20Sen
Son illər ərzində Azərbaycanda iki mindən artıq məktəb tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə təchiz edilib. Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
20Sen

Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Surxay Mirzəyev “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi. Məruzəçi bildirdi ki, rayon məktəbliləri 2016-2017-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qalib olmuşlar. Daha ətraflı »
Teqlər: Təhsil
20Sen

2017-2018-ci tədris ilində rayonumuzda 1035 uşaq 1-ci sinifə qəbul edilib. Ümumiyyətlə, çalınan ilk zəng 10 min 106 nəfər şagirdi yenidən sinif otaqlarına səslədi. Bunlardan 613-ü onbirincilərdir.
Cari tədris ilində Tərtərdə 34 tam orta, 10 ümumi orta və 3 ibtidai məktəbdə 1238 nəfər müəllim işləyəcək.
Cari tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı–tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olundu.
Şəhər 5 saylı tam orta məktəbi. Bu il məktəbin məzunlarından 9 nəfəri yüksək ballarla ali təhsil ocaqlarına qəbul olunublar. Onlardan 2 nəfəri 600-dən yuxarı bal toplamış bacı-qardaş, 2 nəfəri 500-dən yuxarı bal toplayan məzunlardır.
Cari ildə bu təhsil ocağında 350 nəfər şagird təhsil alacaqdır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 42 nəfər müəllim məşğul olacaqdır. Daha ətraflı »
Teqlər: Təhsil
20Sen

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Qazyan kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinlənildi. Kənd ağsaqqalı Çərkəz Həsənov, Qazyan kənd ümumi orta məktəbin direktoru Yaşar Behbudov çıxış edərək kənd camaatına göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə öz minnətdarlığını bildirdilər. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
20Sen

Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
Rayon təhsil şöbəsinin işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etdi, gənclərə uğurlar arzuladı. Daha ətraflı »
Teqlər: Tərtər RİH-də
20Sen
Azərbaycan Uşaqlar Birliyinin regionlar üzrə departament rəhbəri Nigar Bayramlı və “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Beynəlxalq Bilik Günü münasibətilə rayonumuzun Bayandur kəndində olaraq, buradakı kənd ibtidai məktəbin şagirdlərinə çanta və məktəb ləvazimatları hədiyyə ediblər.
Bu münasibətlə keçirilən görüşə şagirdlərlə yanaşı, məktəbin müəllim kollektivi və valideynlər gəlmişdilər. Tədbir ikiqat sevinc içərisində keçib. Çünki cari tədris ilində şagirdlər onlar üçün tikilmiş modul tipli yeni məktəbdə təhsil alacaqlar.
Nigar Bayramlı, Nailə İsmayılova, məktəbin direktoru Natella İbrahimova, valideyn Gilas Əsədova balacaları yeni dərs ilinin başlanması münasibətilə ürəkdən təbrik edib, ölkəmizdə təhsilin inkişafından danışıblar. Bayandur kəndində tikilən yeni binanın bunun bariz nümunəsi olduğunu göstəriblər. Onlar şagirdlərə yaxşı oxumağı, valideynlərini daim əla qiymətlərlə sevindirməyi tövsiyə ediblər. Daha ətraflı »
Teqlər: Təhsil
20Sen
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Açıq hökumət”in təşviqi və elektron xidmətlərdən istifadənin artırılmasına dəstəyin təşkili” layihəsi çərçivəsində Tərtər rayonunda məlumatlandırma sessiyası keçirib.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açıb.
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov layihə haqqında iştirakçılara məlumat verib. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Sen
Tərtər Rayon Məşğulluq Mərkəzi “Əmək yarmarkası” keçirib.
Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açıb. O, keçirilən əmək yarmarkasının mahiyyətindən danışaraq bildirib ki, məqsəd işaxtaran və işsiz vətəndaşlarla işə götürənlərin birbaşa əlaqəsini təmin etməkdir.
Həmin gün tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və işaxtaranlarla birlikdə 250 nəfər iştirak edib.
Əmək yarmarkasına rayonun ərazisində fəaliyyət göstərən 23 idarə, müəsissə və təşkilatdan 168 boş iş yeri çıxarılıb. Boş iş yerlərindən 65-i fəhlə, 103-ü qulluqçu kateqoriyasına daxildir ki, bunlardan da 55 nəfərə işə göndəriş verilib. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Sen

Qurban bayramı münasibətilə Silahlı Qüvvələrdə keçirilən “Açıq qapı günü” tədbirlərindən birində Qarabağ müharibəsi veteranlarından bir qrupu Müdafiə Nazirliyinin rəhbərliyinə ön səngərə-döyüş mövqeyinə gedərək, şəxsi heyətlə görüşmək, gənc əsgərlərlə birlikdə döyüş növbəsinə çıxmaq arzularını bildiriblər.
Razılıq almış keçmiş döyüşçülərdən bir qrupu düşmənlə üzbəüz döyüş mövqelərinə yola salınıblar.
Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı bildirib ki, Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin mütəmadi olaraq cəbhəboyu zonaya gəlişləri, hərbi qulluqçularla yanaşı rayon sakinləri ilə görüşləri həm ordunun şəxsi heyətinin, həm də yerli əhalinin işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamlarını daha da artırır. Ordu ilə xalqın birliyi daha da möhkəmlənir. Daha ətraflı »
Teqlər: Xəbərlər
20Sen
Cəbhə bölgəsi olan Tərtərimizdə quruculuq, abadlıq işləri mütəmadi şəkildə davam etdirilir.
Hazırda şəhərimizin Nəriman Nərimanov, Mehdi Hüseynzadə, Ədalət Paşayev, Elman Hüseynov, Vüqar Həsənov, Nizami küçələrindəki 48 ədəd çoxmənzilli yaşayış binaları əsaslı təmir olunur. Həmin binaların 30-unda təmir-bərpa işləri artıq başa çatıb, qalanlarında isə işlər davam etdirilir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar