10İyl
Bu gün təkcə ölkəmiz deyil, bütün bəşəriyyət çətin sınaq qarşısındadır. Dünyanın bütün ölkələri COVID-19 pandemiyasının təsiri altında qalmaqda davam edir. Bir sıra ölkələrdə, o cümlədən ölkəmizdə də məhdudlaşdırıcı addımlar atılsa da, vəziyyəti tam normallaşdırmaq mümkün olmamışdır. Təəssüf ki, son həftələrdə koronavirus infeksiyasına yoluxanların sayında artım hiss olunur. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması, pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atmaqda davam edir. Yoluxma riskinin azaldılması istiqamətində yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq edilir, müntəzəm olaraq maarifləndirmə tədbirləri görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə çətin pandemiya dövründə vətəndaşların məşğulluğuna və sosial rifaha dəstək məqsədilə uğurlu siyasət aparılır.
Bütün görülən işlər Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. Daha ətraflı »
07İyl
COVİD-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü və bu təşəbbüsün dünya dövlətləri tərəfindən bəyənilməsi Azərbaycanın siyasi çəkisinin daha da artmasından xəbər verir.
Dünyada pandemiyanın başlandığı gündən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən həm regional, həm də qlobal səviyyədə bu bəşəri bəlaya qarşı mübarizə aparılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini özündə əks etdirən təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Tam məsuliyyətlə qeyd edə bilərik ki, digər sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünə məxsus imic formalaşdırıb-Azərbaycan modeli.
Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir, eləcə də, ölkəmizdə reallaşdırılan social-iqtisadi dəstək proqramları geniş miqyaslı antiböhran tədbirlərlə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Daha ətraflı »
30İyn
Möhtərəm cənab Prezident!
Tərtər rayonunun yeganə mətbu orqanı olan “Yeni Tərtər” qəzetinin kollektivi Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığını bildirir, liderlik fəaliyyətinizdə daha böyük uğurlar diləyir, ailənizə, o cümlədən Birinci vitse-prezident, xeyirxahlıq və səmimiyyət nümunəsi olan Mehriban xanım Əliyevaya uzun ömür can sağlığı arzulayır!
Hörmətli cənab Prezident!
Bizim Tərtər rayonuna ardıcıl səfərləriniz, bu səfərlər zamanı rayon əhalisi ilə görüşləriniz, onların bir çox müraciətlərini yerindəcə həll etməyiniz, hətta döyüşlər getdiyi zamanlarda belə həyatınızı riskə ataraq tərtərlilərin yanında olmağınız düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən bu bölgənin əhalisini qürurlandırır, öz rəhbərinə güvəncini daha da artırır.
Cənab Prezident!
Onu da qeyd etməyi lazım bilirik ki, 86 yaşı tamam olan Tərtər rayon qəzeti laqeyid münasibət üzündən 7 il-dən çox (1998-2005-ci illər) öz fəaliyyətini dayandırmağa məcbur olsa da, jurnalistlərin dostu kimi Sizin yaratdığınız münbit media mühiti sayəsində yenidən həyata qayıtmışdır. Daha ətraflı »
30İyn
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans formatında görüş keçirib.
İcra başçısı əvvəlcə konfrans iştirakçılarını Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar diləyib.
Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qa-yıdışından sonra yaranmağa başlamışdır.
2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı qanun, fərman və sərəncamlar imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis olunmuş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda öz əksini tapmışdır. Daha ətraflı »
Yeni ismarıclar