Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məktəblilərin respublika fənn olimpiadasının rayondan olan qalibləri ilə görüşdü. Tədbirdə coğrafiya fənni üzrə 3-cü yerə layiq görülmüş Ələsgərli kənd tam orta məktəbin 11-ci sinif şagirdi Gültac Paşazadə, tarix fənni üzrə 3-cü yerə layiq görülmüş şəhər 2 saylı məktəb-liseyin 11-ci sinif şagirdi Nuranə Kərimova, qaliblərin valideynləri və müəllimləri də iştirak etdilər.
Görüşdə rayon rəhbəri uğur qazanan məktəblilərə xoş arzularını bildirdi, onları təbrik etdi.
Sonra olimpiada qaliblərinə və onların müəllimlərinə rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr və pul mükafatları təqdim olundu.
-
13İynTərtər RİH-də QALİBLƏR MÜKAFATLANDIRILDI üçün şərhlər bağlıdır
Teqlər: Tərtər RİH-də
-
13İynXəbərlər MÜSTƏQİLLİYİMİZİN TƏMƏL TARİXİ üçün şərhlər bağlıdır
Tərtər Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir keçirildi.
Tədbirdə Tərtər şəhər 3 saylı orta məktəbin müəllim və şagirdləri, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri muzeyin direktor əvəzi Aybəniz Məmmədova açdı. Bildirdi ki, 1918-ci il may ayının 28-də Tiflis şəhərində 4 müsəlman partiyasının iştirakı ilə iclas keçirilir. Milli Şuranın heyəti və sədri seçilir. 22 səs çoxluğu ilə Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri olur.
3 saylı məktəbin tarix müəllimi Kifayət Kərimova, Heydər Əliyev Mərkəzinin müdiri Səlimə Yusibova, muzeyin işçisi Aybəniz Şahbazi çıxış edərək Cümhuriyyətin 100 illiyi ilə əlaqədar öz fikirlərini söylədilər.
Sonda şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
13İynXəbərlər 100 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır
Şəhərimizin Elman Səfərov küçəsində yeni 100 yerlik körpələr evi-uşaq bağçası inşa olunur. Binanın birinci mərtəbəsində işlər başa çatmışdır. İndi ikinci mərtəbədə inşaat işləri davam etdirilir. Hər gün tikintidə 14-16 nəfər işləyir.
Tikintinin sifarişçi təşkilatı Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi, podratçı təşkilat isə “Qarabağ-ER”MMC-dir.Teqlər: Xəbərlər
-
13İynXəbərlər YENİ OLİMPİYA KOMPLEKSİ üçün şərhlər bağlıdır
Şəhərimizn Heydər Əliyev prospektində yeni Olimpiya Kompleksinin inşasına başlanmışdır. İdman kompleksi gənclər arasında idmanın inkişaf etdirilməsi və onların asudə vaxtlarıının səmərəli keçirilməsi üçün şərait yaradacaqdır.
Bu məqsədlə 4 hektar torpaq sahəsi ayrılmışdır. Kompleksin inşasında hər gün 25-30 nəfər işçi çalışır. Hazırda idman kompleksinin ikinci mərtəbəsində işlərə başlanmışdır.
Olimpiya İdman Kompleksinin tikintisi 2019-cu ildə başa çatdırılacaqdır.Teqlər: Xəbərlər
-
13İynXəbərlər XALÇA İSTEHSALI EMALATXANASI üçün şərhlər bağlıdır
Rayonumuzun Nizami küçəsində xalça istehsalı ema-latxanasının tikintisinə başlanıb. Emalatxananın tikintisi üçün 0,42 hektar torpaq sahəsi ayrılıb. Burada 180 nəfər xalça toxuyan qadın işlə təmin olunacaq.
Emalatxananın tikintisi “Azərxalça” ASC tərəfindən aparılır. İnşaatçılar cari ilin sonunadək işi başa çatdırmağı nəzərdə tutmuşlar.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
13İynDigər 20 İYUN BEYNƏLXALQ QAÇQINLAR GÜNÜDÜR üçün şərhlər bağlıdır
DOĞMA YERLƏRİN NİSGİLİ GÖYNƏDİR DİDƏRGİNLƏRİ
UZANIB GEDƏN YOLLAR BİZİ ARZULARIMIZA ÇATDIRACAQ…
Yollar… yollar!… Hava yolu, su yolu, maşın yolu, piyada yolu, ömür yolu, düz yol, əyri yol… Hər yolun bir sonu, bir dayanacaq nöqtəsi… Bu yolların uzanıb gedəni, mənzil başına çatmaq üçün həm qısa, həm də uzun olanı var. Arzulayaq ki, yollarımız asan keçidlərdən keçsin.
İndi isə ürəyimdən elə yollardan söz açmaq keçir ki, onlar hamının arzusu, istəyidir. Bunlar, bizi üzü dağlara sarı, doğma yurd yerlərinə aparan yollardır. Üzü yoxuşa doğru uzanan, kol-kos basmış, bu yolların hər döngəsində pusquda yatmış yırtıcıların hiyləsi durur, o əziz yerlərlə görüşümüzü çətinləşdirir.
Şəhərimizdən dağlara sarı uzanan yolun başlanğıcındayam. Xəyalım yenə pərən-pərən olub. Yaxın keçmişimizlə dərdləşirəm. Gözümün önündə hələ yeni-yetmə çağlarımda gördüyüm cığırlar, sağ tərəfdə meşələr, sıldırım qayalar, sol tərəf də isə zəhmətlə tikilmiş kənd evləri, salınmış bağbağatlar canlanır. Daha ətraflı »Teqlər: Digər
-
13İynDigər “BİZ QAÇQIN DEYİLİK, BEHİŞTDƏN QOVULANLARIQ” üçün şərhlər bağlıdır
1988-ci ildən ermənilər bu behişti cəhənnəmə döndərmişdilər. Şuşalılar var qüvvələri ilə müdafiə olunurdular. Mən həmin vaxt Şuşa polisində çalışırdım. İlk zamanlar özünümüdafiə dəstələri yaradaraq, bizdən qat-qat güclü olan, təpədən dırnağadək silahlanmış düşmənə müqavimət göstərirdik. Amma ruhdan düşmürdük. Çünki hər kəs bilirdi ki, Şuşa alınmaz qaladır.
Lakin o zamanlar hakimiyyət başında dayananlar xəyanətkar mövqe tutaraq, Azərbaycanın bu dilbər güşəsinin işğalına şərait yaratdılar.
Biz şuşalılar bundan sonra da mübarizəmizi dayandırmadıq. Mən özüm Ağdərə, Kəlbəcər–Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm.
Atam rəhmətlik Qurban Quliyev də polis işçisi olub. Uzun müddət Tərtərdə Polis Şöbəsinin rəisi işləyib. Qardaşım, Şuşa Polis Şöbəsinin keçmiş rəisi Eldəniz Quliyev düşmənə qarşı döyüşlərdə həlak olub. Hazırda iki oğlum – Elxan, Orxan Şuşa Polis Şöbəsində xidmət edirlər. Kürəkənim də polis əməkdaşıdır. Daha ətraflı »Teqlər: Digər
-
13İynDigər LAÇINSIZ GÜNLƏR üçün şərhlər bağlıdır
Redaksiyada Laçın qaçqını Əliyev Kamal İbrahim oğlu ilə söhbət edirik. Kamal ixtisasca müəllimdir. Atası İbrahim kişi də uzun müddət yaşadıqları Laçın rayonunun Zerti kəndində müəllim, məktəb direktoru işləyib. Kamal müəllim deyir:
–Kəndimiz təbiətin gözəl bir guşəsində qərar tutmuşdu. Alt tərəfi düzənlik, üst tərəfi isə dağlar və sıx meşəliklərdən ibarət idi.
Ailədə 10 nəfər idik. Laçında gözəl şəraitimiz – ev-eşiyimiz, 11 başdan çox mal-qaramız 30-40 xırdabuynuzlu heyvanımız, 100-ə yaxın arı ailəsi vardı. Bir sözlə, dağ şəraitində insana nə lazımdırsa, onun hamısı bizdə vardı.
Laçın işğal olunanda ailəmizlə birlikdə yaxınlarımız–5 ailə 1 maşına yığılıb çətinliklə də olsa Ağdamın Quzanlı kəndinə gəldik. 3-4 ay orada qalandan sonra həmin ilin avqust ayının sonunda Şıxarx qəsəbəsinə köçdük. Orada atamla birləşib məktəb təşkil etdik. Dörd il orada işləyəndən sonra atam bu dərdə dözməyib elə Laçın deyə-deyə dünyasını dəyişdi. Daha ətraflı »Teqlər: Digər
-
13İynDigər KƏLBƏCƏR HƏSRƏTİ üçün şərhlər bağlıdır
Uca dağlar başında qərar tutan Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-dən Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Dağlıq Qarabağ ərazisindən xeyli kənarda yerləşən Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində əliyalın dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovularaq didərgin salınıb.
Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və həmçinin Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Təəssüflər olsun ki, indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respulikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıb. İşğal nəticəsində Kəlbəcərdən 53 min 340 nəfər adam qovulmuş, 511 nəfər dinc əhali öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür. Daha ətraflı »Teqlər: Digər
-
13İynDigər CÜMHURİYYƏTİN 100 İLİ: BU TARİX HƏM DƏ AZƏRBAYCAN ƏDLİYYƏ SİSTEMİNİN 100 YAŞI DEMƏKDİR üçün şərhlər bağlıdır
Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub və bu, hər yerdə yüksək səviyyədə qeyd edilir. Prezidentimizin qərarı, heç şübhəsiz ki, hamılıqla , bütün Azərbaycan xalqının ürəyincə olub. Bu da səbəbsiz deyil.
Azərbaycan Xalq Cümhuriyyəti özünü Şərqdə ilk demokratik dövlət elan etməklə bəşəri, dünyəvi , hüquqi təməllər üzərində islahatlar həyata keçirməyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti hüquqi dövlət, ədalətli cəmiyyət yolunda ilk addımlar atmağı qarşısına məqsəd qoymuşdu. Bu mənada ilk yaranan hökumətin tərkibində ədliyyə nazirliyinin mövcudluğu da təsadüfi hal sayılmamalıdır.
Cümhuriyyətin 100 ili: bu tarix həm də Azərbaycan Ədliyyə sisteminin 100 ili deməkdir. Bu mənada Azərbaycan ədliyyə sisteminin keşməkeşli yoluna nəzər yetirsək, elə bilirik ki, hamı üçün maraqlı olar.
Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də–Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb. Xəlil bəy Xasməmmədov isə ilk Ədliyyə naziri kimi Azərbaycan tarixinə düşüb. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar