Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans formatında görüş keçirib.
İcra başçısı əvvəlcə konfrans iştirakçılarını Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar diləyib.
Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qa-yıdışından sonra yaranmağa başlamışdır.
2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı qanun, fərman və sərəncamlar imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis olunmuş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda öz əksini tapmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq”.
Rayonumuzun ayrı-ayrı müəssisələrində və rayon icra hakimiyyətində 265 döv-lət qulluqçusu vəzifəsi var. Həmin vəzifələrdə hazırda 248 nəfər çalışır. Dövlət qulluğunda çalışanların 44-ü gənclər, 57-si qadınlardır. 223 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. Onlar müstəqil respubkamızda inkişafın təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının qo-runmasında, əhalinin sosial məişət şəraitinin həllində mühüm rol oynayırlar.
Bu gün Azərbaycanda dövlət qulluqçularının normal işləməsi və xalqa daha yaxşı xidmət etməsi üçün hər cür şərait yaradılmışdır.
Sonra YAP rayon təşkila-tının sədri Ramiz Şabanov, Seydimli İƏD üzrə nümayəndə Nərmin Vəliyeva, Yuxarı Qapanlı İƏD üzrə nümayəndə Azər Cabbarov, Hüsənli İƏD üzrə nüma-yəndə Gülüstan Əhmədova və Mamırlı İƏD üzrə nümayəndənin müavini İlqar Səfərov çıxış etmişlər.
Rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə 7 nəfər dövlət qulluqçusu “Fəxri Fərman”la təltif edilib.
Sonra rayon rəhbəri koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Möhtərəm Prezidentimiz cənab İl-ham Əliyevin rəhbərliyi ilə görülən qabaqlayıcı tədbirlərdən, koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində rayonumuzda Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarla-rının, tapşırıq və tövsiyyələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Konfransda həmçinin sakinlərlə düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsələlərə də toxunulub.
Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də söhbət açılıb. Həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib
“Yeni Tərtər”
-
30İyn
Müəllif: Redaktor, 14:12