6 Noyabr Hərbi Münaqişələr zamanı ətraf mühitin istismarının qarşısınıalma günüdür.
Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə insanlarla yanaşı təbiət də təcavüzə məruz qalıb. Ermənilər müharibənin qadağan olunmuş növlərindən–o cümlədən, bioloji, kimyəvi müharibə aparmaqdan çəkinmirlər.
İşğal altında olan torpaqlarda “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil olan heyvan, quş və bitki növlərinin vəhşicəsinə məhv edilməsi təbiətə qarşı yönəlmiş ağır cinayətdir.
Azərbaycanlılar tərəfindən tikilmiş Sərsəng Su Anbarı işğal altında olan ərazidə yerləşdiyindən, uzun illərdir ki, Tərtərdə və bir neçə ətraf rayonda yay aylarında əkinlər və bağlar susuzluqdan əziyyət çəkir. Əgər bu zaman alternativ su mənbələrindən istifadə edilməsə, təbiət daha çox ziyan çəkərdi. Bunlar bəs deyilmiş kimi, sulara zərərli maddələr, hətta partladıcı qurğular atılır. Daha ətraflı »
-
29OktDigər ƏTRAF MÜHİTİN İSTİSMARI EKOLOJİ MÜHARİBƏDİR üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
29OktDigər BMT GÜNÜ üçün şərhlər bağlıdır
Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib.
1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. BMT-nin NyuYorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün–Azərbaycanın dövlət bayrağı qaldırılıb. Daha ətraflı »Teqlər: Digər
-
29OktƏdəbiyyat ŞEİRLƏR TANRININ PIÇILTISIDIR üçün şərhlər bağlıdır
Tofiq Yusif ÖMRÜMÜN PAYIZI
Ömrün payızında qarşıma çıxdın –
Daha çiçəyim yox, daha gülüm yox.
Odumla mən səni yandıracaqdım…
Daha ocağım yox, daha külüm yox.
Qurumuş dəryada mən – sınmış qayıq,
Sən gülə, mən çürük kötüyə tayıq.
Ürəyin Füzuli eşqinə layiq,
Mənim o sevdaya layiq könlüm yox.
Sənə məhəbbətdir, mənə qəmdir yaz,
Sənə layla, mənə dərd – ələmdir saz.
Sənə bulaq qıyan mənə şeh qıymaz,
Daha bundan betər qara günüm yox.
Mən –xəzəl, sən isə yamyaşıl yarpaq, Bu dünya sənə eşq, mənə dağdır, dağ.
Qəlbim –susuzluqdan çatlamış torpaq,
Daha yağışım yox, daha selim yox.
Dərdimi açası deyim qalmayıb,
Səni sevməyə də heyim qalmayıb.
Kəfəndən savayı geyim qalmayıb,
Bundan ağır sitəm, ağır zülüm yox.
Gedir, yaşamağın həvəsi gedir,
Gedir, bir şairin nəfəsi gedir.
Allahın da məndən zəhləsi gedir—
Mənə əzab verir, amma ölüm yox.
Ağrılar yüküyəm mən Tofiq adda,
Halıma göynəyir qohum da, yad da.
Canlı kölgəymişəm mən bu həyatda—
Bir izə dönəsi ayım, ilim yox.
Teqlər: Ədəbiyyat
-
19OktDigər üçün şərhlər bağlıdır
Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
PrezidentiTeqlər: Digər
-
19OktXəbərlər TÜRKİYƏNİN BAŞ KONSULU TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Türkiyə Respublikasının Gəncə şəhərindəki Konsulluğuna yeni təyin olunmuş Baş Konsul Zeki Öztürk tanışlıq məqsədilə Tərtər rayonuna səfər edib.
Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Rayon rəhbəri bildirib ki, düşmənlə 48 km təmas xətti olan Tərtər günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir, yaşıllıq zolaqları salınır, yollar çəkilir. Cəbhə bölgəsində yerləşən rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19OktTərtər RİH-də ALIŞARLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Alışarlı kəndində olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
19OktDigər 2018-ci İLİN DOQQUZ AYINA YEKUN VURULDU üçün şərhlər bağlıdır
UĞURLU NƏTİCƏLƏR VƏ MƏSUL HƏDƏFLƏR
Oktyabrin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasda giriş və yekun nitqi söyləyib.
Prezident İlham Əliyev bildirib ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilib.
Həmçinin Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir.
Dövlət başçısı deyib: “Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik”. Daha ətraflı »Teqlər: Digər
-
19OktXəbərlər ŞƏHİD BARELYEFİNİN AÇILIŞI üçün şərhlər bağlıdır
Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, “Azərbaycan bayrağı” ordenli Ədalət Paşayevin adı verilən küçədə əsaslı təmirdən sonra barelyefinin açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər. Əvvəlcə torpaqlarımız uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Ədalət Paşayevin qəhrəmanlığının gənclərimiz üçün örnək olduğunu diqqətə çatdırıb. Sonra Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı il Aprel döyüşlərindən, Şərur rayonunun Günnüt kəndi istiqamətində aparılan uğurlu hərbi əməliyyatlardan danışıb. Daha ətraflı »Teqlər: Xəbərlər
-
19OktDigər TƏŞƏKKÜR EDİRƏM üçün şərhlər bağlıdır
Mən Qarabağ müharibəsində şəhid olmuş iki qardaşın–Ədalət və Evarist Paşayevlərin bacısı-yam. El ağsaqqalı, tanınmış və hörmətli ziyalı olan atam Sabir Paşayevin ürəyi bu qanlı müharibənin gətirdiyi fəlakətlərə dözməyib dayandı. Mən özüm isə müharibənin içindən keçmiş, onun ağrısını-acısını yaşamış, gözləri ilə Torpaq, Ana Vətən uğrunda qurban getmiş oğulları görən, çox vaxt ön cəbhədə döyüşçülərin arasında olan, yaralanmış igidlərimizin qanını təmizləyən və bəzən onları ölümün pəncəsindən alan bir səhiyyə işçisiyəm.
Ölkə rəhbərinin şəhidlərimizin ruhuna və şəhid ailələrinə göstərdiyi diqqət və qayğını hamı kimi mən də çox yüksək qiymətləndirirəm. Daha ətraflı »Teqlər: Digər
-
19OktKənd təsərrüfatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
DÖVLƏTİN PAMBIQÇILARIN ƏMƏYİNİ STİMULLAŞDIRMASI
FERMERLƏRDƏ BÖYÜK RAZILIQ YARADIBTərtərlilər Qarabağ savaşında olduğu kimi əmək meydanında da qəhrəmanlıq nümunəsi göstərir, qanları, canları bahasına qoruduqları torpağı min bir həvəslə əkib-becərir, halal zəhmətləri ilə öz güzəranlarını qururlar. Bu gün Tərtərdə pambıq istehsalına böyük diqqət verilir. Məhz bu diqqət Tərtəri ölkənin pambıqçılıq rayonları arasında ön mövqeyə çıxarmış, pambıqçılıqda qabaqcıl təcrübənin ünvanına çevirmişdir. Keçən il 3127 hektarda pambıq əkib-becərən tərtərlilər hər hektardan 28 sentner pambıq toplamışlar ki, bu da ölkə üzrə yüksək göstərici idi. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar