1.Silgidən istifadə etmədən şəkil çəkmək sənətinə Həyat deyilir.
2. Həyatda kimə görə deyil, nəyə görə yaşadığını fikirləş.
3. İnsan kəsrə bənzəyir; surət onun həqiqətdə necə olması, məxrəc isə onun özü barədə nə düşünməsidir. Məxrəc böyüdükcə kəsr də kiçilir.
4. Həyatda 2 cür dəli var: Birincisi həqiqi dəli, ikincisi isə dəli kimi görünən ağıllı.
5. Ən çətini əzab çəkdiyini heç kəsə deyə bilməməkdir.
6. Pul hər şeyi həll edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
7. Axmaq görünməyə çalışmaq ən böyük ağıllılıqdır.
8. Bir insana əvəzolunmaz olduğunu hiss etdirdiyinizdə ilk əvəz edəcəyi insan siz olarsınız.
9. Gülmək hər vaxt xoşbəxt olmaq üçün deyil. Bəzən elə gülmələr vardır ki, ən böyük ağrıları gizləmək üçündür.
10. İnsan, həyatda iki məna anlayar: Birinci ağlayanda, digəri gülərkən. Və yalnız bir dəfə qiymət bilər; O da əlindəkini itirərkən.
11. Unutma ki, insan dünyanın hakimi ola bilər, amma kiçik bir ürəyin əsiridir.
12. Həyatın ən çətin sualları –ağılın düşündüyü amma ürəyin cavablandıra bilmədiyi suallardır.
13. Yalançı olmaq üçün yaddaş lazımdır.
14. Hər şey keçmişdə qalır, amma heç bir şey keçmir.
15. İnsanların sənin haqqında nə düşündüklərinə əhəmiyyət verməyərək, ömrünü uzada bilərsən.
16. Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın işidir.
17. İt sənə dost olar, bir sümük atsan, namərd qədir bilməz qurban da olsan.
18. Ən kasıb insan malı az olan deyil, arzusu çox olandır.
19. Həyatın iki faciəsi var: biri arzumuza çata bilməmək, digəri isə istədiyimizi əldə etməkdir.
20. Zaman keçir? Yox səhv olaraq belə düşünürsünüz!… Zaman dayanıb siz keçib gedirsiniz.
-
29DekDigər AFORİZMLƏR üçün şərhlər bağlıdır
-
29DekDigər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır
1.Ayın bütöv şəkildə görünmədiyi yeganə tarix 1865-ci ilin fevralıdır.
2. Futbolçu hər dəfə topa kəllə vurduqda beynində 1000 hüceyrə ölür.
3. Bir qarışqa yuvasına gündə təxminən 2500 böcək daşıyır.
4. Qitə adlarının hamısı eyni hərflə başlayıb eyni hərflə də bitir.
5. Okeanın ən dərin yerində dəmir bir topun suyun dibinə çökməsi bir saatdan çox vaxt aparar.
6. Bir kiloqram limonda bir kiloqram çiyələkdəkindən daha çox şəkər var.
7. Bilyard topu sıxılmış kağızdan düzəldilir.
8. İlanlar eşitmirlər, siçanlar qusmurlar, kenqurilər arxaya yeriyə bilmirlər, kəpənəklər ayaqlarıyla dadırlar.
9. Qurbağanın 2600 növü var.
10. Bayquş mavi rəngi görə bilən yeganə quşdur.
11. Qarışqalar yatmırlar.
12. Dünyadakı heyvanların 80%-i altı ayaqlıdır.
13. Bu günə qədər qeydə alınmış ən böyük aysberq 200 mil uzunluqda və 60 mil enliyində olaraq, Belçikadan daha böyük sahəyə malik olub.
-
29DekDigər FAYDALI MƏSLƏHƏTLƏR üçün şərhlər bağlıdır
Üzüm
Üzümün tərkibi kalsium, dəmir və başqa maddələr, həmçinin A, B1, B2 və C vitaminlərilə zəngindirlər. Bəzi qaraciyər xəstəlikləri və qanazlığının müalicəsində istifadə edilir. İçərisindəki meyvə asitləri sayəsində mədəyə zərər vurmadan böyrək və bağırsağın işini asanlaşdırır. Qanın təmizlənməsinə kömək edir.
Ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir.
Qara üzüm hüceyrə yeniləyici əhəmiyyətə malikdir. Həzm prosesini asanlaşdırır. Uşaqların inkişafı üçün çox faydalıdır. Daha ətraflı » -
29DekDigər BİLİRSİNİZMİ? üçün şərhlər bağlıdır
Yaşadığımız hər gün boyunca yeni xəbərlər, məlumatlar eşidirik. Necə deyərlər “Qulaq hər gün yeni bir söz eşitməsə kar olar”. Amerikalı alimlər insanlar arasında maraqlı bir araşdırma aparıblar. İnsan ömrünü orta hesabla 78 il olaraq hesablayan mütəxəssislər maraqlı nəticələrə gəliblər.
Son ana kimi Eynşteynin yanında olan tibb bacısı alman dilini bilmədiyi üçün yəhudi əsilli alman fizikin ölmədən öncə nə dediyi bilinmir.
Hər bir insan orta hesabla 290 min dəfə gülür.
Hər bir insan ömrü boyunca 25 il yatır.
Marafon qaçışı yarışlarında zəncilərin daha çox uğur qazanmasının səbəbi ayaqlarında ağ dərililərdən fərqli olaraq 2 ədəd artıq vətərin olmasıdır. Daha ətraflı » -
29DekƏdəbiyyat HƏR KÖNÜLDƏN BİR NƏĞMƏ üçün şərhlər bağlıdır
DEYİLMİ?…
Ömür başdan-başa, beşikdən-qəbrə Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?
Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?
Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən?
Sənin güvəndiyin dünya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?
Ayaqlar altında yer oldu tapdaq, Sirrini, məğzini bilmədik ancaq.
Tapdaq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?
Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?
Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı-bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?
Bəxtiyar VAHABZADƏ
-
29DekƏdəbiyyat VƏTƏN DESİN! üçün şərhlər bağlıdır
Bu gün gərək Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz oğurlandı
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.
Məmməd ARAZ
-
29DekƏdəbiyyat GETMİSƏN… üçün şərhlər bağlıdır
Gülüm, axı hamı məni tanıyır, Bilmədiyin nə öyrənib getmisən?
İndiyədək çəmən məni qınayır,
Çiçəklərə gileylənib getmisən.
Yar, olmaya canım sənə qəfəsmiş,
Aramızdan nə çatlayıb, nə əsmiş?
Bəlkə sevgi sənin üçün həvəsmiş?
Ətrafımda veyillənib getmisən.
Axı məni yoxun-varın bilirdin,
Al günəşin, ilk baharın bilirdin,
Saçlarımı zirvə qarın bilirdin;
Bəlkə, elə o sellənib getmisən?
Bir zamanlar hər an dil-dil ötərdin, Çeşmələrdən, bülbüllərdən betərdin,
Nə sevincin bəlli oldu, nə dərdin
Nə hönkürüb, nə dillənib getmisən.
Sevənlərdir xatirələr qoruyan,
Torpaqları göz yaşıyla doyuran,
Yollar çoxdur insanları ayıran –
Hara baxsan, şaxələnib getmisən
Tab edərdim məkrindəki qılınca,
O yaxşıydı – xəzəl olub solunca,
İstəsəydin-su atardım dalınca
Göz yaşlarım səpələnib, getmisən..
Vahid ƏZİZ
-
19DekXəbərlər ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır
Xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsini daim uca tutan tərtərlilər onun vəfatınının 16-cı ildönümünü ehtiramla yad ediblər.
Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsini minlərlə insan ziyarət edib. Rayon ictimaiyyəti, YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, ərazidəki “N” saylı hərbi hissənin şəxsi heyəti dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gülçiçək dəstələri düzüblər, Tanrıdan ona rəhmət diləyiblər.
Mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzinə gələ-rək, ulu öndərin zəngin həyatını və siyasi Daha ətraflı » -
19DekXəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Birinci vitseprezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yüksək fəallıqla həyata keçirilib.
Şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması və ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün ağac əkini üçün nəzərdə tutulan ərazilər əvvəlcədən təmizlənib, hamarlanıb, cızlar çəkilib, çalalar qazılıb əkinə tam hazır vəziyyətə gətirilib.
Tərtərlilər aksiya çərçivəsində “Tərtər-Bərdə”, “Tərtər-Hindarx”, “Tərtər-Şıxarx”, “Tərtər-Gəncə” avtomobil yollarının kənarlarında, Tərtər şəhərində və rayonun kənd-lərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 500 ədəd şam, 3000 ədəd göyrüc, 2500 ədəd akasiya, 2000 ədəd iydə, 1000 ədəd çinar, 1000 ədəd sərv, yerli tingçilər tərəfindən isə 5000 ədəd müxtəlif növ meyvə ağacları, ümumilikdə, 15 min ağac əkiblər.
Ağac əkilən ərazilərdə abadlıqtəmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib və suvarılması həyata keçirilib.
Əlavə olaraq gün ərzində Çin Xalq Respublikasından baramaçılığın inkişafı məqsədi ilə gətirilən 30000 ədəd tut tinginin də əkilməsinə start verilib. -
19DekXəbərlər VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Tərtər rayonunda sakinlərlə görüşüb. Qəbulda Bərdə rayonunun sakinləri də iştirak edib. Birliyin baş direktorunun müavinləri Ramil İsgəndərov Füzuli, Ceyhun Şıxəliyev isə Ağdam rayonunun sakinlərinin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin ək-səriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə mü-vafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Yeni ismarıclar