Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Noy
    Ədəbiyyat GÜNDÜR üçün şərhlər bağlıdır
    On yeddi yaşımın ilk baharında,
    Yarla ilk görüşə çıxdığım gündür.
    Titrək əllərini tutub ilk dəfə,
    Kövrək dodağıma sıxdığım gündür.
    Meh əsdi, üzümə dəydikcə telin,
    Ətrin qarışırdı ətrinə gülün
    Məhəbbət deyilən o coşqun selin
    Düşüb ağuşuna axdığım gündür.
     

    “Sevirəm!”- demişdim, dil əsə-əsə,
    İlk “hə” pıçıltısı…ilk şirin busə…
    Dayanıb üz-üzə, nəfəs-nəfəsə,
    Xumar gözlərinə baxdığım gündür.

     

    Yenə xatirələr oyandı bu gün,
    Gəncliyim qarşımda dayandı bu gün.
    Qəlbimdə bir həsrət boylandı bu gün,
    Özümü ilk oda yaxdığım gündür.

     

    Bir şehli çəmənin qoynuna girib,
    Seyrinə dalmışıq baş-başa verib,
    İlk hədiyyə kimi bir çiçək dərib,
    İpək saçlarına taxdığım gündür.

     

    Həzin xatirəyə dönən o bir gün,
    Qəlbimi sızladır, göynədir hər gün.
    Asif, nə biləydim o bəxtəvər gün
    Könlümün evini yıxdığım gündür…
    Bu gün ilk görüşə çıxdığım gündür…
                                                                          Asif Talıboğlu

  • 12Noy
    Ədəbiyyat ZƏMANƏNİN “MAHMUDLARI VƏ KƏRƏMLƏRİ” üçün şərhlər bağlıdır

    Ey xoşbəxtlər xoşbəxti Qeys! Ey bəxtiyarlar bəxtiyarı Mahmud! Mən də vaxtı ilə başqaları kimi sizləri nakam hesab eləyib, uğursuz taleyinizə acıyırdım.
    İndi isə həyatda rast gəldiyim yaşananları gördükcə taleləri real dərk edə bilmədiyimə, xarakterlərə həddinən artıq sadəlövh yanaşmağıma görə özümü qınayıram.
    Yəqin ruhunuza agah olmamış deyil ki, bu gün sizlərə qibtə eləyən, az qala həsəd aparan neçə-neçə “Qeyslər”, “Mahmudlar” mövcudur.
    Biləsiniz ki, müasir “Leylilər” Qeysləri Məcnuna yox, yazıqlar-yazığına, “Əslilər” Mahmudları Kərəmə yox, milli düşmən obrazına çevirirlər.
    Xoşbəxt Məcnun, sən ona görə xoşbəxtsən ki, səni biyabana salan müqəddəs bir eşq, ülvi bir sevgi idi. Bu dövrün “Qeysləri” əndazədən çıxan iddialar, tələblər, ehtiyaclar, hətda iftiralar üzünnən Daha ətraflı »

  • 12Noy
    Digər QLOBAL BAKI FORUMU QLOBAL SİYASƏTƏ AİD TƏXİRƏSALINMAZ VƏ VACİB MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİ BAXIMINDAN APARICI PLATFORMALARDAN BİRİNƏ ÇEVRİLİB üçün şərhlər bağlıdır

    Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilmişdir.

    Forumun açılış mərasimində Prezident İlham Əliyev çıxış etmişdir. Çıxışında bildirmişdir ki, son dövrün hadisələri bir daha təsdiqləyir ki, ölkəmizin dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Bu günlər inkişafımız və gələcək hədəflərə çatmağımız baxımından yenə də maraqlı və önəmli hadisələrlə yadda qaldı.

    Bildirdi ki, Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib. Mərkəz beynəlxalq münasibətlər sistemində mühüm rola malikdir.

    Həmçinin, ölkəmiz beynəlxalq arenada öz təşəbbüsləri ilə müsbət imic formalaşdırıb. Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bəzi ölkələr artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırır. Digər ölkələrdə isə vaksinasiyanın səviyyəsi aşağıdır. Azərbaycan hər zaman bu sahədə özünün ədalətli mövqeyini ortaya qoyub. Daha ətraflı »

  • 11Noy
    Digər ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ QARŞISINDAKI ƏN BÖYÜK XİDMƏTLƏRİNDƏN BİRİ MÜSTƏQİL DÖVLƏTİN YENİ, MÜASİR KONSTİTUSİYASININ HAZIRLANMASIDIR üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”

    Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır.

    1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir.

    Konstitusiya qəbul edilən gün – noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. Daha ətraflı »

  • 10Noy
    Digər VƏTƏN MÜHARİBƏSİNDƏ AZƏRBAYCANIN PARLAQ QƏLƏBƏSİNİ RƏSMİLƏŞDİRƏN BƏYANAT üçün şərhlər bağlıdır

    Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

    10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Artıq bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.

    Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Daha ətraflı »

  • 09Noy
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI QÜRUR MƏNBƏYİMİZDİR üçün şərhlər bağlıdır

    Bir dövlətin müstəqilliyini, suverenliyini təcəssüm etdirən əsas simvollardan biri onun bayrağıdır. Azərbaycanın milli suverenliyini onun Şanlı üçrəngli bayrağı təcəssüm etdirir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il 9 noyabrda Bakıda, hökümət iclasında qəbul olunub və Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının binası üzərində dalğalandırılmışdır. Bayrağımızda yer alan və “Türkçülük, müasirlik və islamçılıq” kimi meyarları özündə əks etdirən göy, qırmızı və yaşıl rənglərin müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bu gün də Azərbaycan Respublikasının rəmzləri arasında yer alır.

    AXC-nin süqutundan sonra digər dövlət rəmzləri kimi bayrağımız da ləğv olunmuş, 1990-cı ilə qədər rəsmi status almamışdır. Üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasıın dövlət bayrağı olaraq təsis edilmişdir. Daha ətraflı »

  • 06Noy
    Digər XALQIN GÜC VƏ BİRLİK RƏMZİNƏ ÇEVRİLMİŞ “DƏMİR YUMRUQ” üçün şərhlər bağlıdır

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək qələbəmizi təmin etdilər.
    Bununla da, Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri də tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi oldu.

    Tarixə nəzər salsaq görərik ki, çar Rusiyası zamanı ermənilərin əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər onların bizə qarşı təxribatları davam edir. Məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı illərdə də davam etmişdir. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Daha ətraflı »

  • 29Okt
    Xəbərlər AZƏRBAYCANDA AKKREDİTASİYA OLUNMUŞ DİPLOMATİK KORPUSUN NÜMAYƏNDƏLƏRİ TƏRTƏR RAYONUNA SƏFƏRƏ GƏLİBLƏR üçün şərhlər bağlıdır

    Diplomatik korpusun nümayəndələri səfər zamanı əvvəlcə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində və Suqovuşan qəsəbəsində olmuş, oradan Tərtər şəhərinə və Şıxarx qəsəbəsinə gəlmişlər.

     

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərin işğaldan azad edilmiş Talış kəndində diplomatik korpusun nümayəndələrinə və jurnalistlərə ərazilərimizdə görüləcək işlərlə bağlı açıqlama verir.

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov: “Dövlətimizin başçısı səfər zamanı Talış və Suqovuşanda Azərbaycan bayrağını ucaltdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır”.
  • 29Okt

    Xəbərlər üçün şərhlər bağlıdır

       

    Azərbaycan Prezidentinin köməkçisi, Prezident Admi-nistrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev və Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Talış kəndində. Diplomatik korpusun nümayəndələri Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udin kilsəsinə baxdılar Tərtər rayonuna səfərə gəlmiş qonaqlar erməni işğalından azad olunmuş Talış kəndində salınmış Bayraq Meydanında xatirə şəkli çəkdirdilər
  • 29Okt

    Xəbərlər üçün şərhlər bağlıdır

       

    Diplomatik korpusun nümayəndələri Suqovuşan gölünə baxırlar. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İkinci Qarabağ müharibəsi zamanı rayona dəymuiş ziyan barədə qonaqlara məlumat verir. Nümayəndə heyyəti İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonuna atılan raketlərin qalıqları ilə tanış oldular.