Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Fev
    Xəbərlər “ZƏRƏRLİ VƏRDİŞLƏRLƏ MÜBARİZƏDƏ MƏNƏVİ DƏYƏRLƏRİN ROLU” üçün şərhlər bağlıdır

    Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı çərçivəsində maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlim Qəni, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov iştirak ediblər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Fev
    Xəbərlər İnşa yazı müsabiqələri üçün şərhlər bağlıdır

    “TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR”

    Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər rayonunun yaradılmasının 85 illiyi münasibəti ilə “Tərtər qəhrəmanlar diyarıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
    Yekun turda 44 ümumtəhsil məktəbindən 50 şagird iştirak edib.

    “Yeni Tərtər”

     

    Teqlər:

  • 27Fev
    Xəbərlər “XOCALI ƏSRİN FACİƏSİDİR” üçün şərhlər bağlıdır

    Rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
    Müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində təşkil olunub. Müsabiqənin qalibləri müəyyən olunduqdan sonra Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Fev
    Mədəniyyət MƏHİ BABA İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Məhi babanı rayonumuzda kiməsə tanıtmağa ehtiyac yoxdur. Onunla görüşüb dünyanın azından-çoxundan, dərdindən-sərindən, elimizdən-obamızdan söz salsanız, görərsiz ki, bu insan bir ipək kələfidir. Onun vətənə olan məhəbbəti doğma Tərtərimizə olan sevgisi ali hisdir.
    Biz Məhi babanın yaddaşına heyran qaldıq. O bizə söylədi ki, Sovet hakimyyəti qurulduqdan sonra, ölkənin hər yerində olduğu kimi, bizim Tərtər rayonunda da yeni tipli məktəblər açıldı. Belə məktəblərdən biri də “ŞEKAYM”adlı məktəb olub, yəni kəndli–gənclər məktəbi. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər Redaksiyaya məktub üçün şərhlər bağlıdır

    MÜRACİƏTİMİN HƏLƏ NƏTİCƏSİ YOXDUR

    Hörmətli redaksiya!
    2013-cü il 28 iyun tarixində quş yumurtalarının inqubasiya edilmədən bir-iki saniyə vaxt ərzində mayalı olması müəyyən edildi.
    Bu yenilik haqqında sizin “Yeni Tərtər” qəzetində “Quşçuluq sənayesində yeni kəşf” adlı məqalə çap edildi. Lakin təəssüflər olsun ki, bu məqalə ilə aidiyyəti olan heç bir təşkilat maraqlanmadı.
    Beş il keçdikdən sonra, 2018-ci ilin aprel ayının 26-da mən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə bu haqda müraciət etdim. Nazirlik quş yumurtalarının inqubasiya edilmədən bir-iki saniyə vaxt ərzində mayalı olmasının müəyyən edilməsinin yerində yoxlayıb, nəticəsi haqqında məlumat verilməsini Tərtər rayonun o vaxtkı Kənd Təsərrüfatı İdarəsinə həvalə etdi. Həmin idarənin rəhbərliyi işçi qrupu yaradaraq, bu yeniliyi yerində yoxladı və doğru olduğunu təsdiq etdi. 4 may 2018-ci il tarixdə həm mənə, həm də Kənd Təsərrüfatı Nazirliyinə rəsmi məlumat göndərdilər. Xeyli vaxt keçdikdən sonra mənə Azərbaycan Milli Elmlər Akademiyasından bildirdilər ki, bu yeniliklə bağlı Zoologiya İnistitutuna müraciət edim. Mən həmin İnstitutun direktoruna müraciət etdim. Direktor bu yeniliyin yoxlanıb şəhadətnamə verilməsinin onların səlahiyyətləri olmadığı haqqında rəsmi cavab göndərdi. Məktubda yeniliyin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə aid olması bildirilirdi. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Səhiyyə Bizim qadınlar üçün şərhlər bağlıdır

    “ÖLMÜŞ ADAM”ın XATİRƏLƏRİ

    …Minaya düşüb çoxlu qan itirmişdim. Tərtər xəstəxanasına çatdırılanda artıq özümü itirmək üzrəydim. Məni gətirən döyüşçülər qucaqlarında cərrahiyyə otağına apardılar. Yusif Quliyev adlı həkim mənə yaxınlaşıb baş barmağı ilə göz qapaqlarımı qaldırdı. “Gecdir morqa aparın”–dedi. Bu sözdən sonra huşumu itirdim və “öldüm”…
    Haşiyə: Hələ orta məktəb illərində rayon mədəniyyət evində çıxışlar edəndə Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məhəbbət Paşayeva ilə xoş münasibət qurmuşduq. Həmişə şeir və səhnəcik müsabiqələrində xüsusi olaraq mənə görə gəlir, dəstək verir, gözəl arzular diləyirdi. Hətta əsgərliyə gedəndə də ailəvi bizə gəlmişdi və hamı təəccüblənmişdi. Ali məktəbə daxil olanda o da ailəm qədər sevinmişdi. Və…
    Müharibə başlayanda xəstəxanaya yaralı gətirən zaman məni bir qırağa çəkib: “Tələbə ola-ola niyə gəlmisən? Əlinə-ayağına güllə dəysə, şikəst olsan, aktyor ola bilməyəcəksən axı! Sənin gələcəyin var–demişdi. Amma o vaxt belə sözlər təsirsiz idi. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər QƏZETİMİZİN LAYİQLİ XANIMI üçün şərhlər bağlıdır

    Cəlil Məmmədquluzadə deyib ki, qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir. Həqiqətən, yazı yazmaq möcüzədi, çünki insanın kim olduğunu oxucuya açıq-aydın bəyan edir.
    Kollektivimizdə dəyərli yazıların müəllifi olan Elfuzə Vəliyevadan söz açmaq istəyirəm. O, bacarıqlı işçi olmaqla bərabər kollektivdə hamının dərin hörmətini qazanıb. Elfuzə xanım yaşından, xasiyyətindən asılı olmayaraq hər kəsə böyük qayğı göstərir.
    Mən bu yazını yazmaqla doğma, sevimli müəlliməm haqqında ürək sözlərimi ifadə etməyə çalışacağam. İnsani keyfiyyətlərə məxsus olan bütün müsbət xüsusiyyətlər bu xanımın xarakterində cəmləşib. Çətin bir problemi həll etmək üçün onunla məsləhətləşəndə çox sakit bir tərzdə adamı dinləyir, dəyərli tövsiyyələr verir. Gənclərin irəli getməsində, müvəfəqiyyətlər qazanmasında əlindən gələni əsirgəmir, onlarda işə qarşı böyük maraq yaradır.
    Mənimlə söhbət zamanı hər zaman qəzet işinin çox maraqlı və məsuliyyətli olduğundan danışıb. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Digər Həzi Aslanov-109 üçün şərhlər bağlıdır

    MÜƏMMALI QƏTL

    Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Oranı bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. İki illik təhsildən sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.
    Böyük Vətən müharibəsi illərində misilsiz şücaətlər göstərib. General-mayor hərbi rütbəsinə yüksəlib.
    Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945–ci ildə Latviyanın Priyekule yaxınlığında (Liepay rayonu) döyüş meydanından kənarda, komandirlərin döyüşü müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın iri rütbəli zabitin əhatəsində müəmmalı şəkildə uzaqdan açılan zenit qurğusunun atəşi ilə yaralanmış, 23 saat sağ qalmış, onu Moskvaya müalicəyə aparmaq üçün təyyarə göndərilsə də, həmin vaxt cəbhənin komandanı olmuş erməni Baqramyanın əmri ilə təyyarə işə salınmamış və Həzi Aslanov vəfat etmişdir. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Kənd Təsərufatı TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİNİN MƏLUMATLARI üçün şərhlər bağlıdır

    2018-ci İLDƏ SAHİBKARLAR TƏRƏFİNDƏN TƏRTƏR RAYONUNUN İQTİSADİYYATINA 2795 MİN MANAT HƏCMİNDƏ İNVESTİSİYA QOYULMUŞDUR

    İlkin məlumata əsasən 2018-ci ildə Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 38234.6 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 72,7 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 36326,8 min manatı və ya 95 faizi tikinti quraşdırma işlərinə yönəldilmişdir.
    Əsas kapitala yönəldilmiş investisiyanın 33 milyon 839,6 min manatı və ya 88,5 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr 4 milyon 395 min manatı və ya 11,5 faiz qeyri-dövlət sektoru müəssisə və təşkilatlar tərəfindən yönəldilmişdir. 2018-ci ildə sahibkarları tərəfindən Tərtər rayonunun iqtisadiyyatına 2795 min manat həcmində investisiya qoyulmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 27Fev
    Sosial Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması üçün şərhlər bağlıdır

    QAYĞIKEŞLİYİN ƏYANİ TƏZAHÜRLƏRİ

    Didərginlik ağır dərddir

    Didərginlik filçəkməz ağır dərddir. Bunun da üzərinə ehtiyacın yaratdığı əzabları gələndə, insan həyatı məşəqqətə düçar olur. Bu ağrıları, əlbəttə, onun içindən keçib yaşayanlar bilər. Yurd həsrətindən bağrı qana dönən, ürəyi qürbətdə pörşələnən, ehtiyacın məngənəsində sıxılan, qüruru düşmən tərəfindən tapdalanan, hissiyatı aşağılanan, varlığı xıncım-xıncım olunan, bunlar azmış kimi, qeyrətinə, namusuna ləkə gətirilən insanların ağrı-acısını kənardan baxmaqla necə duymaq olar ki?!
    Zaman-zaman ermənilərin məkrindən yurd-yuvası dağılan, yüz illər boyu yaşadığı dədə-baba torpaqlarından didərgin salınan, əzizlərinin gorgahları təhqir olunan, inanc yerləri–pirləri, ocaqları darmadağın edilən, gözlərinin qarşısında körpə yaşlı qızlarının, gəlinlərinin, ömür-gün yoldaşlarının başlarına müsibətlər gətirilən insanlara hansı toxtaqlığı verəsən?! Daha ətraflı »

    Teqlər: