19Apr
DİNİ KƏBİN VACİBDİRMİ?
Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin anlayışı da var. Təbii ki, ölkəmizdə nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir.
Bir çoxları dini kəbinin vacib olmadığını, əsas zəruri olanın rəsmi dövlət nikahı olduğunu desə də, bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər də var. Bəzən isə sadəcə dini kəbinlə kifayətlənən qadınlar gələcəkdə müxtəlif problemlərlə üzləşirlər.
Maraqlıdır, doğrudanmı dini kəbin rəsmi dövlət nikahı qədər vacibdir və onu kəsdirməmək günah sayılır?Ümumiyyətlə, kəbinin mahiyyəti nədir, kəbin oxunarkən hansı sözlər deyilir?
“İmam Hüseyn” məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül kəbinsiz yaşamağın zina hesab edildiyini demişdir.
“Kəbin kəsdirmək üçün hər iki tərəfin – qızın və oğlanın razılığı olmalıdır. Daha ətraflı »
19Apr
Azərbaycan xalqinin başına gətirilmiş müsibətlərin tarixin hər dönəmində baş verməsi haqqında hər bir vətəndaşımızın müəyyən qədər məlumatı vardır. Hazırki dövrdə yaşayan insaların gözü qarşısında baş vermiş Qarabağ müsibətləri xalqımızın səbr kasasını daşdırırdı. Müstəqilliyimizin ilk illərində mənfur qonşularımıza qarşı aparılan mübarizənin plansız şəkildə təşkil olunması, orduda baş verən özbaşınalıq və vahid ordu komandanlığının olmaması bizi döyüş meydanında məğlub duruma saldı. Son illərdə aparılmış əməli iş nəticəsində Azərbaycan regionda iqtisadı və hərbi sahədə güclü bir dövlətə çevrildi. Öz dədə-baba torpaqlarından didərgin edilmiş insanların, 30 ildir oğlunun qayıdacağını gözləyən anaların və atasının üzünü görməyən şəhid övladlarının yarasının üstünə su səpməyin zamanı gəlmişdi. Belə bir məqamda xalqın dəstəyinə və müzəffər ordunun gücünə əmin olan Ali Baş Komandan öz planını hazırlayaraq 10 milyonluq “ordu”ya döyüş əmrini verdi. Ali Baş Komandanın siyasi arenadakı üstünlüyünü, Daha ətraflı »
19Apr
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə son qoyuldu.
Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Bu fikirləri aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir. Daha ətraflı »
14Apr
Vətən müharibəsi adı ilə tariximizin ən şanlı səhifələrindən birinə çevrilmiş İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələndi. Əlbəttə ki, bu Qələbə şəhidlərimizin canları, qazilərimizin sağlamlığı bahasına, cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, şücaəti nəticəsində əldə olunub. Şübhəsiz ki, dövlətimiz Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birinı təşkil edir. Daha ətraflı »
09Apr
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.
09Apr
Tərtər rayonundan 2016-cı ilin Aprel döyüşlərində Füzuli istiqamətində gedən vuruşlarda şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun şəhidliyinin 5-ci ildönümü qeyd olunub. Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin ailəsinə baş çəkmiş, onun xatirəsi yad edilmiş, keçdiyi döyüş yoluna bir daha nəzər salınmışdır. Şəhidin valideynləri Bəhruz və Maya İsgəndərovlar və yaxınları onunla bağlı xatirələrini söyləmişlər.
Nicat İsgəndərov aprel döyüşlərində göstərdiyi sücaətlərə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı Tərtər şəhərinin abad küçələrindən birinə verilərək əbədiləşdirilib. İctimaiyyət nümayəndələri şəhidin 5-ci ildönümündə onun adını daşıyan küçədə olmuş, xatirəsini ehtiramla yad edərək, baralyefi önünə gül dəstələri düzmüşlər. Daha ətraflı »
09Apr
YARIMÇIQ QALMIŞ ARZULAR

Şəhidlərimiz haqqında yazmaq olduqca çətindir. Hər biri barədə yazanda o acını yaşamaq gərəkdir. Düşündükcə onların ölümlə nəticələnən acı talelərinin şahidi oluram. Hamısı Vətən, Torpaq, Namus, Qeyrət uğrunda şirin canlarından keçərək, ömürlərini, arzularını yarımçıq, doğmalarını gözü yaşlı qoyublar. Zəhmətkeş, öz alın təri ilə dolanan ailələrin övladları olub bir çoxu.
Belə şəhidlərimizdən biri də Məhərzadə Taleh Oqtay oğludur.
O, həmişə mənfur erməniləri ürəyində lənətləyərək tezliklə ərazilərimizin bütövləşəcəyinə inanırdı. Odur ki, 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı hərbi xidmətə yazıldı. Arzusu torpaqlarımızın azad olunmasında Ordumuzun tərkibində düşmənə qarşı sonədək mübarizə aparmaq və qələbəmizdən sonra ailə qurmaq idi. Anası ilə telefonla əlaqə saxlayan zaman istəyini bildirmişdi. Daha ətraflı »
09Apr

30 il idi ki, torpaqlarımız erməni işğalçılarının əsarəti altında inləyirdi. Gözəl Şuşamız, Laçınımız, Füzulimiz, Kəlbəcərimiz, ümumiyyətlə, 20 faiz torpaqla-rımız işğalçıların tapdaq yeri olmuşdu. Bu hər bir Azərbaycanlı üçün çəkilməz dərd sayılırdı. Qədirbilən xalqımız, mərd oğullarımız hər an torpaqlarımızın işğaldan azad olunacağı günün arzusu ilə yaşayırdılar. Nəhayət 27 sentyabr 2020-ci il bu iztiraba son qoyulmasının başlanğıc günü oldu.
Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı ildə Qaynaq kəndində doğulmuşdu. Daha ətraflı »
09Apr

Rayonumuzun Sarıcalı kəndində bir ana yaşayır. Qara günlərlə, min cür əzab əziyyətlə, od-ocaqsız daxmada “bir qarnı ac, bir qarnı tox” 2 övlad böyüdən ana! 1 qız və 1 oğlunu atalıykən atasız böyüdən, bu gün şəhid Mehdinin anası kimi tanınan Laləzar ana. O, ailə həyatı quranda öz həmkəndlisi Elçini seçdi, xoşbəxt günləri onunla olacağını düşündü. Lakin nə özü ər qazancı görə bildi, nə uşaqları ata çörəyi yeyə bildi. 4-5 il baldızı Kəmalənin yanında uşaqlarını saxladı, Elçin Qazaxıstanda oldu. Bu cür həyata dözməyən Laləzar uşaqların da götürüb kəndə ata-anasının yanına qayıtdı. Bir müddətdən sonra ata-anasının məsləhəti ilə əl damı kimi bir otaq tikib, uşaqlarını ora yığdı, öz zəhməti ilə Daha ətraflı »
09Apr
BÖYÜK ZƏFƏRİN BAŞLANĞICI

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Bunun nəticəsində dinc sakinlərdən 2-si öldü, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Nəticədə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən yüzdən çox hərbi qulluqçusu öldü və yaralandı.
Azərbaycan Silahlı Qüvvələrinin isə 12 hərbi qulluqçusu şəhid oldu. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Daha ətraflı »
Yeni ismarıclar