2018-ci ildə də Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələri və giriş blokları əsaslı təmir olunmuş, bina həyətlərinə 48 min kv.m asfalt örtüyü qoyulmuşdur.
Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov, Mehdi Hüseynzadə və Ədalət Paşayev küçələrində abadlıq və yenidənqurma işləri aparılmışdır. Daha ətraflı »
-
19OktSosial TİKİNTİ-QURUCULUQ VƏ ABADLIQ İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır
Teqlər: Sosial
-
19OktXəbərlər NƏRD YARIŞI üçün şərhlər bağlıdır
“Beynəlxalq Ahıllar Günü” münasibətilə Gənclər Mərkəzində ahıllar arasında nərd üzrə rayon birinciliyi keçirilib.
Yarışdan əvvəl Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək iştirakçıları və onların timsalında rayonumuzun bütün ahıl sakinlərini bayram günü münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizdə bu təbəqədən olan insanlara göstərdikləri qayğıdan danışıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19OktXəbərlər ASFALT SALINIR üçün şərhlər bağlıdır
Tərtər şəhərinin Nizami küçəsindəki çoxmənzilli yaşayış binalarının həyətlərinə asfalt salınır. Bu işi rayonun 42 saylı Yol İstismarı İdarəsinin kollektivi görür. İdarənin rəhbəri Ramil Bayramov işlərin keyfiyyətlə aparılmasına xüsusi nəzarət edir.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
19OktTəhsil Müəllim Günü münasibəti ilə üçün şərhlər bağlıdır
ŞƏRƏFLİ VƏ MƏSULİYYƏTLİ PEŞƏ SAHİBİ
“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”. Heydər ƏLİYEV
Müəllimi əbəs yerə bağbana bənzətmirlər. Bağbanın yetişdirdiyi cürbəcür dadlı, ətirli meyvələri olduğu kimi, müəllimin də zəhmətinin bəhrəsi savadlı, yüksək mədəniyyətə malik olan insanlardır. Valideynlərimizdən sonra hər birimizdən ötrü ömrünü zərrə-zərrə əridib şama çevirən müəllimlərimizdir. Həyatımızı nurlandıran məhz müəllimin zəhmətidir, onun ziyasıdır.
Ölkəmizdə, həmçinin rayonumuzda zəhmətkeş, savadlı müəllimlərimiz saysız-hesabsızdır. Daha ətraflı »Teqlər: Təhsil
-
19OktKənd Təsərufatı TORPAQDAN GÜC ALANLAR üçün şərhlər bağlıdır
Uşaq yaddaşı ağ vərəq kimi olur. Ömür keçdikcə bu ağ vərəqlərə yazılan xatirələr sonralar təkrar-təkrar yada düşür və sanki yenidən yaşanır.
Suliddin müəllimin ən unudulmaz xatirələri valideynləri ilə bağlıdır. Atası Surxay iş gününün sonunda ailəsi ilə birlikdə olmağı çox sevirdi. O, həm uşaqların dərsləri ilə maraqlanar, həm də böyük hörmət bəslədiyi ömür-gün yoldaşı ilə gün-güzərandan, dolanışıqdan söhbət edər, hərdən də övladlarına tövsiyələr verərdi…
O vaxtdan bir çox illər keçib, zaman dəyişib. İndi torpaq kəndlinin öz əlindədir. Ona görə insanların torpağa, işinə olan münasibəti bir qədər də dəyişib, məsuliyyət hissi daha da artıb.
Yuxarı Qapanlı Bələdiyyəsinin sədri Suliddin Ələkbərov özü bu il 34 hektar sahədə pambıq becərir. Onun keçən ilki göstəriciləri də yaxşı oldu. Rayon üzrə pambıqçılıqda orta məhsuldarlıq 27 sentnerə çatdığı halda, o, daha yüksək göstəriciyə–35 sentnerə nail oldu. Daha ətraflı »Teqlər: Kənd Təsərufatı
-
19OktDigər Beynəlxalq Ahıllar Günü münasibəti ilə üçün şərhlər bağlıdır
GƏRƏKLİ İNSAN
Şahbaz Hüseynov rayonumuzun Ağkənd kəndində yaşayır. Qocaman mədəniyyət işçisidir. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlasa da, 1964-cü ildən mərkəzi kitabxananın müdiri, Dəmirçilər kənd mədəniyyət evinin müdiri, kolxoz komsomol komitəsinin katibi, kənd sovetinin sədri və digər vəzifələrdə çalışıb. İşləyə-işləyə təhsilini artırıb. Hansı sahədə çalışmasından asılı olmayaraq, məsuliyyəti, işinə vicdanlı münasibəti və tükənməz enerjisi ilə seçilib. Müdiriyyətin və yoldaşlarının etibarını və etimadını qazanıb. Buna görə də indi Şahbaz Hüseynovun adı çəkiləndə, hamı onun haqqında xoş sözlər söyləyir.
Bu günlərdə Şahbaz müəllim redaksiyamızın qonağı oldu. Ömrün ahıllıq zirvəsindən ötən illərə birlikdə nəzər saldıq, onun üçün unudulmaz olan anları xatırladıq.
Daha ətraflı »Teqlər: Digər
-
19OktDigər İŞ ÜÇÜN DARIXIRAM üçün şərhlər bağlıdır
Yaxın günlərdə bir toy məclisində idim. Üz-gözündən nur tökülən bir kişinin oynamağa dəvət edilməsi və hörmətlə başına toplaşanları gördükdə özümu saxlamayıb soruşdum:
– Kimdir o kişi?
Yanımda əyləşənlərdən biri dedi: – Oğlanın dayısıdır.
Sonra dedilər ki, Qaynaq kəndində yaşayır, iş görən zaman öz traktorunun altında qalıb, xeyli əzilmişdi, gözünü də o vaxt itirib.
O vaxtdan onun haqqında yazmağı qarşıma məqsəd qoymuşdum. İş planındakı “Ahıllar günü” mövzusu sanki mənə yardımçı oldu. Görüşüb, söhbətləşdik.
Bu mülayim danışıqlı insan Həmid Hüseynovdur. Daha ətraflı »Teqlər: Digər
-
19OktƏdəbiyyat BƏZİ SÖZLƏRİN YAZILIŞINDA OLAN DƏYİŞİKLİKLƏR üçün şərhlər bağlıdır
Müasir Azərbaycan ədəbi dili mükəmməl, sabit normalara malikdir və bu, dilin dəyişməzliyindən irəli gəlir. Həmin normalar müəyyən tarixi təkamülün nəticəsidir. Bu normal dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-sabit normalardan fərqlənir. Dilin daxili quruluşunu onun fonetikası, leksikası və qrammatikası təşkil edir. Buna uyğun olaraq ədəbi dilin aşağıdakı normaları meydana çıxır.
1. Fonetik norma.
2. Leksik (leksik-semantik) norma.
3. Qrammatik (morfoloji və sintaktik) norma.
Orfoepik və orfoqrafik normalar dilimizin fonetik və qrammatik normaları əsasında yaranır. Ümumxalq dilində söz müxtəlif variantlarda işlənsə də, ədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Daha ətraflı »Teqlər: Ədəbiyyat
-
19OktDigər SU HƏYATIN ÖZÜDÜR üçün şərhlər bağlıdır
Hər fəslin öz gözəlliyi var. Payızın gözəlliyi ondadır ki, əksər məhsullar payız fəslində hasilə gəlir, yığılır. İstər tərəvəz məhsulları olsun, istərsə də bağlardakı mer-meyvə, su olmasa, heç bir bolluqdan danışmağa dəyməz. Elə buna görə də əbəs yerə demirlər ki, su həyatdır. Susuz yaşamaq mümkün deyil.
İnsanların tələbatını həm də kəndlinin becərib, hasilə gətirdiyi meyvə-tərəvəz, göy-göyərti məhsulları təmin edir. Ancaq bu il bazardakı qiymətlərin baha olmasının səbəblərindən biri də ermənilər tərəfindən Sərsəng Su Anbarından Tərtər rayonunu suvarma suyu ilə təmin edən su kanallarının qarşısının əkin-biçin vaxtı qəsdən kəsilməsidir. Buna görə də suvarma suyu bəzi kəndlərimizdə qıt olur və ya çatışmır. Daha ətraflı »Teqlər: Digər
-
19OktSəhiyyə BU BƏLA İLƏ HAMILIQLA MÜBARİZƏ APARILMALIDIR üçün şərhlər bağlıdır
ƏN YAXŞI HƏLL YOLU NARKOTİKƏ TOXUNMAMAQDIR
Hamı narkotikin necə ziyanlı olduğu barədə bilir. Buna baxmayaraq, onun toruna düşənlərin sayı çox sürətlə artır. Görünür, narkotikin insanı və onun həyatını necə şikəst etməsi barədə məlumat çox az adamlarda var. Mənim məqsədim bir həkim olaraq bu təhlükəni gənclərə çatdırmaqdır. Tibbi təcrübə göstərir ki, narkomaniyadan müalicə olunmaq çox çətindir. Narkotikdən asılılıq ondan bir və ya bir neçə dəfə istifadə etməklə başalyır. Lakin onun caynaqlarından qurtarmaq çox az adama nəsib olur. Narkotikdən can qurtarmaq güclü iradə və uzun vaxt tələb edir. Buna görə ən yaxşı həll yolu narkotikə toxunmamaqdır. Narkotik ilk növbədə insanın sağlamlığına ziyan vurur. Narkomaniya orqaniz-min zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün tükənməsinə gətirib çıxarır. Daha ətraflı »
Teqlər: Səhiyyə
Yeni ismarıclar