10Fev
GƏNCLƏRİMİZƏ BİR NEÇƏ SÖZ
Bismilləhir-rahmanir-rahim.
Mehriban və bağışlayan Allahın adı ilə.
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O (Rəbbin) ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiyi şeyləri öyrətdi”. (Ələq surəsi 1-5-ci ayələr). İslam dini sonuncu səmavi dindir ki, öz nuru ilə bu gün dünyaya işıq saçmaqdadır. Və bu dinin müqəddəs kitabı “Qurani-Kərim”in ilk əmri yuxarıda qeyd olunan ayələr oldu. Deməli, Rəbbimizin biz müsəlmanlara ilk əmri oxumaq, öyrənmək, yazmaq və sözün həqiqi mənasında hərtərəfli gözəl bir insan olmaqdır. Daha ətraflı »
10Fev
Bizim qəhrəman Elman Hüseynov 1952-ci il fevralın 29-da anadan olub. Qeyri adi bir gündə dünyaya gəlib. Ona görə də qeyri-
adi insanıdı. Ancaq kənd sovetində onun doğum gününü 28 fevral yazıblar, çünki, nadir halda olan gündü. Böyük Vətən Müharibəsindən sonra doğulan uşaqlardan idi. Hər yerdə müharibənin vurduğu yaraları sağaltmağa çalışırdılar. 19 yaşda gedənlərin hamısı qayıtmasa da qayıdanlar evləndi və uşaqları oldu. Sonralar nur təbiətli Qızxanım müəllimə Elmanın sinif müəllimi oldu. Müəllimə elə hey Elmandan danışırdı. Onun səliqə-səhmanı, sakitliyi, dərsləri qavraması və sairə çox xoşuna gəlirdi. Sonralar 5-ci sinifdən riyaziyyat, rəsmxət müəllimi və sinif rəhbəri mən oldum Daha ətraflı »
10Fev
Şəhərimizin mərkəzində yerləşən, ölkə Prezidenti İlham Əliyevin yaxından qayğısı sayəsində tikilib istifadəyə verilmiş yaraşıqlı bir bina var. O bina görkəmi ilə diqqəti cəlb edir, yeniyetmə və gənclərimizi öz əhatəsinə toplayır. Bu yaraşıqlı bina son illərdə istifadəyə verilib. Qapılarını sakinlərin – xüsusilə yeniyetmə və gənclərimizin üzünə açdığı gündən onlara doğma, isti qucağa çevrilib. Bu isti qucaqlı ünvan Uşaq Gənclər İdman Şahmat Məktəbidir. Quliyev Emin Arzu oğlu bu isti qucaqlı ünvanın rəhbəridir–direktorudur. Onunla görüşüb söhbət etdik. Daha ətraflı »
10Fev
Qürur mənbəyimiz olan milli-mənəvi dəyərlərimizə mətbəximiz, milli geyimlərimiz, musiqi nümunələrimiz, qədim abidələrimiz, dövlət rəmzlərimiz və s. daxildir. Qonaqpərvərlik, böyüyə hörmət, ailəyə qayğı və s. digər yüksək keyfiyyətlər millətimizə xas olan xüsusiyyətlərdir.
Bu nümunələr gələcəyimizin inkişafına örnək olan varlığımızdır. Buna görə də müstəqil ölkəmizdə mətbuatın, televiziyanın və pedaqoji heyətin hər bir üzvi milli dəyərlərimizi geniş surətdə təbliğ etməlidirlər. Daha ətraflı »
30Yan

20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Bu qanlı faciə…ən amansız qanlı cinayətdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
30Yan
30Yan
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mə-
dəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən sürətli inkişafdan, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi nitqdə bütövlükdə 2019-cu ilin ölkəmiz üçün uğurlu il olmasını diqqətə çatdırdı.
İcra başçısı əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən də danışdı.
O, rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi.
Son beş ildə rayonda tikinti-abadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. Daha ətraflı »
30Yan
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon Təhsil şöbəsi tərəfindən UGİŞM-də “20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib, müsabiqədə rayonun 44 məktəbindən 44 şagird iştirak edib. Səhlabad kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Ağazadə müsabiqənin birincisi olub. O, rayon icra hakimiyyəti tərəfindən Diplomla təltif olunub. Həmin yazını sizə təqdim edirik
Heç güllərin ağladığını görmüsünüzmü?
Qərənfilləri matəm çiçəyinə çevirən 20 Yanvar! Güllərin son mənzilini şəhid məzarına çevirən məsum gün şəhid qanından qıpqırmızı qana bələndi, gözlərindən damla yaş axıtdı. Şəhərimizə qərənfil yağışı yağdı. Daha ətraflı »
30Yan
Tərtər Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Tərtər şəhərində “Ölkə üzrə 
icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Tərtər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Agentliyin əməkdaşı Elvin Abbasov iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.
Agentliyin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə məlumat verib.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
“Yeni Tərtər”
30Yan
Tərtər Rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları onun Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.
Mərasimdə Elman Hüseynovun həyat yoldaşı və döyüş dostları çıxış ediblər. Bildirilib ki, Hüseynov Elman Süleyman oğlu 1952-ci il fevralın 28-də Tərtərin Azadqaraqoyunlu kəndində anadan olub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1968-1973-cü illərdə Azərbaycan Politexnik İnstitutunda mühəndis ixtisasına yiyələnib. Sonra Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Dövlət idarəetmə orqanlarında mühüm vəzifədə işləməsinə baxmayaraq, 1991-ci ildə könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib. Həmin ilin sentyabrında Tərtər Özünümüdafiə Qərargahının rəisi, noyabrında Tərtər Ərazi Özünümüdafiə Batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Onun şəxsi şücaəti və rəhbərliyi ilə keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Döyüşlərdə iki dəfə yaralanıb.
1993-cü il yanvarın 15-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
“Yeni Tərtər”
Yeni ismarıclar