Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    1988-ci ildən ermənilər bu behişti cəhənnəmə döndərmişdilər. Şuşalılar var qüvvələri ilə müdafiə olunurdular. Mən həmin vaxt Şuşa polisində çalışırdım. İlk zamanlar özünümüdafiə dəstələri yaradaraq, bizdən qat-qat güclü olan, təpədən dırnağadək silahlanmış düşmənə müqavimət göstərirdik. Amma ruhdan düşmürdük. Çünki hər kəs bilirdi ki, Şuşa alınmaz qaladır.
    Lakin o zamanlar hakimiyyət başında dayananlar xəyanətkar mövqe tutaraq, Azərbaycanın bu dilbər güşəsinin işğalına şərait yaratdılar.
    Biz şuşalılar bundan sonra da mübarizəmizi dayandırmadıq. Mən özüm Ağdərə, Kəlbəcər–Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm.
    Atam rəhmətlik Qurban Quliyev də polis işçisi olub. Uzun müddət Tərtərdə Polis Şöbəsinin rəisi işləyib. Qardaşım, Şuşa Polis Şöbəsinin keçmiş rəisi Eldəniz Quliyev düşmənə qarşı döyüşlərdə həlak olub. Hazırda iki oğlum – Elxan, Orxan Şuşa Polis Şöbəsində xidmət edirlər. Kürəkənim də polis əməkdaşıdır.
    Bizim ailənin amalı, arzusu xalqımızın əmin-amanlığının qorunması olub və indi də belədir.
    Şuşa itkisi dözülməz dərddir. Bundan da ağır olan isə xəyanətdir.
    Şükürlər olsun ki, bu gün ölkəmizdə xalq-iqtidar birliyi var. Ölkədə həyata keçirilən bütün islahatlar, görülən işlər xalqın güzəranının yaxşılaşdırılmasına yönəlib. Ermənistan– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mövqeyi aydındır. O, dəfələrlə bəyan edib ki, Azərbaycan heç zaman bu işğalla barışmayacaq. Azərbaycanın hər bir vətəndaşı da bu fikirdədir və ölkə baş-çısının apardığı siyasəti dəstəkləyir.
    Bir veteran kimi, bir şuşalı kimi ordumuzun günü-gündən güclənməsi məni sevindirir. Hər birimiz var qüvvəmizlə çalışırıq ki, Azərbaycanın qüdrəti daha da artsın və bundan sonra xalqımız işğal yox, qələbə tarixlərini qeyd etsin.

    Nazim QULİYEV,
    Tərtər rayonu

    Müəllif: Redaktor, 10:25

    Teqlər:

İsmarıclar bağlıdır.