Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Apr

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və müzəffər Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə son qoyuldu.

    Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Bu fikirləri aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir. Bildirmişdir ki, 8 noyabr 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.

    Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmaq istəməyən Ermənistan əvvəllər olduğu kimi beynəlxalq humanitar hüquq normalarını heçə sayaraq müxtəlif müharibə cinayətləri törətməyə davam etmişdir. Həm Birinci Qarabağ müharibəsi, həm də atəşkəs müqaviləsinin qüvvədə olduğu dövrdə Ermənistan tərəfindən törədilmiş müxtəlif kateqoriyalı beynəlxalq cinayətlərin cəzasız qalması və dünya ictimaiyyəti tərəfindən bu əməllərə lazımi münasibətin və diqqətin göstərilməməsi Ermənistanın növbəti dəfə bu cür cinayətlər törətməkdən çəkinməməsinə səbəb olmuşdur. Ən qısa zamanda cinayətkarların mühakimə olunaraq cəzalandırılması ancaq müəyyən hüquqi prosedurların ardıcıl həyata keçirilməsi ilə mümkün olacaqdır.

    Tədbir qonaqların Ağdama səfərindən sonra keçirildi. Orada qonaqlar dağıntıların və Ermənistanın işğalının qorxunc nəticələrinin şahidi oldular. Müharibə başa çatdığı üçün indi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var ki, Qarabağın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsi mümkün olsun.
    Müharibədən sonrakı vəziyyət olduqca həssasdır. Atəşkəsə əməl olunsa da, münaqişədən sonrakı inkişaf və əməkdaşlıq çox önəmlidir. Köckünlərimiz ata-baba yurdlarına tezliklə qayıtmaq istəyirlər. Lakin ən böyük problem minalardır. Ermənistanın minaların xəritəsini verməməsi bu işləri gecikdirir. Çünki, minaların təmizlənməsi çox uzun bir prosesdir.
    Möhtərəm Prezident cənab İlham Əliyev vurğulayıb: Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin. Zəngəzur Qədim Azərbaycan ərazisidir. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar. Dövlətimizin başçısı qeyd edib ki, bu, faktdır. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var.
    30 il bütün dünya ictimayyətini həyasızcasına aldadan Ermənistan rəhbərliyi sözdə sülh tərəfdarı olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bəyan edirdi. Amma əməli fəaliyyətində isə düşmən ölkə tam əksinə, Dağlıq Qarabağda, Füzulidə, Cəbrayılda, Ağdamda, Ağdərədə müdafiə istehkamları quraraq işğal etdikləri torpaqları qaytarmamaq üçün məkrli planlar qururdu. İstehkamlar dağıdıldı, düşmənin hərbi texnikası, minlərlə əsgər və zabiti məhv edildi, çox sayda hərbi texnika və silah-sursat qənimət olaraq götürüldü. Bu bizim haqq işimizin təntənəsi idi. Bu həm də Azərbaycan alqını ətrafında yumruq kimi birləşdirən Ali Baş Komandanın tarixi qələbəsi idi.
    Cənab İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərinə götürür və məqsədinə çatır. İlham Əliyev prezident və siyasi lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.

    Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm: Mən protokoldan kənara çıxıb bir söz demək istəyirəm. Biz Sizin Facebook səhifəniz vasitəsilə bu konfransı Pakistanda da canlı yayımlayırıq. Çox sayda gənc bu konfransı izləyir. Onlar mənə yazırlar ki, Sizin liderliyiniz təkcə azərbaycanlı gənclər üçün yox, eləcə də pakistanlı gənclər üçün motivasiya mənbəyidir. Onlar məndən xahiş edirlər ki, bütün iştirakçılardan cənab Prezidentin şərəfinə xüsusi alqış istəyim.

    Qüdrətli Dövlət başçısı və Qalib Ali Baş Komandanın müraciətləri sözün əsl mənasında Birlik, Vətənpərvərlik və Səfərbərlik dərsləridir.

    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünyanın müxtəlif qitələrinin, fərqli maraqlara malik olan ölkələrinin televiziya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrlə Vətən müharibəsi proseslərində müstəqil dövlətimizin siyasi-hərbi mövqeyinin, haqq işinin, ədalətli mübarizəsinin mahiyyətini dünya ictimaiyyətinə, beynəlxalq birliyə çatdıran aydın və sərrast bəyanatlardır.

     

    Müəllif: Redaktor, 08:45

İsmarıclar bağlıdır.