Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1579,5 hektar meyvə bağları və giləmeyvəlik, 10,1 hektar üzümlüklər var. Meyvə bağları və giləmeyvəliklərin 1312,2 hektarı bar verəndir. Həmin bağlardan 2020-ci ildə 13 min 210,8 ton meyvə və giləmeyvə, 343 ton üzüm yığılıb. Hər hektardan orta məhsuldarlıq meyvə və giləmeyvə üzrə 100,7 sentner, üzüm üzrə 339,6 sentner olub.
Ötən il 71,7 hektar sahədə yeni meyvə bağları, o cümlədən 62 hektarda şaftalı, 6,2 hektarda xurma, 2 hektarda fındıq, 1 hektarda alça, 0,2 hektarda ərik, 0,3 hektarda gilas bağı salınıb. Yeni salınmış meyvə bağlarının 62 hektarı intensiv meyvə bağlarıdır. 2020-ci ildə rayonun təsərrüfatlarında 1 milyon 683 min 60 ədəd meyvə tingi, 62 min 700 ədəd dekorativ bitki tingləri yetişdirilib.
-
28YanKənd Təsərufatı YENİ MEYVƏ BAĞLARI üçün şərhlər bağlıdır
-
28YanƏdəbiyyat 2021-ci İL- “NİZAMİ GƏNCƏVİ İLİ” üçün şərhlər bağlıdır
HÜMANİST MÜTƏFƏKKİR
2021-ci il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Söz və fikir ustadının zəngin yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etmişdir.
Nizami Gəncəvi irsi sonsuz bir ümmanı xatırladır. Adı dünya ədəbiyyatı xəzinəsinə qızıl hərflərlə yazılmış beş qüdrətli sənətkardan biri olan Nizaminin “Xəmsə”si Şərqi və Qərbi əsrlər boyu məftun etmişdir. Hələ sağlığında “Şeyx Nizami” kimi tanınan, intibah dövrünün ən qüdrətli sənətkarı sayılan şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami elə bir könül şairidir ki, heç bir xələfi onun mütəfəkkir zirvəsinə yüksələ bilməmişdir. Onu 880 ildən bəri dünya xalqlarına sevdirən əsərlərində təbliğ olunan mütərəqqi ideyalardır. Şairin əsərlərində insanın duyğu və düşüncələri, gördüyü əməllər əsas yer tutur. Nizami Gəncəviyə görə insan yer kürəsini öz əməlləri ilə bəzəmək, xeyrxahlıq etmək üçün yaranmışdır.
Onun əsərlərindən “həmişə türk qoxusu gəlsə də” (H.Araslı) bütün başqa xalqlara da hörmət və məhəbbətlə yanaşmışdır.
Hümanist və beynəlmiləlçi olmaqla yanaşı, Nizami eyni zamanda böyük vətənpərvərdir. Vətəni müqəddəs bir anlayış kimi qəbul Daha ətraflı » -
28YanƏdəbiyyat ŞƏRQİN BÖYÜK DÜHASI üçün şərhlər bağlıdır
Bütün Şərqin böyük dühası İlyas Yusif oğlu Nizami Gəncə şəhərində dünyaya göz açmışdır. O, həm vətəni Azərbaycanda, həm də bütün dünyada böyük bir mütəfəkkir kimi şöhrət tapmışdır.
İqtisadi cəhətdən sürətlə inkişaf edən Gəncə şəhəri həmin dövrdə “Azərbaycan Atabəyləri” adlanan Eldənizlər tərəfindən idarə olu-nurdu. İpək yolunun bu şəhərdən keçməsi Gəncənin daha da inkişaf etməkdə, mədəni mərkəzə çevrilməsində mühüm rol oynamış və Nizami bunu öz əsərlərində aşkar surətdə əks etdirmişdir. Gəncədə Qərb və Şərq mədəniyyəti birləşirdi. Nizaminin əsərlə-rindən məlum olur ki, o hər iki mədəniyyətə dərindən bələd olmuşdur. Dahi şairin həyatı haqqında daha dolğun və dürüst məlumatı elə onun öz əsərlərindən almaq mümkündür.
Əsərlərindən öyrənirik ki, Nizami dövrünün əsas dini və dünyəvi elmlərini dərindən bilən alim olmuş, “həkim Nizami” adlandırılmışdır. Ömrü boyu Gəncədə yaşamış Nizami öz doğma dili ilə yanaşı fars, ərəb eləcə də bir sıra digər dilləri dərindən öyrənmiş, ömrünün sonuna qədər tarixi, fəlsəfi, coğrafi, ədəbi əsərlər mütaliə etmişdir. Aldığı təhsil dilinə uyğun olaraq Nizami Gəncəvi bütün əsərlərini fars dilində yazmışdır.
Saraylarda hökmdarların himayəsində yaşamaqdan imtina edən şair bir çox hökmdarlarla əlaqə saxlamışdır. Poemalarını, bəzi şeirlərini dövrünün ayrı-ayrı hökmdarlarına yazmış, onlara hədiyyə kimi göndərmişdir. Daha ətraflı » -
28YanSəhiyyə AZƏRBAYCAN RESPUBLİKASINDA COVİD-19 XƏSTƏLİYİ ƏLEYHİNƏ 2021-2022-ci İLLƏR ÜÇÜN VAKSİNASİYA STRATEGİYASI üçün şərhlər bağlıdır
COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Buna səbəb aşağıda-kılardır: -xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması; -ümumi xəstələnmə hallarının 20 faizi orta ağır, ağır və kritik kliniki gedişatlı və letallıq səviyyəsinin 3 faizdən yuxarı olması (bəzi Daha ətraflı »
-
28YanSəhiyyə KORONAVİRUSA QARŞI DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır
Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq
koronavirus (COVİD – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtər şəhərinin küçələrində, çoxmənzilli binalarda ictimai yerlərdə dezinfeksiya işləri mütamadi davam etdirilir. -
28YanSəhiyyə Minnətdarlıq məktubu üçün şərhlər bağlıdır
EL HƏKİMİ
Mən sizə Bakının 6 nömrəli xəstəxanasının alerqoloqu, həkim Vəfa İbrahimovadan danışacağam.
Balaca Zəhra xəstələnmişdi. Onu Vəfa həkimin yanına apardım. Zəhranı həkim müayinə etdi və müalicə yazdı. Birdən ha-radan gəldiyimizi soruşdu. Mən Qəhrəman Tərtərdən gəldiyimizi söylədim. Vəfa həkim dedi: “Doğrudan da, Tərtər Qəhrəman şəhərdir. 1992-ci il aprel döyüşləri və 2020-ci il Vətən müharibəsində də Tərtərlilər bir an da olsa öz torpaqlarından çıxmadı. Mən deyərdim ki, Tərtərin hər bir vətəndaşı uşaqdan böyüyə hamısı qəhrəmandır. Ölkə Prezidenti İlham Əliyev Tərtər haqqında söyləyib: “Tərtər şəhərində olan vətəndaşlar kişi kimi mərd durublar. Deyiblər ki, öldü var, döndü yoxdu, burdan heç hara getməyəcəyik. Nə qədər mərmi düşüb. Minlərlə mərmi təkcə Tərtərə düşüb” “.
Həkim Zəhranın bütün dərmanlarını bizə bağışladı və qeyd etdi ki, mənim Qəhrəman Tərtərlilərə böyük hörmətim var.
Bu gün mən Vəfa həkimə ailəmiz adından və balaca Zəhra Kərimli adından çox sağ ol deyirəm və ona həmişə uğurlar arzu edirəm. Qoy Ulu Tanrı həmişə sizə yar olsun!Səbuhi Kərimov
-
28YanKənd təsərrüfatı 2020-ci İLDƏ TƏRTƏR RAYONUNDA KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULARININ TOPLANIŞ I HAQQINDA üçün şərhlər bağlıdır
Tərtər rayonu üzrə 2020-ci ilin məhsulu üçün kənd təsərrüfatı bit-kilərinin əkin sahəsi 25572.6 hektar olmuşdur. Kənd təsərrüfatı bit-kilərinin əkin sahəsi 2019-cu ilə nisbətən 1280.7 hektar və ya 4.8 faiz azalmışdır. Əkin sahəsinin 10882.8 hektarını və yaxud 42.6 faizini dənli və dənli paxlalı bitkilər, 5134.8 hektarını və yaxud 20.1 faizini texniki bitkilər, 1444.5 hektarını və yaxud 5.6 faizini kartof, bostan və tərəvəz bitkiləri, 8110.5 hektarını və yaxud 31.7 faizini yem bitkiləri təşkil etmişdir.
2020-ci ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 288.6 hektar və yaxud 2.6 faiz, o cümlədən buğda əkini 1037 hektar və yaxud 14.6 faiz azalmış, arpa əkini 728.4 hektar və yaxud 19.1 faiz, digər dənli və dənli paxlalılar əkini 20 hektar və yaxud 7.6 faiz artmışdır. Nəticədə 2020-ci ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 45323.2 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Bu isə əvvəlki ilin müvafiq göstəricisindən 1565.9 ton və ya 3.6 faiz çoxdur.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur.
Belə ki, istehsal olunmuş taxıl məhsulunun 56.2 faizini və ya 25620 tonunu buğda təşkil etmişdir. Taxılın 36.3 faizi və ya 16436.1 tonu arpa, 6.6 faizi və ya 2981.9 tonu qarğıdalının, 0.6 faizi və ya 285.1 tonu digər taxıl məhsullarının payına düşür. Əvvəlki ilə nisbətən 2020-ci ildə buğda istehsalı 13.1 faiz, darı istehsalı 7.4 faiz, noxud istehsalı 48.5 faiz, lobya istehsalı 18.2 faiz azalmış, arpa istehsalı 27.7 faiz, dən üçün qarğıdalı istehsalı 2.8 dəfə, soya istehsalı 24.1 faiz artmışdır. 2020-ci ildə dənli və dənli paxlalı bitkilərin hər Daha ətraflı » -
28YanKənd Təsərufatı QIŞ MÖVSÜMÜNDƏ RAYONUMUZDA KƏND TƏSƏRRÜFATI İŞLƏRİ üçün şərhlər bağlıdır
Hazırda rayonumuzda kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Tarlalarda payız mövsümündə görülən işlər başa çatmışdır. Bu günə qədər rayonumuzda 8790.2 ha ərazidə taxıl əkinlərinin səpin işləri aparılıb. Ondan buğda 5285 ha, arpa isə 3505.2 ha ərazini əhatə edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 892 ha təzə yonca bitkisi və qışlama dövrü keçirilən əkinlər də daxil olmaqla 23 ha soğan, 5 ha sarımsaq bitkisinin səpin işlərini görüblər. Rayonda taxıl əkinləri səpini başlayan kimi təsərrüfatlarda dərhal səp-suvarma işləri də görülübdür. Havaların əlverişli keçməsindən istifadə edilərək, təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 8640 ha ərazidə taxıl əkinlərinin bitiş suvarmasını yeri-nə yetiriblər. Bununla yanaşı pambıq, Daha ətraflı »
-
19YanDigər PREZİDENT İLHAM ƏLİYEV: ŞUŞANIN ƏSL SAHİBLƏRİ QAYIDIB. üçün şərhlər bağlıdır
Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.
Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm bir layihədir.
Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər.
Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq.
İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır.
Vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.
Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Daha ətraflı »
-
18YanƏdəbiyyat 2021-ci il “NİZAMİ GƏNCƏVİ İLİ”DİR üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gən-cəvinin anadan olmasının 880 illiyi tamam olur.
Dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Daha ətraflı »
Yeni ismarıclar