Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0
Arxiv
-
10İyl
Azdı ac gödənə yüz haram tikə,
Paslı dəmirləri gəmirmə nahaq.
İşıqla qarnını kim doydurub ki,
Zülmətlə qarnını kim doyuracaq?
Gecə pəncərəmə dırmaşan pişik!
|
Söyüd də dartınır suyunu alcaq,
Bir quru kötüyün ədası yoxdur!
Qurd itdən süləngi, it qurddan alçaq,
Sinəmdə yer versəm, faydası yoxdur,
Gecə pəncərəmə dırmaşan pişik!
|
Sanma ki, dünyanın bəxtəvəriyəm,
Yuxuda xoşbəxtəm, o da ki, yatsam.
Nahaq haqq əritsə, mənəm əriyən,
Əsrin caynağında yumaqdı ad-san.
Gecə pəncərəmə dırmaşan pişik!
|
Pəncərə sındıqca pişiklər artır,
Görən nə yemişik, nə yedirtmişik?
Astana yalayan pəncərə yırtır,
Yəqin çox pişiyə pələng demişik,
Gecə pəncərəmə dırmaşan pişik!
|
Hər haya-haraya zaman inanmır,
Bəlkə Allahlığı bacarmır Allah?!
Çoxdandı qəlbimin çırağı yanmır,
Vallah, gözlərindən od versən, allam,
Gecə pəncərəmə dırmaşan pişik! |
Elə marıtdama altdan yuxarı,
Nə var yuxarıda? büdrəmək, aşmaq…
Başa başsızları başsız çıxarır,
Yeri get qabını yala, ay axmaq!
Gecə pəncərəmə dırmaşan pişik!
|
Səninçün fərqi yox hər kim çağırdı,
Qapıdan qapıya qaçmağın asan…
Mənim ürəyimə gələn cığırda
Fil azar, şir azar, hörümçək azar,
Gecə pəncərəmə dırmaşan pişik! |
|
Müəllif: Redaktor, 09:37