Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Yan
    Digər 20 Yanvar şahidlərin gözü ilə üçün şərhlər bağlıdır

    QALİB BİZ OLDUQ

    Mən özüm Tərtərdə doğulub, burada orta təhsil almışam. Bakıda o zamankı Politexnik İnstitutunu bitirəndən sonra ailə qurub, bu gözəl şəhərdə yaşadım. Evimiz “Salyanski kazarma” deyilən hərbi hissənin yaxınlığındaydı. Ona görə də ailəmiz o müdhiş gecədə baş verənlərin hamısının şahididir.
    Səs-küyü eşidib baş verənləri öyrənmək üçün ilk olaraq küçəyə çıxanlardan biri həyat yoldaşım Vaqif İbadov oldu. Həyətdəki digər kişilər də yuxudan oyanıb izdihama qoşulmuşdular. Heç kim nələr olduğunu anlamırdı. Bircə o məlum idi ki, heç nəyə baxmadan dinc əhalini, hətta evlərində olan sakinləri belə güllə-baran edirdilər. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Xəbərlər TƏRTƏRLİ GƏNCLƏR MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirildi.
    Çağırışçılar öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış oldular.
    Mərasim mərkəzi meydanda davam etdirildi.
    Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, ziyalıların, veteranların, şəhid ailələrinin, hərbiçilərin, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev açdı. O, əsgəri xidmətə yola salınan gəncləri və onların valideynlərini təbrik edib, çağrışçılara xidmətdə uğurlar arzuladı. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Xəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
    Tədbiri giriş sözü ilə Elvin Umudov açaraq bildirib ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Xəbərlər AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ELMAN HÜSEYNOVUN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda Azərbaycanın Milli Qəhrəmanı, “Tərtər Özünümüdafiə Batalyonu”nun ilk komandiri Elman Hüseynovun anım günü münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
    Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Qəhrəman Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filmi nümayiş olunub. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Təhsil Qabaqcıl təhsil işçiləri üçün şərhlər bağlıdır

    FƏRQANƏ MÜƏLLİMİN UĞURU

    Səhər saat 8-dir. 5 saylı tam orta məktəbin müəllimləri bir-biri ilə hal-əhval tutduqdan sonra sinif jurnallarını götürüb otaqlara tələsirlər. Axı, siniflərdə öz müəllimlərini səbirsizliklə gözləyən şagirdlər var. Bu müəllimlərin içərisində bir nəfər var ki, onun sinifə gəlişi bir az fərqlənir. Şagirdlər təkcə müəllim kimi deyil, həm də doğmaları, hətta sirdaşları kimi onu sevirlər. Bu, Fərqanə Məhərrəmovadur. Fizika və informatika fənlərini tədris edir. Ötən il məktəbin müəllim və şagirdləri arasında şad bir xəbər gəzdi, –Fərqanə müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Hər kəs bu şad xəbərə sevindi və müəllimi təbrik etdi…
    Fərqanə Məhərrəmova ilə tanışlığımıza səbəb elə onun fəxri ada layiq görülməsi oldu. Maraqlandım. Hər kəs onun haqqında xoş sözlər söylədi. İndiki şagirdləri də, məktəbi bitirmiş məzunlar da, valideynlər də ağızdolusu danışdılar:,, Çox yaxşı müəllimdir, həm tədris etdiyi dərsi sevdirə bilir, həm də müəllim kimi özünü. Onun şagirdləri həmişə yüksək nəticələr qazanırlar” –dedilər. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Təhsil PEŞƏ SEVGİSİ üçün şərhlər bağlıdır

    15 il əvvəl vaxtilə məzunu olduğum Qaradağlı kənd tam orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başladım. İlk dərs günüm indiki kimi yadımdadır. Şagirdlərin maraq dolu gözlərinə baxdıqca düşünürdüm ki, elə işləyəcəyəm ki, həm mənə dərs deyən müəllimlərin, həm də bu uşaqların etimadını doğruldum.
    Onu da qeyd edim ki, müasir qloballaşma dövründə coğrafiya fənninə maraq xüsusilə artıb. İndi böyüyən nəsil yaşadığımız dünya haqqında daha çox məlumat əldə etmək istəyir. Məktəbdə dərs dediyim şagirdlərin bəziləri bu gün mənimlə həmkardır. Onlarla öz təcrübəmi bölüşür, lazım gəldikdə köməkliyimi əsirgəmirəm. Seçdiyim peşəyə olan sevgim mənə uğurlar gətirib. Dəfələrlə məktəb direktoru, rayon təhsil şöbəsi tərəfindən fəxri fərmanlara layiq görülmüşəm. Bu tədris ilində isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişəm. Bütün təltiflər özlüyündə bir məsuliyyət hissidir. Mənə göstərilən etimadı bundan sonrakı pedaqoji fəaliyyətimdə doğrultmağa çalışacağam. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər Rayonumuzda yaşıllaşdırma işləri davam edir üçün şərhlər bağlıdır

    YAŞILLIQ DÜNYASI

    Rayonumuzda məkanından asılı olmayaraq hər bir binanın ətrafı, yol kənarı, küçə və meydanlar, park və həyətlər yaraşıqlı görkəmi ilə bərabər gözəlliyi ilə də diqqət çəkir. Bu da əsasən müxtəlif ağaclar və gül kollarının əkilməsi sayəsində yaranır. Salınmış yaşıllıqlar göz oxşayır, insanın mənəvi aləminə rahatlıq gətirir. Bu füsunkarlığı yaradan isə zəhmətkeş insan əlləridir.
    Bəzi faktları öyrənmək fikiri ilə rayon kommunal təsərrüfatı idarəsində yaşıllaşdırma sahəsi üzrə rəhbər Rais Səmədova müraciət etdik. Günün ikinci yarısı redaksiyamızın qonağı oldu və suallarımızı cavablandırdı. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər Kəndimiz Qarabağ müharibəsi illərində üçün şərhlər bağlıdır

    İGİDLƏR MƏKANI

    1988-ci ildən başlanan və tariximizə Qarabağ müharibəsi kimi daxil olan bu amansız müharibə Səhlabad kəndindən də yan keçmədi. Kəndimiz cəbhə xəttinin yaxınlığında yerləşir. Ermənistanın ölkəmizə təcavüzünün gündən-günə gücləndiyi bir şəraitdə Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumağa hazır olan Səhlabad kəndinin cəsur oğulları da döyüş meydanına atıldılar. Belə oğullardan Vüqar Məmmədovu, Mehrac Mahmudovu, Rəhman Almuradovu, Faiq Əliyevi, Yaqub Heydərovu, Ceyhun Ağayevi və başqalarını göstərmək olar. Kəndimizin ilk şəhidi Vüqar Məmmədovdur. O, 1970-ci il dekabrın 20-də anadan olub. Səhlabad kəndi tam orta məktəbində təhsil alıb. İkillik hərbi xidmətdən sonra Tərtər rayonunun Polis Şöbəsində sıravi polis işçisi kimi fəaliyyətə başlayıb. 1992-ci il aprelin 10-da keçmiş Mardakert rayonunun Marquşevan və Marağa kəndlərinin düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə şəhid olub. İndi hal-hazırda Səhlabad kənd tam orta məktəbi Vüqar Məmmədovun adını daşıyır. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Səhiyyə QİÇS-lə MÜBARİZƏ HAMININ İŞİDİR üçün şərhlər bağlıdır

    QİÇS–qazanılmış immun çatışmazlığı sindromu olan xəstəlik insanların HİV və ya İİV (insan immunçatışmazlığı virusu) virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immunmüdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-lə vəfat edənlərin sayı milyonlarladır. Azərbaycanda da bu virusa yoluxan və ölənlərin sayı minlərlədir. İnsanların bu təhlükədən qorunması üçün İİV haqqında məlumatlı olması çox gərəklidir. Bunun üçün Azərbaycan səhiyyəsi bir sıra proqramlar, tədbirlər keçirməklə, ən başlıcası Respublika QİÇS-lə Mübarizə Mərkəzi yaratmışdır. Bu Mərkəzin 13 bölgədə HİV-diaqnostika laboratoriyaları fəaliyyət göstərir ki, virusa yoluxmanın aşkarlanmasında əsas rol oynayır.
    İnsan həyatına son qoyan bu xəstəlikdən qorunmaq üçün ilk növbədə virusa yoluxma yollarını bilmək vacibdir. İİV-in ötürülməsi cinsi yolla və xəstə qanın sağlam qana təması ilədir. Belə ki, cinsi əlaqə, anadan uşağa (hamiləlik, doğuş, ana südü ilə qidalanan) qeyri-steril iynə, şpris və digər ləvazimatların birgə və təkrar istifadəsi zamanı(əksər hallarda infeksion narkotik yeridilməsi) manikür, pedikür, tatuaj, pirsinq edərkən qeyri-steril ləvazimatlar istifadəsi, istifadə edilmiş və üzərində qan qalıqları olan bərbər alətlərinin, diş fırçasının təkrar istifadəsi zamanı yoluxma baş verir.
    İİV nəfəs ilə, əl verib görüşmək, qucaqlaşmaq, öpüşməklə, ev və ofis əşyalarının birgə istifadəsi, ictimai nəqliyyatdan, hovuz, hamam, ayaq yolundan istifadə zamanı qida və su vasitəsi ilə, həşaratların sancması ilə keçmir.
    İİV-ə yoluxmanı aşkar etmək üçün yeganə üsul–xüsusi laborator müayinədən keçməkdir.
    İİV-infeksiyasının hələ ki, radikal müalicəsi yoxdur, lakin ARV-preparatlarının tətbiqi nəticəsində virusun aktivliyi və immun sistemə göstərdiyi mənfi təsiri azaltmaq, İİV-infeksiyasının inkişafının və QİÇS mərhələsinə keçməsini ləngitmək mümkündür.
    Xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən daha asandır. Odur ki, bütün insanları İİV-virusuna qarşı mübarizədə birgə olmağa çağırırıq.

    İradə HÜSEYNOVA
    Tərtər RMX-nin yoluxucu xəstəliklər şöbəsinin müdiri

    Teqlər:

  • 18Yan
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

    DƏBLƏR VƏ İCTİMAİ QINAQ

    Hər bir xalqın öz adətləri olduğu kimi dünyanın ən qədim millətlərindən biri olan Azərbaycan xalqının da öz adət-ənənələri var. Xalqımız qonaqpərvərliyi, mədəniyyəti, əxlaqı ilə həmişə dünya xalqları arasında tanınıb.
    Ölkəmizdə avropalaşma prosesi sürətlə gedir. Ancaq hər bir azərbaycanlının borcu dilimizi, əxlaq normalarımızı qoruyub, saxlamaqdan və gələcək nəsillərə çatdırmaqdan ibarət olmalıdır. Dünya ölkələrinə inteqrasiya etmək o demək deyil ki, öz adətlərimizi unudaq. Milli-mənəvi dəyərlərimiz sərvətimizdir. Ulu öndər Heydər Əliyev deyib: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Daha ətraflı »

    Teqlər: