Pəhləvan Səxavət Məmmədov ümumrayon tədbirlərində müxtəlif maraqlı çıxışlar göstərir. Çiyninə götürdüyü 186 kiloqramlıq cöngə ilə 3 maşın dartması, 240 kiloqramlıq öküzü 5 pilləkən yuxarı qaldırması, üstünə taxta qoyub maşın keçirməsi, sinəsində kubik daşı sındırması və onlarca digər başqa tamaşalar bu qəbildəndir. Onun nümayişlərinə tamaşaçılar çox maraqla baxır, gurultulu alqışlarla qarşılayır, yaxşı mənada həsəd aparır, “Allah qorusun” deyirlər. Hamı fəxr edir ki, qəhrəman Tərtərin belə pəhləvan oğlanları var.
Səxavət Rafiq oğlu Məmmədov 1982-ci ildə Tərtər rayonunun Ağkənd kəndində anadan olub. Orta məktəbi qonşu Cəmilli kəndində bitirib. 1999-cu ildə hərbi xidmətə çağırılıb. 2001-ci ildə xidməti borcunu yerinə yetirib.
Səxavətdən onda bu peşəyə marağın necə yarandığını soruşduq. Dedi:
–7-ci sinifdə oxuyanda evdə ağır əşyaları götürmək lazım olanda həmişə məni çağırardılar. Belə-belə sonralar özümdə qeyri-adi bir gücün olduğunu hiss etməyə başladım. Elə o ərəfələrdə kəndimizə Xaçmaz rayonunun Xaspoladlı kəndindən Xəlilullah adlı bir pəhləvan gəlmişdi. O, ağır daşlar qaldırır, maraqlı nömrələr göstərirdi. Mən qeyri-ixtiyarı meydana çıxıb dedim: Daha ətraflı »
-
11İylDigər İNANILMAZ GÜC SAHİBİ üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
11İylTəhsil MÜƏLLİM-İKİNCİ VALİDEYN üçün şərhlər bağlıdır
Bir cəmiyyətin formalaşmasında müəllimin rolu əvəzsizdir.
Mən bütün müəllimlərimi çox istəyirəm. Ən çox sevdiyim fənn isə tarixdir.
Tarix dərsini bizə Elçin müəllim öyrədir. Tarixi bilmək bizim borcumuzdur. Hər ölkənin keçmişi onun tarixidir.
Mən fəxr eləyirəm ki, Elçin müəllim kimi bir müəllim mənə tarix dərsi deyir.
Onun üçün hər zaman öndə olan vətəndir. Elçin müəllim dərsi o qədər gözəl izah edir ki, sanki o hadisələrin içindəsən. Mənim və sinif yoldaşlarımın hər birinin ona böyük hörmətimiz var.
Hər bir insan vətəni sevməli, tarixini bilməlidir. Çünki tarix keçmişlə gələcək arasında bir bağdır.Mirzə BAXŞALIYEV,
Tərtər şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdiDƏRS ƏLAÇISI VƏ FƏAL İCTİMAİYYƏTÇİ
Amin Qasımov 3 saylı şəhər orta məktəbin beşinci sinif şagirdir. Yaşının az olmasına baxmayaraq, artıq rayonda çoxları bu istdadlı oğlanı yaxşı tanıyır. Ona görə ki, fəaldır, ictimai işlərdə yaxından iştirak edir, həm də dərslərini yaxşı oxuyur.
Amin həm məktəbdə, həm də rayon miqyasında keçirilən müxtəlif tədbirlərdə maraqlı çıxışları ilə diqqəti cəlb edir. Belə ki, Heydər Əliyev Mərkəzində Xocalı faciəsinə və 31 mart–Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasimlərdə iştirakına görə Mərkəzin Fəxri Fərmanına layiq görülmüşdür. Bundan əvvəl isə oxuduğu məktəbin di-rektoru tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Daha ətraflı »Teqlər: Təhsil
-
11İylƏdəbiyyat ATA üçün şərhlər bağlıdır
Mənim hər dərdimə şərik olursan,
Ömrümə xoş arzu, diləksən, ata!
Çox şükür, nə yaxşı yanımda varsan!
Sən mənə arxasan, dirəksən, ata.İstəsən, canımı sənə verərəm,
Daim gözlərində qayğı görərəm.
Yanımda olmasan mən nə edərəm?
Sən mənə hər zaman köməksən, ata!Məni candan sevən qardaşım olsa,
Nə qədər yoldaşım, sirdaşım olsa,
Lap qocalsam belə, yüz yaşım olsa,
Yenə də sən mənə gərəksən, ata.Zərifə ƏSGƏRZADƏ,
Tərtər şəhər 1 saylı tam orta məktəbin üçüncü sinif şagirdiTeqlər: Ədəbiyyat
-
29İynXəbərlər TƏRTƏRLİLƏR MİLLİ QURTULUŞ GÜNÜNÜ TƏNTƏNƏ İLƏ QEYD ETDİLƏR üçün şərhlər bağlıdır
Tərtər rayonunda 15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Əvvəlcə tədbir iştirakçıları ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında davam etdirildi.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi və ulu öndərin Azərbaycan xalqının xilaskarlıq missiyasından danışdı. Rayon rəhbəri qeyd etdi ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Daha ətraflı »Teqlər: Xəbərlər
-
29İynTəhsil ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ “SON ZƏNG” ÇALINDI üçün şərhlər bağlıdır
İyun ayının 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 602 nəfər şagird XI sinfi, 807 nəfər şagird isə IX sinfi bitirir.
Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir Dövlət Bayrağının gətirilməsi, Dövlət Himninin səs-ləndirilməsi ilə başlandı.
Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi proqramları, müəllimlərin, valideynlərin, məzunların çıxışları bir-birini əvəz etdi.
“Son zəng” tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik edərək, onlara tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu söylədi. Daha ətraflı »Teqlər: Təhsil
-
29İynTərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
23 iyun–Dövlət Qulluqçularının peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.
Tədbirdə rayon icra haki-miyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını peşə bayramları münasibəti ilə təbrik edib. Qeyd olu-nub ki, 23 iyun–Dövlət Qulluqçularının peçə bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Daha sonra dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolundan danışılıb.
Daha sonra göstərilib ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 235 nəfər dövlət qulluqçusu işləyir. Onlardan 24 nəfəri gənc, 59 nəfəri isə qadındır. 224 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
29İynTərtər RİH-də SƏYYAR QƏBUL üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü Mamırlı kəndində oldu.
Əvvəlcə Mamırlı kənd İƏD üzrə nümayəndə əvəzi Şahid Məmmədov kəndin sosial-iqtisadi vəziyyəti və əhalinin məşğuliyyəti barədə məlumat verdi. Sonra vətəndaşların müraciətləri dinlənildi.
Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov, sakinlərdən Kəmalə Cəfərova, Aynurə Mustafayeva, Mehman Həsənov, Məzahir Sadıqov, Vəliyəddin Əliyev müxtəlif məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara lazımi tapşırıqlar verdi. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
29İynSəhiyyə TİBB İŞÇİLƏRİ GÜNÜ üçün şərhlər bağlıdır
Tibb İşçilərinin Peşə Bayramı günü münasibəti ilə tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Sonra dedi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Sonra Mərkəzi Rayon Xəstə-xanasının baş həkimi Yaşar Hüseynov tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək, səhiyyənin keçmişindən və bu günündən danışdı. Daha ətraflı »Teqlər: Səhiyyə
-
29İynXəbərlər “VƏTƏN UĞRUNDA!” SƏYYAR TƏŞVİQAT DƏSTƏSİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Gəncə Qarnizonu Zabitlər Evinin “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə tədbir keçirib.
Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov çıxış edərək əsgər və zabitləri Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun adından təbrik edib və Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan danışıb.
Sonra hərbi hissə komandirinin müavini Anar Cavadov çıxış edərək bildirib ki, bu kimi tədbirlərin keçirilməsi əsgərlərin milli və hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsində böyük əhəmiyyətə malikdir.
Zabitlər Evi kollektivinin təqdim etdiyi musiqili proqram tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılanıb.Teqlər: Xəbərlər
-
29İynXəbərlər “VƏTƏNİN XİLASI, XALQIN QURTULUŞU” üçün şərhlər bağlıdır
Heydər Əliyev Mərkəzində Qurtuluş günü ilə əlaqədar “Vətənin xilası, xalqın qurtuluşu” adlı “Dəyirmi masa” keçirildi. Tədbirdə Laçın rayonunun Nərimaniya kənd ümumi məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
Əvvəlcə ümummilli liderin büstü önünə gül-çiçək dəstələri qoyan ziyarətçilər ekspozisiya zalı ilə tanış oldular, sonra kitab sərgisinə baxdılar. “Dəyirmi masa”da mərkəzin direktoru Səlimə Yusibova Qurtuluş tarixindən ətraflı məruzə etdi.
İradə Əkbərli, Fərqanə Orucova, Aybəniz Məmmədova, Sevda İsgəndərova, Əli Əhmədov, Aynur Quliyeva çıxış et-dilər.
Sonda qısametrajlı videoçarx nümayiş etdirildi.“Yeni Tərtər”
Teqlər: Xəbərlər
Yeni ismarıclar