Tərtər rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq işləri və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Dövr ərzində “Azərxalça”-nın Tərtər filialının tikintisi başa çatdırılıb, “Tərtər-Hindarx” avtomobil yolunun rayon ərazisindən keçən 19 kilometr hissəsində əsaslı təmir işləri aparılıb. Tərtər şəhərinin Mehdi Hüseynzadə küçəsində 0,5 kilometr, Vəzir Orucov küçəsində 0,3 kilometr asfalt örtük salınıb. Ekoloji tarazlığın qorunması məqsədilə 9 mindən çox müxtəlif növ ağac, 2 min ədəd gül, 500 min ədəd həmişəyaşıl kollar əkilib. Kovdadıq və Zolgəran kəndlərində “Modul” tipli məktəb binalarının quraşdırılması başa çatmaq üzrədir. Hazırda rayon icra hakimiyyətinin inzibati binasının, Bayraq muzeyinin, Olimpiya İdman Kompleksinin tikintisi, “Sarov-Borsunlu” kəndlərarası və Hacıqərvənd kəndarası avtomobil yollarının əsaslı təmiri davam etdirilir.
2019-cu ilin birinci rübündə 3 milyon 257,1 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 780,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
Ümumi məhsul buraxılışının həcmi keçən illə müqayisədə 0,6 fazi artaraq, 28,7 milyon manat olub. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 1,1 faiz, sənaye məhsulunun həcmi 5,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 13.7 faiz, nəqliyyat xidmətlərinin həcmi 8,6 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 2,2 faiz, sərnişin daşımalarının həcmi 1,6 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 1,2 faiz, iaşə dövriyyəsinin həcmi 1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,6 faiz artıb.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala 3 milyon 612,7 min manat investisiya yönəldilib. 278-i daimi olmaqla, 728 yeni iş yeri açılıb. Daha ətraflı »
-
20MayTərtər RİH-də 2019-cu İLİN BİRİNCİ RÜBÜNÜN YEKUNLARINA HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI üçün şərhlər bağlıdır
-
20MayTərtər RİH-də YUXARI QAPANLI KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kəndində oldu.
Qəbulda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi.
Sonra vətəndaşların müraciətləri dinləndi. Kənd sakinlərindən Rəfail Abbasov, Asif Mustafayev, Ülviyyə Kazımova, Anar Rəhimov, Nazim Həsənov içməli su təminatı, mübahisəli torpaq məsələsi, işlə təminat və digər şəxsi məsələlər barədə müraciət etdilər. Daha ətraflı » -
20MayXəbərlər 9 MAY QƏLƏBƏ GÜNÜ üçün şərhlər bağlıdır
Alman faşizmi üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidəyə gül-çiçək dəstələri qoyaraq, Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar–o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Ulu öndərin təbirincə desək: “Veteranlar bizim canlı arxivimizdir”.
Bu gün Azərbaycanda müharibə iştirakçılarına böyük diqqət və qayğı var. Onların problemlərinin həlli, həyat səviyyəsinin yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Bu gün bu siyasi kurs ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hər il olduğu kimi, bu il də Prezidentin sərəncamı ilə müharibə iştirakçılarının və onların dul qalmış arvadlarına birdəfəlik maddi yardım göstərilmişdir.Prezidentin bu sərəncamından Tərtər rayonunda 84 nəfər yararlanmışdır. Onlardan iki nəfəri Böyük Vətən müharibəsi iştirakçısı, on beş nəfəri həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medalla təltif edilmiş şəxs, 67 nəfəri isə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarıdır. Daha ətraflı »
-
20MayXəbərlər İNTELLEKTUAL YARIŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq şəhər 6 saylı tam orta məktəbdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və rayon ərazisində yerləşən “N” saylı hərbi hissələrin əsgərlərinin iştirakı ilə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən intellektual yarış keçirildi. 3 mərhələdə keçirilən intellektual yarışda, ümumilikdə 8 komanda iştirak etdi.
Yarışda rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi, yarış iştirakçılarına uğurlar arzuladı.
Yarışın nəticəsinə əsasən l yeri rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin “Azimut” komandası, ll yeri “N” saylı hərbi hissənin “Mübarizlər” komandası, lll yeri isə Şəhər 5 saylı tam orta məktəbin “Qaliblər” komandası tutdular. Rayon Gənclər və İdman İdarəsi tərəfindən l yerin qalibi kubok və diplomla, ll və lll yerin qalibi olan komandalar isə diplomlarla mükafatlandırıldılar. -
20MayTəhsil İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP rayon təşkilatı, təhsil şöbəsi və Gənclər və İdman İdarəsi birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ümummili lider Heydər Əliyev–şərəfli ömrün salnaməsi” mövzusunda inşa yazı müsabiqəsi keçirib.
Tədbiri rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açaraq, müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərindən danışıb. Tədbir iştirakçılarına ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
Yekun turunda ümumtəhsil məktəblərindən 44 nəfər şagird iştirak edib.“Yeni Tərtər”
-
20MayMilli-mənəvi dəyərlər MÜQƏDDƏS RAMAZAN AYI üçün şərhlər bağlıdır
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”
(Əl Bəqərə surəsi, 183-cü ayə)
İslamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər.
Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan “Qurani-Kərim” nazil olmuşdur. Həmin gecəyə “Qədr” və ya “Əhya” gecəsi deyilir. Qədr gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs “Qurani-Kərim”in “Qədr” surəsində qədr gecəsi haqqında belə yazılmışdır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür”. Daha ətraflı » -
20MayMilli-mənəvi dəyərlər AZƏRBAYCANDA DİNİ ETİQAD AZADLIĞI üçün şərhlər bağlıdır
Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştlik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir.
Konstitusiyaya görə din dövlətdən ayrıdır və bütün dinlər bərabərdir. Konstitusiya eyni zamanda fərdlərin öz dini etiqadlarını ifadə etmək və dini ayinləri icra etmək hüququnu müdafiə edir, bir şərtlə ki, bunlar ictimai asayişi və ya ictimai mənəviyyatı pozmasın. Bu gün Azərbaycan Respublikasında din-dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Məsələn, Konstitusiyanın 7-ci maddəsində göstərilir ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsanın ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.
Bu gün Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur, demokratik cəmiyyət quruculuğu prosesi böyük uğurla həyata keçirilir. Siyasi plüralizmə, mətbuat azadlığına geniş yer verilir və qanunun aliliyi prinsipi təmin edilir. Ölkəmizdə müxtəlif dini konfessiyalar sərbəst fəaliyyət göstərir.
Hazırda Azərbaycanda 1300 məscid, 40 kilsə, sinaqoq və digər ibadət yerləri, 500-dək pir və ziyarətgah fəaliyyət göstərir. Azərbaycanda pravoslavlıq–rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Həmçinin, 11 molokan icması da fəaliyyət göstərir.
Azərbaycanda mövcud olan dini mərkəz və idarələr Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri-müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur.
Ölkəmizdə bütün dinlərə hörmət və ehtiram olduğu kimi, səmavi islam dininə də xüsusi diqqət və qayğı vardır. Bu qayğı ulu öndərin gəlişi ilə əlaqədardır. Daha ətraflı » -
20MayDigər Qan yaddaşı üçün şərhlər bağlıdır
ERMƏNİLƏRİN ƏQRƏB XİSLƏTİ
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
1905-1907-ci illərdə azərbaycanlılara qarşı qırğınlar törədilmişdir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.
1914-1918-ci illərdə Azərbaycanda və Şərqi Anadoluda həyata keçirilmiş soyqırımı cinayətləri, alimlərlə yanaşı, böyük dövlətlərin siyasi dairələrinə də yaxşı məlumdur. Daha ətraflı » -
20MayDigər VƏTƏN FƏDAİSİ üçün şərhlər bağlıdır
Bir ailə tanıyırdım. M ə mməd Aslan bir dəfə yazmışdı o ailədən. Oxumuşdum həmin yazını. Məndə dərin təəssürat oyatmışdı. Sabir Paşayevin necə böyük bir “İNSAN” olduğunu, ailəsinə hansı hörmət və səmimiyyət ucalığından yanaşdığını hiss etmişdim. Düşünmüşdüm ki, kaş bütün azərbaycanlı ailələrdə belə mehriban və qarşılıqlı anlaşma mühiti mövcud olaydı, belə tərbiyə təlqin ediləydi!…
Sabir Paşayevlə şəxsi tanışlıqdan sonra məndə yaranmış xoş təəssüratın həyati gərçəkliyini gördüm.
Sonralar qismət elə gətirdi ki, onun oğlanları Ədalət, İlham və Ləyaqətlə, qızı Məhəbbət xanımla aramızda ünsiyyət telləri yarandı və ümumiyyətlə, bu ailə mənim üçün doğmalaşdı…
Qarabağ müharibəsi sanballı el ağsaqqalı, tanınmış ziyalı, şair, ələlxüsus böyük “İNSAN” olan Sabir Paşayevin ailəsinə, bir çox azərbaycanlı ailələri kimi, gözlənilməz zərbələr vurdu, fəlakətlər gətirdi. Əvvəlcə özünün ürəyi dözməyib, param-parça oldu. Elə təmiz və halal ürəklər adi təsirdən də sarsılır. Handa da qala növbəti erməni fitnəkarlığına və dəhşətinə dözə! Sabir müəllimin ürəyi bu alçaqlığa dözə bilməzdi, dözmədi də!
Sonra ali təhsilli və ələlxüsus qeyrətli oğulları Ədalət və Evarist Paşayevlər Qarabağ müharibəsində şəhid oldular. Qızı Məhəbbət Paşayeva və digər oğlu İlham Paşayev atəşkəsə qədər qanlı savaş meydanlarından çəkilmədilər. Məhəbbət xanım Tərtərin baş həkimi kimi, İlham isə bir döyüşçü kimi. Neçə dəfə ölümün içindən keçdilər, dəhşətlər yaşadılar, amma geri dönmədilər. Çünki arxada Tərtər və böyük anlamda VƏTƏN vardı. (Onların keçdikləri müharibə yolundan nə vaxtsa kitablar yazılacaq–hər vərəqi qanlı döyüş səhnələrinin canlı salnaməsi olacaq).
…1970-ci illərdə nüfuzlu el adamı və ləngərli ziyalı Sabir Paşayev Tərtər şəhər 2 saylı tam orta məktəbin direktoru idi. Yaşımız xeyli fərqli olsa da, biz biri-birimizə xüsusi ehtiram göstərirdik və bu səmimi münasibət üçün şair Məmməd Aslan aramızda körpü olmuşdu. Hərdənbir üçlükdə “şeir məclisi” düzənlərdik. Daha ətraflı » -
20Mayİdman ŞƏRƏF İŞİ üçün şərhlər bağlıdır
İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.
Heydər Əliyev
Dünya ölkələri öz mədəniyyəti, milli-mənəvi dəyərləri ilə yanaşı, idman sahəsi ilə də tanınır. Dövlətimiz uğur əldə etmiş idmançıların dünyada tanınması, onların bu sahəyə marağının daha da artması üçün əlindən gələni əsirgəmir. Çünki əhalinin sağlamlığı vacib məsələdir. İdman sağlamlıq, həyat, gümrahlıq, bir sözlə, yaşamaq üçün vacib olan bir amildir. Ən azından sağlamlığımızın xətrinə idmanla məşğul olmalıyıq. Peşəkar həkimlər hər zaman bildirirlər ki, zərərli vərdişlər necə ki, insan ömrünü 10 il qısaldır, idmanla məşğul olmaq da əksinə ömrü 10 il artırır. İdmanın insan orqanizmi üçün bir çox xeyiri vardır: əhvalı yüksəldir, xroniki xəstəliklərin qarşısını alır, çəkinizi qoruyur, ürəyin və ağciyərin funksiyasını gücləndirir, yuxusuzluğu və təngnəfəsliyi aradan qaldırır.
Son zamanlar Tərtərdə Olimpia İdman kompleksinin tikintisi rayonumuzda idmana göstərilən qayğının nümunəsidir.
Rayonumuzda bu məsuliyyətli, şərəfli sahənin müəllimlərindən biri də Məmmədov Faiq Ələkbər oğludur. O, 1980-ci ildə Tərtər rayonunda dünyaya gəlib. Ailədə 3 bacı, 1 qardaş olublar. Şəhər 1 saylı tam orta məktəbi 1997-ci ildə bitirib. Politexnik Universitetinin iqtisadiyyat fakültəsinə 2001-ci ildə daxil olub. O, 2012-ci ildə İdman Akademiyasında təhsilini davam etdirib. Uşaq yaşlarından idmana böyük marağı olan Faiq Məmmədov 2004-cü ildə Azərbaycan Boks Federasiyasının lisenziyasına əsasən təyinatla Tərtər rayonuna boks müəllimi təyin olunub. 2010-cu ildən Uşaq Gənclər İdman məktəbində məşqçi müəllim kimi fəaliyyət göstərir. Uğurları bol olan Faiq müəllim 2009-cu ildə “İdman ustası” adına layiq görülüb. Daha ətraflı »
Yeni ismarıclar