COVİD-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü və bu təşəbbüsün dünya dövlətləri tərəfindən bəyənilməsi Azərbaycanın siyasi çəkisinin daha da artmasından xəbər verir.
Dünyada pandemiyanın başlandığı gündən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən həm regional, həm də qlobal səviyyədə bu bəşəri bəlaya qarşı mübarizə aparılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini özündə əks etdirən təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Tam məsuliyyətlə qeyd edə bilərik ki, digər sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünə məxsus imic formalaşdırıb-Azərbaycan modeli.
Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir, eləcə də, ölkəmizdə reallaşdırılan social-iqtisadi dəstək proqramları geniş miqyaslı antiböhran tədbirlərlə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Bildiyiniz kimi, bu pandemiya insanların həyatını təhlükə altına qoymaqla, həm də fəsadları hələ uzun müddət hiss olunacaq qlobal, sosial, iqtisadi və humanitar təhlükələr yaratmaqdadır.
Bu gün bu bəşəri bəla dünya müharibəsi ilə müqayisə edilir və dünya dövlətlərinin özünü təcrid xarakter daşıyan tədbirləri əvəzinə qlobal həmrəyliyə daha böyük ehtiyacı vardır.
Təəssüf ki, dünyanın ən böyük siyasi təşkilatı olan BMT bu həyatı vacib problemi düzgün qiymətləndirməyərək vaxtında həmrəyliyin əldə olunmasına ciddi fikir vermədi.
Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətlərinin bu sahədə göstərdikləri hərəkətsizlik bu günkü fəsadların üzə çıxmasına şərait yaradıb. Məhz belə bir vaxtda Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi 2020-ci ilin may ayının 4-də Qoşulmama Hərəkatının təmas qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşündə təşəbbüslə çıxış etməsi dünyada koronavirusun qarşısının alınmasında beynəlxalq birliyin yaradılmasına xidmət edir. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir.
Onu da qeyd etməliyik ki, Azərbaycan dövləti COVİD-19 –a qarşı təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, dünya həmrəyliyinin nümunəsi kimi ümumdunya səhiyyə təşkilatına könüllü ianə ayırır, 30-dan artıq dövlətə humanitar yardım göstərir.
Biz fəxrlə deyə bilərik ki, 130-a qədər BMT üzv dövlətləri tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin xüsusi sessiyanın keçirilməsi barədə olan təşəbbüsünün dəstəklənməsi beynəlxalq aləm tərəfindən ölkəmizə olan etimad və hörmətin göstəricisidir. Çox təəssüflə qeyd etməliyəm ki, bütün dünyada müsbət əks-səda doğuran bu təşəbbüsə qarşı yenə də öz erməni xisləti ilə yaşayan Ermənistan dövləti olmuşdur.
İnanırıq ki, BMT-nin keçirilməsi nəzərdə tutulan xüsusi sessiyası pandemiya qarşısına sipər çəkilməsində beynəlxalq ictimaiyyətin tam səfərbər olunmasına şərait yaradacaq və bu bəşəri bəlaya qarşı qlobal cavabın tapılmasına öz töhfəsini verəcəkdir. Dövlət başçımızın hər bir uğurlu imzası diplomatik xarici siyasəti xalqımızda qürur hissi yaradır. Bu fəxarət verici sevinci tərtərlilərdə yaşadı. Tərtər rayonu cəbhə bölgəsində yerləşdiyi üçün Ermənistanın işğalçı və faşist xislətinin dəfələrlə şahidi olur və Azərbaycan Prezidenti İlham Əliyevi bu uğuruna hətta dünya xəritəsində olmayan bir xalqın rəzil, saxtakar, dövlət başçımızın dediyi kimi, “oğru, faşist Paşinyan kimilərinin” razı olub-olmaması əhəmiyyətli də deyil. Gözəl bir deyim var: “Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir”
Azərbaycan xalqı fəxr edir ki, ölkəmizin Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan dövləti ərazicə kiçik, əhalisinin sayına görə az olsa da sözün əsl mənasında güclü dövlət və böyük xalqdır.
Bu gün respublikamızda COVİD-19-a qarşı mübarizə tədbirləri çərçivəsində ölkə Prezidentinin qəbul etdiyi qərarların və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tətbiq etdiyi ciddi karantin rejiminin qaydalarına əməl olunması sahəsində qarşıya qoyulan vəzifələr hər kəsdən daha məsuliyyətli olub, həm özünü, həm yaxınlarını, bütövlükdə isə xalqımızı və dövlətimizi zamanın bu ağır sınağından ləyaqətlə çıxmaqdan ibarət olmalıdır.
Ramiz ŞABANOV,
YAP Tərtər Rayon Təşkilatının sədri: