Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    539-barama-toxumlari-tut-tnglr-v-findiq-phrlr-mhsul-stehsalilarina-vz-dnlmdn-paylanilacaqBir neçə il bundan əvvəl unudulan sahələrdən biri olan baramaçılıq indi yenə də əvvəlki şöhrətinə qayıdır.
    Baramaçılıq barədə daha ətraflı məlumat almaq məqsədilə rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayevlə əlaqə saxladıq. O bildirdi ki, rayonumuzun kümçüləri ötən il 20 qutu, bu il isə ondan 6 dəfə çox, yəni 120 qutu ipəkqurdu bəsləmişlər. Barama tədarükü başa çatıb. Hər bir kümçü dövlətə təhvil verdiyi baramanın bir kiloqramı üçün 9 manat pul alacaq. Onun 4 manatını Şəki İpək “ASC” verəcək, qalan 5 manat isə subsidiya şəklində dövlət tərəfindən ödəniləcəkdir.
    Rayon statistika idarəsinin məlumatına əsasən tərtərli kümçülər bu mövsümdə dövlətə 4601,6 kiloqram barama təhvil veriblər. Ötən il isə bu rəqəm 959 kiloqram olub. Bu il dövlətə 4,8 dəfə çox barama təhvil verilib.
    Bu işdə rayonumuzun bir sıra təsərrüfatlarının kümçüləri xüsusilə fərqləniblər. İsmayılbəylidə 552,6, Seydimlidə 459,5, Əksiparada 359, 4, Sarovda 340,9, Azadqaraqoyunluda 332 kiloqram barama tədarük edilib.
    Ailə büdcələrini bu hesaba möhkəmləndirən əmək adamları növbəti ildə daha çox ipəkqurdu toxumu bəsləməyi qarşılarına məqsəd qoyublar. Çünki təsərrüfatın elə bir sahəsi yoxdur ki, cəmi 40 gün ərzində ailə büdcəsinə bu qədər gəlir gətirsin. Baramaçılığın əvvəlki şöhrətini özünə qaytardığına və insanların bu sahəyə marağını artırdığına görə hər bir kümçü ölkə Prezidentinə dərin minnətdarlığını bildirir.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 13:39

    Teqlər:

İsmarıclar bağlıdır.