Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işini yekunlaşdırıb.
Müəllimlər, gənclər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, dini radikalizm və terrorizmin fəsadlarından bəhs edən “Üfüqdəki gələcək” sənədli filmi nümayiş etdirilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayondakı dini durum haqqında geniş məruzə ilə çıxış edib. Daha ətraflı »
-
30İylXəbərlər İKİGÜNLÜK SEMİNAR-MÜŞAVİRƏ üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
30İylTərtər RİH-də TƏRTƏR RAYONUNA SƏFƏR üçün şərhlər bağlıdır
Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. İcra başçısı qonağa rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.
Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
Səfər çərçivəsində nümayəndələr rayonun inkişaf etmiş təsərrüfat subyektlərində və BAMF-ın Tərtər Peşə Təlim Mərkəzində görüşlər keçiriblər.Teqlər: Tərtər RİH-də, Xəbərlər
-
30İylXəbərlər YAP TƏRTƏR RAYON TƏŞ- KİLATININ 25-ci İLDÖNÜMÜ üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüldü. Gənclər Mərkəzində davam edən tədbiri YAP rayon təşkilatının sədri Ramiz Şabanov açdı. Ümummilli lider Heydər Əliyevin və YAP sıralarında dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət himni iştirakçıların ifasında səsləndirildi.
Yığıncaqda YAP rayon təşkilatının sədri Ramiz Şabanov məruzə etdi. Rayon Qadınlar Şurasının sədri Xatirə Məmmədova, gənclər birliyinin sədri Emin Pənahov, statistika idarəsinin müdiri Ədalət Məmmədov, Heydər Əliyev Mərkəzinin elmi işçisi İradə Əkbərli, Hacıqərvənd kənd tam orta məktəbinin tarix müəllimi Bəxtiyar Səmədov məruzə ətrafında çıxış etdilər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
30İylXəbərlər VƏTƏNPƏRVƏRLİK ALİ HİSSDİR üçün şərhlər bağlıdır
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” adlı layihə çərçivəsində tədbir keçirib.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi Elvin Umudov açaraq mövzunun aktuallığından danışıb.
“Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə “Mediada vətənpərvərliyin təbliği ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi barədə geniş məlumat verib.
Tədbirdə layihənin eksperti Seymur Verdizadə, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusibov, ”Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin nümayəndəsi Həcər Xeyri çıxış edərək belə tədbirlərin təşkilinin davamlılığının vacibliyini bildiriblər.Teqlər: Xəbərlər
-
30İylKənd təsərrüfatı Kənd təsərrüfatının inkişafı vacib məsələdir üçün şərhlər bağlıdır
“PAMBIQÇILIĞIN İNKİŞAFINA DAİR 2017-2022-ci İLLƏR ÜÇÜN DÖVLƏT PROQRAMI” YERİNƏ YETİRİLİR
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına darir 2017-2022-ci illər üçün Dövlət Proqramı” pambıqçılığa dövlət dəstəyinin gücləndirilməsinə və bu sahədə problemlərin həllinə yönəldilmişdir.
Dövlət Proqramında qeyd olunur ki, Azərbaycanda pambıqçılığın kompleks inkişafı XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respubli-kaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticə-sində pambıqçılıq çox sürətlə inkişaf etmiş, bu sahədə böyük sənaye potensialı yaradılmışdır. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon 15 min tona çatdırılmışdır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
30İylKənd təsərrüfatı FERMERLƏRİMİZ ÖLKƏNİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİNƏ ÖZ TÖHFƏLƏRİNİ VERİRLƏR üçün şərhlər bağlıdır
Kənd təsərrüfatı qeyri-neft sektorunun ən iri sahəsidir. Aqrar sektor həm də ölkənin ərzaq təhlükəsizliyində önəmli rol oynayır. Hər bir ölkənin kifayət qədər daxili ərzaq məhsulları ilə təmin edilməsi onun üçün prioritet vəzifədir.
Azərbaycanda aqrar sektorun inkişafı ölkə rəhbərinin daimi diqqət məzkəzindədir və dövlətimiz tərəfindən dəstəklənir. Belə ki, keçmiş MDB dövlətləri arasında torpaq islahatı ilk növbədə Azərbaycanda keçirildi və torpaq özünün əsl sahibinə–kəndliyə qaytarıldı.
Bu, birinci mərhələ idi. İkinci mərhələdə aqrar sektor maliyyə vəsaitləri və texnika ilə təchiz olundu. Belə ki, kəndlilərə güzəştli şərtlərlə kredit, texnika verildi, fermerlər torpaq vergisindən başqa bütün vergilərdən azad edildilər. Həmçinin onlara istifadə etdikləri yanacağa və sürtkü yağlarına görə subsidiyalar ödənildi. Gübrə, toxum, damazlıq heyvanlar da istehsalçılara dəyərindən aşağı qiymətlərlə satıldı. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
30İylKənd təsərrüfatı SAHİBKAR QADINLARIN SAYI ARTIR üçün şərhlər bağlıdır
Məlum olduğu kimi, sahibkarlığın inkişafına dəstəyin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Məhz onun rəhbərliyi ilə ölkəmizdə aqrar islahat həyata keçirilib, torpaq öz sahiblərinə–kəndlilərə qaytarılıb. Ulu Öndər öz çıxışlarında torpaqlardan səmərəli istifadə etməyi, onun məhsuldarlığını daim artırmağı tövsiyə edirdi.
Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də ölkədə sahibkarlığın inkişafını bazar iqtisadiyyatından irəli gələn mühüm bir vəzifə kimi qarşıya qoyub. Həmişə olduğu kimi, bu işdə də əhalinin yarıdan çoxunu təşkil edən qadınlar fəallıq göstərirlər.
Onların fəaliyyətini elmi əsaslarla genişləndirmək, problemlərinin həllinə dəstək vermək məqsədilə 2001-ci ildə Azərbaycanda Sahibkar Qadınlar İctimai Birliyi yaranıb. Bu birliyin vasitəsilə regionlarda da qadın sahibkarların fəaliyyəti dəstəklənir, onlara lazımi istiqamət verilir və köməklik göstərilir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
30İylKənd təsərrüfatı İŞLƏRİN MƏSULİYYƏTLİ DÖVRÜDÜR üçün şərhlər bağlıdır
Rayonumuzun bütün təsərrüfatlarında olduğu kimi, bizim İsmayılbəyli kəndində də təsərrüfat işləri sürətlə davam etdirilir. Ölkə Prezidenti İlham Əliyevin qeyri-neft sektorunu inkişaf etdirmək barədəki tapşırığından ruhlanan fermer və ailə–fermer təsərrüfatlarının üzvləri çoxdan unudulan sahəyə çevrilmiş baramaçılığı, pambıqçılığı, şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkilərinin əkin sahələrini ilbəil genişləndirirlər.
Ötən il təsərrüfatımızda 11 qutu ipəkqurdu becərilmişdi. Dövlətə nəzərdə tutulandan xeyli çox məhsul təhvil verildi. Bu sahədən yaxşı gəlir götürən kümçülərimiz bu il 19 qutu ipəkqurdu bəslədilər. Az vaxt–cəmi 40 gün ərzində yaxşı məhsul əldə olundu. Şəki İpək Kombinatına nəzərdə tutulan 800 kiloqram əvəzinə 962 kiloqram keyfiyyətli barama təhvil verilib. Kümçülərimizdən Tofiq Səfiyev 1 qutudan 63 kiloqram, Sabir Əsgərov 2 qutudan 123,9 kiloqram, Aqil Novruzov 2 qutudan 117 kiloqram keyfiyyətli məhsul təhvil vermişlər. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
30İylDigər “İLAN OCAĞI” üçün şərhlər bağlıdır
Bu dünyanın Dərələyəz adlı bir mahalı vardı. Azərbaycan adlarının soyqırımında onun da adı dəyişdirildi, yurdları-yuvaları param-parça oldu insanlarının ürəyi kimi. Yuğmalandı dağları, dərələri, təpələri, düzləri, çayları, bulaqları, gölləri, meşələri. Soyları və soyadları qondarma, xislətləri vəhşiliyə və qəddarlığa yuva olan, qan içməyə həris, içləri zığla-zımrığla dolu, varlıqları bəşər övladına nifrət və kindən yoğrulmuş bu naqis canlılar neçə dəfə darmadağın etdi o doğma yerlərimizi, o tarixi diyarımızı! Qocaya, cavana, uşağa rəhm etmədən tikə-tikə doğradılar, diri-diri yandırdılar, basdırdılar, zülüm-zillət verdilər insanlara, gözlər çıxarıldı, başlar kəsildi, bədənlər qol-bud olundu, sağ-sağ sümüklər şaqqıltıyla qırıqlandı, əzalar kəsildi, damarlara neft yeridildi… Bu məşəqqətlərə sanki Allah da göz yumdu, onların layiq olduqları cəzanı vermədi. Qudurmuş itlər bu cəzasızlıqdan daha da qızışdılar, namuslar ləkələndi, ismətlər ayaqlar altında tapdalandı, qeyrətlər boynuburuq qaldı, dillər lal, qulaqlarsa kar oldu. Çünki dillənənin dilini, eşidənin qulaqlarını kəsdilər. Çoxları özlərini lallığa və karlığa qoydu. “İt itin ayağını basmaz”–deyib ərənlər. Daha ətraflı »
Teqlər: Digər
-
30İylDigər BİLMƏK MARAQLIDIR üçün şərhlər bağlıdır
Müqəddəs tellər
Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin talelərində, sənət yollarında qəribə oxşarlıqlar var. Onlar nəinki bir ildə, hətta bir gündə anadan olmuş, Qori Müəllimlər Seminariyasında təhsil almış, sonradan həyatlarını musiqiyə həsr etmək qərarına gəlmişlər. Hər ikisi Azərbaycan musiqisinin tərəqqisi naminə var gücləri ilə çalışmışlar. Üzeyir Hacıbəyovu Müslüm Maqomayevlə sıx yaradıcılıq əməkdaşlığından başqa, səmimi dostluq münasibətləri də bağlamışdır. Nəhayət, tale onları qohumluq telləri ilə də birləşdirmişdir. Hər iki bəstəkar Terequlova bacıları ilə–Üzeyir bəy Məleykə xanımla, Müslüm bəy isə Bağdagülcamal xanımla ailə həyatı qurmuşlar.
* * *
Məhkəmənin qərarı ilə toy şənliyi (1810-1856)
Görkəmli alman bəstəkarı Robert Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Artıq ümidini itirmiş Şuman məhkəməyə müraciət edir. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar