlıdır
Bir neçə il bundan əvvəl unudulan sahələrdən biri olan baramaçılıq indi yenə də əvvəlki şöhrətinə qayıdır.
Baramaçılıq barədə daha ətraflı məlumat almaq məqsədilə rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayevlə əlaqə saxladıq. O bildirdi ki, rayonumuzun kümçüləri ötən il 20 qutu, bu il isə ondan 6 dəfə çox, yəni 120 qutu ipəkqurdu bəsləmişlər. Barama tədarükü başa çatıb. Hər bir kümçü dövlətə təhvil verdiyi baramanın bir kiloqramı üçün 9 manat pul alacaq. Onun 4 manatını Şəki İpək “ASC” verəcək, qalan 5 manat isə subsidiya şəklində dövlət tərəfindən ödəniləcəkdir.
Rayon statistika idarəsinin məlumatına əsasən tərtərli kümçülər bu mövsümdə dövlətə 4601,6 kiloqram barama təhvil veriblər. Ötən il isə bu rəqəm 959 kiloqram olub. Bu il dövlətə 4,8 dəfə çox barama təhvil verilib. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
10İylXəbərlər RESPUBLİKA XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
COCUQ MƏRCANLIDA ƏLAVƏ 100 EVİN TİKİNTİSİNƏ BAŞLANILIR
Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.
Burada aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.
17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.Teqlər: Xəbərlər


Yeni ismarıclar