Yurdumuza Bahar gəlir. Nazlı-qəmzəli Bahar! Onun gəlişini öncə çərşənbələr xəbər verir. Dörd ünsür-su, od, torpaq, yel çərşənbələri təbiətin oyanışını insanlara bildirir və onları çöl-bayırda işləməyə, ev-eşiyin səliqə-sahmana salınmağa sövq edir. Çərşənbələrdə tonqallar qalanaraq ocaq başına yığışırlar. Həmin günlərdə Novruz adətləri həyata keçirilir.
Bu günlərdə Şıxarx qəsəbəsində salınmış məcburi köçkünlər şəhərciyində Novruz tonqalı şənliyinin iştirakçısı olduq. Od çərşənbəsi idi. Gündüzdən tonqal üçün hər şey hazırlanmışdı. Qəsəbə mənzil kommunal idarəsinin əməkdaşları İradə Məmmədova və Azər Ağayevin təşkilatçılığı sayəsində 34 nömrəli və yaxınlıqdakı digər binaların sakinləri tonqal ətrafına toplaşmışdılar. Burada Ağdam rayonundan Xaqani Əliyev, Saleh Məmmədov, Rizvan Əliyev, Taleh Məmmədov və Laçından Təbib Qəhrəmanov Novruz tonqalının yandırılmasında iştirak etdilər. Burada kişilər də, qadınlar da, uşaqlar da öz arzu-istəklərini xoş sözlərlə ifadə edirdilər. Daha ətraflı »
-
19MarMilli-mənəvi dəyərlər KÖÇKÜNLƏR QƏSƏBƏSİNDƏ NOVRUZ TONQALI üçün şərhlər bağlıdır
-
19MarSosial ƏLİLLƏRİN SOSİAL MÜDAFİƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır
DÖVLƏT QAYĞISININ ƏYANİ TƏZAHÜRÜ
Ermənistan–Azərbaycan –Dağlıq Qarabağ münaqişəsi zamanı təkcə torpaqlarımızı itirmədik, həm də qız-gəlinlərimizin mənliyi tapdalandı, uşaqlarımız müalicəsi olmayan xəstəliklərə tutuldu, ər oğullarımız sağlamlıqlarını itirərək yarımcan oldular. Bütün bunlar tariximizə yazılmış qanlı səhifələrdir. Bədənlərdəki əzalar doğrandı, canlar itirildi, qantuziyalar nəticəsində yaddaşlar zəiflədi. Lakin vətən sevgisi azalmadı, lakin vətəndaşlıq borcu unudulmadı. Dizində taqəti, ürəyində təpəri olan hər kəs Vətən uğrunda savaşa qalxdı.
Dövlətimiz bu cür insanların zəhmətini, fədakarlığını unutmur. Hazırda yüzlərlə Qarabağ müharibəsi əlili var ki, onların sağlamlığı, sosial şəraiti ölkə və rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılır.
Belə insanlarımızdan biri–1-ci qrup Qarabağ müharibəsi əlili Atayev Eyvaz Nemət oğludur. Daha ətraflı » -
19MarDigər BEYNƏLXALQ GÖZDƏN ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır
DÜNYANI ÜRƏYİ İLƏ GÖRÜR
Noyabrın 13-ü fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. 30 mindən çox görmə qüsurlu şəxs olan Azərbaycanda isə 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.
Ufadakı gözdən əlillər üçün xəstəxananın otağı geniş və işıqlı olsa da, buradakılardan ötrü ətrafda zülmət qaranlıqdan başqa heç nə yox idi. Ümid yalnız Allaha və həkimin şəfalı əllərinəydi. Bəzən kiminsə gözündə bir işartı yaranır və bu zaman bütün xəstələr sevinclə onun ətrafına toplaşaraq, bu xoşbəxt anları birgə yaşayırdılar. Belə günlərin birində Müslümə də elə gəldi ki, müalicə bəhrəsini verir, artıq o, gözlərində müəyyən qədər dəyişiklik hiss edir. Daha ətraflı »
-
19MarDigər QARAAĞACI KƏNDİ QARABAĞ MÜHARİBƏSİ İLLƏRİNDƏ üçün şərhlər bağlıdır
Qarabağ müharibəsinin ciddi zərbə vurduğu kəndlərdən biri də Tərtər rayonunun Qaraağacı kəndi olub.
Qaraağacı kəndi ilə Ağdərə qəsəbəsi arasında bir dənə də olsun tikinti, obyekt yoxdur. Kənddən baxanda Ağdərəyədək bütün ərazi görünür. Dağıntıları qalan Seysulan kəndi ilə Qaraağacı kəndinin arası 3 km.dən də azdır. Düşmən qüvvələri ilə bu cür yaxın olması səbəbindən kəndimiz, demək olar ki, cəbhə xəttindədir. Hadisələr başlayan gündən kənd müharibə həyatı yaşayır. Daha ətraflı » -
19MarƏdəbiyyat 2019-cu il “Nəsimi İli”dir üçün şərhlər bağlıdır
ƏQİDƏ HEYKƏLİ
Nəsimi şərqin ulu şairi, böyük fikir adamı olmuşdur.
Məmməd Aslan
Yaradıcılığı əlçatmaz zirvə olan İmadəddin Nəsiminin əlyazmaları ədəbiyyatımızın parlaq səhifələrindəndir.
İlk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İmadəddin Nəsiminin 600 illik yubileyi dünya səviyyəsində qeyd olunub. Ulu öndərin davamçısı ölkə prezidenti İlham Əliyev şairin 650 illik yubileyi münasibəti ilə 2019-cu ili “Nəsimi İli” elan edib. Bu, dövlət başçısının Nəsimi əqidəsinə və bütövlükdə Azərbaycan ədəbiyyatına verdiyi dəyərin məntiqi nəticəsi kimi səciyyələnir. Məhz 2019-cu ildə Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı əlyazmaları tapılmışdır. Hər şeydən öncə Nəsimi Azərbaycan oğludur, ədəbiyyatımızı şərq ölkələrində geniş şəkildə tanıdan şəxsiyyətdir. Daha ətraflı » -
19MarXəbərlər BİR DƏ TANIYAQ üçün şərhlər bağlıdır
Hələ səksəninci illərin ortalarında almanaxlardan, mətbuat səhifələrindən bir sıra gənc yazarların imzaları bizlərə tanış idi. Bu imzalar içində mənim diqqətimi çəkən, mənimçün seçilən bir imza da var idi–Ramiz Qusarçaylı imzası.
Ramiz Qusarçaylını başqalarından fərqləndirən cəhət onun sözə cəsarətli yanaşmasıdır. Odur ki, əlçatmaz ucalıqlardan gələn müqəddəs söz də ona asanlıqla ram olur. Yəni, sözə toxunmaq izni Qusarçaylıya uca Tanrıdan verilir. Mən çəkinmədən Ramiz Qusarçaylıya “Haqq şair”i, qüdrətli İlahinin bizə bəxş elədiyi ziyalı şəxsiyyət deyərdim. Dünyada yaşayan başqa xalqların da şairləri var, ancaq Ramiz Qusarçaylıları yoxdur. Qusarçaylı özünə inamın, iradənin və istedadın vəhdəti sayəsində poeziyamızın etibarlı sütununa çevrilə bilmişdir. Təbii ki, bu mərtəbə böyük şairlərə xasdır. Ramiz Qusarçaylı ilə həmyaş olduğum üçün yuxarıda qeyd etdiyim illərdə mən də gənc idim. O zamanlar şairlərlə görüşmək, şəxsən tanış olmaq mənim üçün əlçatmaz arzulardan idi. Nəhayət 26 mart 2013-cü il şairimiz Ramiz Qusarçaylı ilə görüşmək mənə nəsib oldu. Daha ətraflı » -
19MarƏdəbiyyat OXŞARLIQ üçün şərhlər bağlıdır
(Novella)
Təyyarə ilə İstanbula uçacaqdıq. Yerimi təzəcə rahatlamışdım ki, yanımdakı oturacaqda bir kişi əyləşdi. Əvvəlcə diqqət göstərmədim. Fikrim Türkiyədə keçirəcəyim görüşlərlə məşğuldu.
Təyyarə uğuldadı, silkələndi, şütüyüb havaya qalxdı. Səmada öz sabit yolunu tutandan sonra içimdə bir asudəlik yarandı. Çönüb yanımda oturan kişiyə baxdım. Əvvəlcə yekə qara eynəyi gözümə sataşdı. Sonra alnından başının ortasına doğru irəliləyən dazlıq diqqətimi çəkdi. Qalın dodaqları biri-birinə sıxılmış, gözləri bir nöqtəyə dikilmişdi. Üzündə gərgin ifadə vardı. Çox qayğılı və kədərli görünürdü. Sanki bir yükün altında əzilirdi.
Qəfildən elə bil yuxudan ayıldım. Bu ki, hörmətli Məm-mədqulu müəllimdir–Məmmədqulu Zəkiyev, akademik, Universitetin sabiq rektoru.
–Salam, Məmmədqulu müəllim.
O, hələ də düşüncələr burulğanında çırpınırdı. Hannan-hana özünə gəldi. Çaşqın gözlərini üzümə zillədi.
–Əleykəsalam.
–Siz də İstanbula uçursunuz?
Sualım yersiz alındı. Utandım. Təyyarə İsdanbula uçurdusa, Məmmədqulu Zəkiyev də onun içindəydisə, ayrı hara uçacaqdı ki? Daha ətraflı » -
07MarDigər üçün şərhlər bağlıdır
Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş. meyitlərin üzərində təhqiredici hərəkətlərə yol verilmişdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti -
07MarTərtər RİH-də BAŞÇININ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞÜ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Soyulan kəndində oldu.
Əvvəlcə Soyulan kənd İƏD üzrə nümayəndə Mətləb Əsədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib. Daha ətraflı » -
07MarTəhsil İŞĞALIN ANIM GÜNÜ üçün şərhlər bağlıdır
Bu günlərdə Umudlu kəndinin işğalının (28.02.1992) 27-ci ildönümünə həsr olunmuş anım günü keçirildi. Tədbiri S.Paşayev adına Umudlu kənd tam orta məktəbi hazırlamışdır.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının əməkdaşları, Qarabağ qaziləri, şəhid yadigarları, ictimaiyyət nümayəndələri, qonaqlar və kənd sakinləri iştirak edirdilər.
Tədbirə Himnimizin ifasıyla başlanıldı.
Umudlunun və bütün Qarabağ şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »
Yeni ismarıclar