Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30İyn
    Kənd təsərrüfatı YARARSIZ TORPAQLAR İSTİFADƏYƏ VERİLDİ üçün şərhlər bağlıdır

    Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Tərtər rayonunun ərazisində son günlər 15 yeni subartezian quyusu qazılaraq, əkinçiliklə məşğul olan fermerlərin istifadəsinə verilib. Həmin quyuların ikisi bizim Azadqaraqoyunlu kəndinin ərazisində yerləşir. Əvvəllər bu sahələrdə su olmadığına görə əkin-biçinlə məşğul olmaq mümkün deyildi. Torpaqlar istifadəsiz qalırdı.
    Artezianların hər ikisi “dördyol–2” deyilən ərazidə–yeni qəsəbənin yaxınlığında vurulub. Həmin yerdə mən bu il ailəmlə birlikdə 20 hektar pambıq, 5 hektar yonca əkib becərirəm. Məndən başqa bu artezianların suyundan istifadə etməklə fermer Həsən Əhmədov 2 hektarda pambıq, Tacir Məmmədov isə 10 hektar sahədə şəkər çuğunduru əkiblər. Biz yeni subartezian quyularının suyundan səmərəli istifadə edir, ailə büdcəmizə daha çox gəlir gətiririk.
    Bütün bunlara görə mən öz adımdan və hər bir həmkəndlim adından, hörmətli Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

    Ziyyədin Hüseynov,
    Azadqaraqoyunlu kəndində fermer

    Teqlər:

  • 30İyn
    Kənd təsərrüfatı TƏRTƏR MƏHSULLARI PAYTAXT BAZARLARINDA üçün şərhlər bağlıdır

    331285Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Bakı şəhərində yaşayan əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə hər həftənin şənbə, bazar və bayram günlərində paytaxtın ayrı-ayrı rayonlarında satış yarmarkaları təşkil edilir. Bu yarmarkalarda Tərtər rayonunun fermerləri də yaxından iştirak edirlər. İstehsal etdikləri müxtəlif çeşidli məhsullar paytaxt yarmarkalarında həvəslə alınır. Rayonumuzdan Bakı şəhərinə aparılan müxtəlif məhsullar əsasən paytaxtın Nəriman Nərimanov və Binəqədi rayonlarının ərazilərində ayrılmış xüsusi yarmarkalarda satılır.
    Bu ilin 5 ayı ərizində bu yarmarkalarda rayonumuzun fermerləri tərəfindən 68 ton meyvə-tərəvəz, 32 min dəstə göygöyərti, 8,3 ton ət məhsulları, 4 min ədəd təzə kənd yumurtası, 6500 ədəd müxtəlif növ calaq meyvə tingləri satılmışdır. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Digər Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması üçün şərhlər bağlıdır

    COCUQ MƏRCANLIDAN BAŞLAYAN BÖYÜK QAYIDIŞ YURD HƏSRƏTİNƏ SON QOYACAQ

    kivULU ÖNDƏRİN ƏN ÇOX DİQQƏT GÖSTƏRDİYİ MƏSƏLƏ
    Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları Ümummilli Lider Heydər Əliyevin ən çox diqqət göstərdiyi məsələlərdən biri olmuşdur. Onların problemlərinin həlli ilə bağlı həyata keçirilən ilk tədbirlər, hazırlanan Proqramlar Ulu Öndərin gərgin əməyinin nəticəsidir. Xarici səfərləri zamanı o, qaçqın və məcburi köçkünlərin vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışırdı.
    Bu təbəqədən olan insanlara qayğı və diqqət göstərilməsi Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətini təşkil edir. Təsadüfi deyil ki, cənab İlham Əliyev 2013-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmiş və vədini 2017-ci ilin sonunda, vaxtından bir il əvvəl yerinə yetirmişdir
    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu vəzifəyə təyin ediləndən sonra ilk müşavirəsini məhz məcburi köçkünlərin problemlərinə həsr edib və bundan dərhal sonra isə məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin təməlini qoyub. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Milli-mənəvi dəyərlər QƏBİRİSTANLIQLARA MÜNASİBƏT NECƏDİR? üçün şərhlər bağlıdır

    buИзображение 034Bu məsələ nəinki rayonumuzda, hətta bütün ölkə ərazisində ən aktual və ən ağrılı məsələlərdən biridir. İllərdir ki, qəbiristanlıq mövzusu müzakirə obyekti olsa da, hələ öz konkret həllini tapmayıb. Ona görə də bir çox qəbiristanlıqlarda vəziyyət ürəkaçan deyil, bir nizamsızlıq, bir özbaşınalıq mühiti hökm sürür. Nəzarətsizlik və qayğısızlıq bəzi qəbiristanlıqlarda daha qabarıq hiss olunur, qəbirlər kol-kos, ot-ələf içində itib-batır, uçur, dağılır, ümumiyyətlə, bir yiyəsizlik nəzərə çarpır. Bu hal ən çox rayonun kəndlərində, şəhərin Nizami küçəsindəki “Köhnə qəbiristanlıq”da baş verir. Burada qəbirlər elə qarışıq, bir-birinə bitişik salınıb ki, bir cığır tapıb, onları ziyarət etmək çox müşkül və qeyri-mümkün olub. Kim nə cür istəyib, harda istəyib, orada da qəbir qazdırır, baxmır ki, bunun sonrası necə olacaq. Daha ətraflı »

    Teqlər:

  • 30İyn

    ANA

    Ədəbiyyat ANA üçün şərhlər bağlıdır

    (Hekayə)

    image– Sabahın xeyir, ay Nigar xala!
    – Aqibətin xeyir, ay qızım!
    – Uşaqlarından nə xəbər, Nigar xala? Danışırlarmı?
    – Hərdən zəng eləyirlər, danışırıq, ay Telli. Çox şükür, yaxşıdırlar.
    – Bə niyə kefsizsən? Ağrıyıb – eləmirsən ki?
    – Üstünə sağlıq, nə isə birtəhərəm. Elə ağrımağım – filan yoxdur, ancaq hərdən başım fırlanır, bədənimə soyuq tər gəlir.
    – Bə niyə uşaqlara xəbər eləmirsən gəlib səni doxtura göstərsünlər?
    – Demişəm, gələsidirlər, inşallah!
    Tellinin oğlunun səsi qonşuların söhbətini yarımçıq kəsdi:
    – Ay ana, gəl mənim paltarlarımı ütülə, getməliyəm, axı.
    Telli istədi oğluna nəsə desin, Nigar xala imkan vermədi:
    – Get uşağı yola sal, sonra keçərsən bizə.
    Telli getdi. Daha ətraflı »

    Teqlər:

  • 30İyn
    Ədəbiyyat KAMİL TƏRTƏRLİ üçün şərhlər bağlıdır

    kamil qaqamKamil Tərtərli (Süleymanov Kamil Şəmil oğlu) 1955-ci il aprel ayının 26-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    2015-ci ildə onun “Ana yurdum vətənim Tərtər” adlı şeirlər kitabı çapdan çıxıb.
    Aşağıda şeirlərini olduğu kimi dərc edirik.

    TƏRTƏR, SƏNİN QUCAĞINDA

    Sən qəhrəman şəhərimsən
    Düşmənlərin qabağında.
    Keçilməzdi sərhədlərin
    Tərtər, sənin qucağında.

    Qaçqınlara açdın qucaq,
    Məlhəm oldu ana torpaq.
    Gör neçə ev oldu dayaq
    Tərtər, sənin qucağında.

    Oğlun-qızın qəhrəmandı,
    Düşmənlərin bağrın yardı.
    El orduya havadardı
    Tərtər, sənin qucağında. Daha ətraflı »

    Teqlər:

  • 21İyn

    Digər üçün şərhlər bağlıdır

    475c7ed02ba735186338672aca0bd942Bugünkü Azərbaycan dünya miqyasında seçilən bir ölkədir. Təəssüf edirəm, hamımız təəssüf edirik ki, müstəqilliyimizin ilk günlərindən Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olmayıb. Əgər rəhbərlikdə olsaydı, bir qarış torpaq da işğal altına düşməzdi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində ölkəmizə rəhbərlik etmiş insanlar zəiflik, qorxaqlıq göstərdilər. AXC-Müsavat cütlüyünə gəlincə, xəyanətkar hakimiyyət torpaqlarımızı qoruya bilmədi. Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür. Əgər Heydər Əliyev müstəqilliyimizin ilk illərində hakimiyyətdə olsaydı, özümüzü bəlalardan qoruya bilərdik.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 21İyn
    Xəbərlər QURTULUŞ GÜNÜ XALQIN MÜQƏDDƏRATI HƏLL OLUNDU üçün şərhlər bağlıdır

    DSC_3991QurtulusTərtər rayonunda 15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra tədbir Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının inzibati binasında dəyirmi masa ətrafında davam etdirilib.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin–Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi.
    Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Xəbərlər HEYDƏR ƏLİYEV FONDUNUN NÜMAYƏNDƏLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    952bd1afb5e27e09b2b247e3a817f1e8Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) Yuxarı Qarabağ regional mərkəzi yaradılıb. Regional Mərkəzin Tərtərdə keçirilən iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ictimai birliyin yaranma zərurəti və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yaradılan və 2016-cı ilin mart ayından fəaliyyətə başlayan Regional İnkişaf İctimai Birliyi ölkənin sosial-iqtisadi və mədəni inkişafına dəstək verən layihələr həyata keçirir.
    Ötən müddət ərzində görülən işlər barədə məlumat verən ictimai birliyin sədri Məhəmməd Abdullayev bildirib ki, təşkilatın Yuxarı Qarabağ regionu üzrə fəaliyyəti Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını əhatə edəcək, RİİB nümayəndələri isə Tərtər şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcəklər. Daha ətraflı »

    Teqlər:

  • 21İyn
    Təhsil “SON ZƏNG”in SƏDALARI CƏBHƏ BÖLGƏSİNƏ YAYILDI üçün şərhlər bağlıdır

    01Изображение 598İyun ayının 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 604 nəfər şagird XI sinfi, 799 nəfər şagird isə IX sinfi bitirir.
    Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.
    Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, məzunla-rın çıxışları bir-birini əvəz etdi.
    Şəhər 1, 2, 5 və 6 saylı tam orta məktəblərinin məzunlarının “Son zəng”ində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək, gənclərə tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu söylədi. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə etdi. Daha ətraflı »

    Teqlər: