Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Yan

    QİÇS–qazanılmış immun çatışmazlığı sindromu olan xəstəlik insanların HİV və ya İİV (insan immunçatışmazlığı virusu) virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immunmüdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-lə vəfat edənlərin sayı milyonlarladır. Azərbaycanda da bu virusa yoluxan və ölənlərin sayı minlərlədir. İnsanların bu təhlükədən qorunması üçün İİV haqqında məlumatlı olması çox gərəklidir. Bunun üçün Azərbaycan səhiyyəsi bir sıra proqramlar, tədbirlər keçirməklə, ən başlıcası Respublika QİÇS-lə Mübarizə Mərkəzi yaratmışdır. Bu Mərkəzin 13 bölgədə HİV-diaqnostika laboratoriyaları fəaliyyət göstərir ki, virusa yoluxmanın aşkarlanmasında əsas rol oynayır.
    İnsan həyatına son qoyan bu xəstəlikdən qorunmaq üçün ilk növbədə virusa yoluxma yollarını bilmək vacibdir. İİV-in ötürülməsi cinsi yolla və xəstə qanın sağlam qana təması ilədir. Belə ki, cinsi əlaqə, anadan uşağa (hamiləlik, doğuş, ana südü ilə qidalanan) qeyri-steril iynə, şpris və digər ləvazimatların birgə və təkrar istifadəsi zamanı(əksər hallarda infeksion narkotik yeridilməsi) manikür, pedikür, tatuaj, pirsinq edərkən qeyri-steril ləvazimatlar istifadəsi, istifadə edilmiş və üzərində qan qalıqları olan bərbər alətlərinin, diş fırçasının təkrar istifadəsi zamanı yoluxma baş verir.
    İİV nəfəs ilə, əl verib görüşmək, qucaqlaşmaq, öpüşməklə, ev və ofis əşyalarının birgə istifadəsi, ictimai nəqliyyatdan, hovuz, hamam, ayaq yolundan istifadə zamanı qida və su vasitəsi ilə, həşaratların sancması ilə keçmir.
    İİV-ə yoluxmanı aşkar etmək üçün yeganə üsul–xüsusi laborator müayinədən keçməkdir.
    İİV-infeksiyasının hələ ki, radikal müalicəsi yoxdur, lakin ARV-preparatlarının tətbiqi nəticəsində virusun aktivliyi və immun sistemə göstərdiyi mənfi təsiri azaltmaq, İİV-infeksiyasının inkişafının və QİÇS mərhələsinə keçməsini ləngitmək mümkündür.
    Xəstəliyin qarşısını almaq, onu müalicə etməkdən daha asandır. Odur ki, bütün insanları İİV-virusuna qarşı mübarizədə birgə olmağa çağırırıq.

    İradə HÜSEYNOVA
    Tərtər RMX-nin yoluxucu xəstəliklər şöbəsinin müdiri

    Müəllif: Redaktor, 09:49

    Teqlər:

İsmarıclar bağlıdır.