Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş tərtərli igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hü-quq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, Daha ətraflı »
-
20SenTərtər RİH-də ORDEN VƏ MEDALLARIN TƏQDİMETMƏ MƏRASİMİ üçün şərhlər bağlıdır
-
20SenTərtər RİH-də YÜKSƏK BAL TOPLAYAN GƏNCLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər rayonundan qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə Heydər Əliyev adına parkda görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Sahib Alıyev, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, rayonun təhsil işçiləri və qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.
Əvvəlcə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb. Daha ətraflı » -
20SenTəhsil Rayonumuzun ziyalıları üçün şərhlər bağlıdır
ŞAM ÖMRÜ YAŞAYAN MÜƏLLİM
”Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Heydər Əliyev
“Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır”.
Mustafa Kamal Atatürk
“Mənə bir hərf öyrədənin köləsi olaram”.
Həzrəti ƏliLap çoxdan, digər uşaqlar kimi, mən də elə bilirdim ki, müəllim çörək yemir, çay içmir. Onlar yalnız tərbiyə vermək və elm öyrətmək üçün budünyaya gəlmişlər. Bu fikir ona görə formalaşmışdır ki, Daha ətraflı »
-
20SenHərbi vətənpərvərlik BİR AİLƏNİN İKİ AĞIR İTKİSİ üçün şərhlər bağlıdır
Sənanın atası Birinci Qarabag müharibəsindən danışanda onun ürəyindən keçirmiş ki, böyüyəndə mən hərbiçi olub, torpaqlarımızı geri qaytaracağam. Evdə ata-ana isə düşünürdülər ki, oğullarını hərbiçi olmağa qoymayacaqlar. Çünki yaxşı bilirdilər ki, müharibəsiz torpaqların azad olunması mümkün deyil.
Bu ailədə 3 övlad böyüyürdü – 2 oğlan, 1qız.
İllər ötürdü hərə bir sahəni seçdi. Sənan da hərbiçi olmaq arzusunun dalınca getmişdi. Anası nə qədər narazılıq etsə də, onu yolundan döndərə bilməmişdi. 9-cu sinfi bitirdikdən sonra Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2016-cı ildə isə oranı bitirdikdən sonra Bakı Ali Komandirlər məktəbində təhsilini davam etdirmişdi. Daha ətraflı » -
20SenMilli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır
PİR VƏ OCAQLARA İNAMIN ƏSAS SƏBƏBLƏRİ
Əsrlər keçməsinə baxmayaraq insanların pir və ocaqlara inamı azalmır.
Bu inama əsas səbəb kimi pirlərin möcüzəvi qüvvəyə malik olması göstərilir. Elə buna görə də belə yerlərə üz tutanlar, daha çox özünü çarəsiz, ümidsiz hiss edənlər olur.
Pir və ocaqlara illər keçməsinə baxmayaraq, gedənlərin sayı niyə azalmır?
Psixoloqlar bildiriblər ki, pir və ocaqlara inamın əsas səbəbi, rahatlıq verməsidir və burada qəbahətli bir iş yoxdur: “Hər insanın mütləq bir inam yeri olmalıdır. Bəzi insanların inam yeri dinə sığınmaqdır. Ümid və inam yeri olmayan insanlarda müəyyən psixoloji problemlər üzə çıxır. Dinə inamı olan insan qarşısına çıxan hər çətinliyə dözə bilir. Bu baxımdan pir və ocaqlara ziyarət edən insanlar duasının Tanrıya bir pillə daha tez çatacağına inanır. Bu inanc bir az da qədim dövrə məxsus miflərə əsasən formalaşıb. İnanc məsələsində insanın təhsil səviyyəsi, dünyagörüşü və böyüdüyü mühitinin təsirləri yüksəkdir. Daha ətraflı » -
20SenDigər 21 SENTYABR BEYNƏLXALQ SÜLH GÜNÜDÜR üçün şərhlər bağlıdır
Sülh dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. İnsanları sülhə, sabitliyə, təhlükəsizliyə çağıran bu gün BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında quraşdırılan “Sülh zəngi”nin çalınması ilə başlayır. Yaponiya parlamentinin bütün dünya xalqlarına hədiyyəsi olan bu zəngin üzərində yazılmış “Yaşasın Mütləq Dünya Sülhü” sözləri sanki bəşəriyyətin qorunması, silahların susdurulması, sa-kini olduğumuz dünyamızda əmin-amanlığın təminatı üçün həyəcan siqnalıdır. Məhz bu gündə həmin zəng çalınaraq qan-qada gətirən döyüşləri 24 saat ərzində dayandırmağa, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına çağırış edir. Daha ətraflı »
-
20SenKənd Təsərufatı PAMBIĞIN ÇOXU KOMBAYINLARLA YIĞILACAQ üçün şərhlər bağlıdır
Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər gərgin zəhmət bahasına yetişdirdikləri məhsulun yığımına hazırlaşırlar. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
Bu il rayon ərazisində 3440 hektarda çiyid səpini həyata keçirilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.
Rayonda pambıq yığımına hazırlıq işləri demək olar ki, başa çatıb. Kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib, digər zəruri aqrotexniki və təşkilati tədbirlər Daha ətraflı » -
10SenTərtər RİH-də VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarına uyğun olaraq vətəndaşları növbəti dəfə qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işləri, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciətlər ediblər.
Şəxsi əmlaklara dəymiş ziyanla bağlı müraciət edən vətəndaşlarla təmir şirkətləri arasında olan anlaşılmazlıqlara qəbula dəvət edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin əməkdaşı Vasif Quluyev tərəfindən aydınlıq gətirilib. Daha ətraflı » -
10SenXəbərlər ŞƏHİD AİLƏSİNƏ QAYĞI üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər ilə birlikdə Vətən müharibəsinin şəhidi Verdiyev İsax Ədalət oğlunun Sumqayıt Şəhidlər xiyaba-nındakı məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra şəhidin ailəsinin yaşadığı mənzilə gələrək onlarla səmimi söhbət edib, qayğıları ilə maraqlanıb. Rayon icra hakimiyyəti tərə-findən ailəyə maddi yardım olunub.
Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Daha ətraflı » -
10SenXəbərlər ŞƏHİDLƏRİN MƏZARI ZİYARƏT OLUNDU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər ilə birlikdə Bakı şəhərində “Şəhidlər Xiyabanına” gedərək Tərtər rayonundan olan şəhidlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun və Evaris Paşayevin, ikinci Fəxri Xiyabanda isə Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, polkovnik Şükür Həmidovun, Sumqayıt Şəhidlər Xiyabanında polkovnik-leytenant Raqif Orucovun məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri böyük ehtiramla yad edilib.
Yeni ismarıclar