Rayonumuzda şəhidlərin anım günlərinin qeyd olunması milli adətlərimizə və şəhidlərin ruhuna bəslənilən hörmətin əlamətidir. Bu mərasimlərdə rayon rəhbərliyinin və digər rayon təşkilatların nümayəndələrinin iştirakı təmin olunur, şəhid ailələrinin qayğıları və problemləri öyrənilir.
Bu günlərdə Vətən müharibəsi şəhidlərindən Mehdiyev Yasən Alim oğlunun, Əliyev Anar Vaqif oğlunun, Qasımov Azər Yaqub oğlunun, Hüseynzadə Elgiz İbrahim oğlunun, Məmmədov Səbuhi Zahid oğlunun və mülki şəhid İsmayılzadə Orxan Rəhbər oğlunun anım günləri keçirilmişdir.
-
12NoyXəbərlər ŞƏHİDLƏRİN ANIM GÜNLƏRİ üçün şərhlər bağlıdır
-
12NoyXəbərlər ŞƏHİDLƏR ABİDƏSİNİN AÇILIŞI üçün şərhlər bağlıdır
Tərtər rayonunun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş Mamırlı və Poladlı kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəyən ziyandan, müharibədən sonra aparılan tikinti-quruculuq və təmir-bərpa işlərindən danışıb. Tədbirdə Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid Elşən və Xaliq Abbasovların atası Asif Abbasov, şəhid Pərviz Orucovun anası Dilruba Orucova, şəhid Mirşəmsi Babazadənin atası Elşad Babazadə, şəhid Fizuli Qəhrəmanovun bacısı Havva İbrahimova və digərləri çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla Daha ətraflı » -
12NoyXəbərlər XATİRƏ BULAĞI üçün şərhlər bağlıdır
Xatirə bulağı rayonun Şıxarx qəsəbəsində Vətən müharibəsi şəhidlərinin adına salınan bağda inşa edilib. Zəfərin I ili münasibəti ilə inşa edilən Xatirə bulağının açılışında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif rayonlardan olan şəhid ailələrinin üzvüləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Daha ətraflı » -
12NoyTəhsil YENİ MƏKTƏBİN AÇILIŞI üçün şərhlər bağlıdır
Noyabrın 3-də Təhsil nazirliyi tərəfindən Tərtər rayonuna mediatur təşkil olunub. Mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
Mediatur iştirakçıları əvvəlcə Tərtər şəhərinin girişindən Bayraq Meydanına doğru yürüş ediblər.
Daha sonra şəhid Dağıstan Əzizovun adını daşıyan Şıxarx kənd 1 nömrəli modul tipli məktəbin açılışı olub.
Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və mediatur iştirakçıları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəb direktoru Ramil Ağayev çıxış edərək məlumat verib ki, 44 günlük Vətən müharibəsi zamanı məktəbin əvvəlki tədris binası Daha ətraflı » -
12NoyTəhsil “ZƏFƏR GÜNÜM-ŞƏRƏF GÜNÜM” üçün şərhlər bağlıdır
Sarıcalı kənd tam orta məktəbində keçirilən tədbir “Zəfər günüm-şərəf günüm”adlandırılıb. Burada 44 günlük Vətən müharibəsində şücaət göstərən qazilər, qanından-canından keçən şəhidlərin valideynləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Əvəlləcə Birinci Qarabag müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu qəbirləri üzərinə güllər düzüldü. Tədbir məktəbin həyətində davam etirildi. Məktəbin sinif müəllimi Esmira Qəhrəmanovanın təşkil etdiyi proqram əsasında şagirdlərin muxtəlif çıxışları oldu. Vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər, nəğmələr, döyüş səhnəcikləri tədbir iştirakçılarının marağına səbəb oldu. “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” şüarları səsləndirildi.
“Zəfər günüm-şərəf günüm” adlı tədbirdə Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva 44 günlük müharibədə xalqımızın keçdiyi Zəfər yolundan danışdı.
Sonda qazi Elşad Orucova Vətən müharibəsində göstərdiyi fədakarlığına görə məktəb tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu. -
12NoyHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
ƏFSANƏVİ KƏŞFİYYATÇI
44 günlük Vətən müharibəsi üç minə yaxın igid oğlumuzun şəhidliyinə səbəb oldu. Elə oğullar ki hərəsi bir evin çırağı, bir elin vuran ürəyi, arxa-dayağı oğullar idi. Bu oğulların arasında həqiqi hərbi xidmət borcunu yerinə yetirən gənc əsgərlərimiz də var, illərlə Vətənin müdafiəsində dayanan zabitlərimiz də var. Ordumuzun tərkibində cəmləşən əsgər və zabitlərimiz 44 gün davam edən müharibədə öz iradə və güçləri ilə ölkəmizin tarixində yeni səhifələr açdılar. Canları-qanları bahasına Vətən torpaqlarımızın bütövlüyünü, şərəf və ləyaqətimiz hesab olunan Qarabağımızı bizə qaytardılar. Sübut etdilər ki, mənfur düşmənin illərlə zəbt etdiyi torpaqları çəmi 44 gündə azad etmək iqtidarında olan ordumuz və onu təmsil edən oğullarımız var. Məlumdur ki, müharibələrdə xalqımıza çoxsaylı zərbələr vuruldu. Şəhərlərimiz, kəndlərimiz raket və toplarla dağıdıldı. Dədə-baba yurdlarımıza ayaq basa bilmədik. Şükür ki, o murdar xislətli düşmənin qarşısına çıxa bilən oğullarımız alnımızın qaçqın-köçkün damğasını silərək bizə şərəf-şan gətirdilər. Bu gün həmin oğullarımız fəxr və qürurla yad edilir. Belə igid oğullardan biri də Vətən Müharibəsi Qəhrəmanı Naxçıvan Xüsusi Təyinatlı Qoşun briqadasının komandiri, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant, Şəhid Anar Vaqif oğlu Əliyevdir. Daha ətraflı »
-
12NoyHərbi vətənpərvərlik AXAN GÖZ YAŞLARI… DAĞILAN TİFAQ üçün şərhlər bağlıdır
İsmayıllı Şamil Kamil oğlu
İsmayıllı Şamil Kamil oğlu 1992-ci il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində doğulub. Uşaqlığı və yeniyetməliyi doğulduğu kənddə keçib. Orta məktəbi də orada bitirib. Sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Tovuz rayonunun Əlibəyli kəndində çəkib. 2012-ci il-də hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb. Bir neçə ay təsərrüfat işləri ilə məşğul olduqdan sonra yenidən hərbidə xidmət etmək qərarına gəlir və müddətdən artıq hərbi xidmətə yazılıb.
Şamilgil ailədə 2 övlad olublar. O və bacısı Nərmin. Şamil bacısından böyük idi. Ona görə də ən çox Şamil ailəyə qayğı və kömək göstərirdi. Daha ətraflı » -
12NoyƏdəbiyyat Duyğuların pıçıltısı üçün şərhlər bağlıdır
ALLAHSIZ CANAVAR
(Mini hekayə)Qobustan rayonunun Sədəfli kəndindən olan “Vətən müharibəsi qəhrəmanı” şəhidimiz Elyar Arif oğlu Vəliyevə həsr edilib.
Elyar Xüsusi təyinatlı dəstədə vuruşurdu. Hələ 30 yaşı tamam olmamışdı. 29 yaşını cəbhədə keçirəcəkdi. Ona yoldaşları: “Allahsız Canavar”– deyirdilər. Həqiqətən, erməni faşistlərin əliyalın insanlara verdikləri işgəncələr yadına düşdükcə canavara dönürdü. Əsl türk oğlu türk idi. Bircə ay ərzində 40 tapanca təhvil vermişdi. Hər bir tapança bir erməni zabitinin idi. Bu o demək idi ki, əlbəyaxa döyüşlərdə 40 erməni zabitini cəhənnəmə vasil etmişdi.
Füzuli və Cəbrayıl işğaldan Daha ətraflı » -
12NoyƏdəbiyyat QAYIT GƏL üçün şərhlər bağlıdır
Sən gedəndən İsaq-Musaq oxuyur,
Zülmət gecə hicran, həsrət qoxuyur.
Dərdli günlər qəm xalısı toxuyur,
Aydın günüm, ağ səhərim, qayıt gəl!Əlvan rənglər sənsiz solub-saralıb,
Təbiətin hər nizamı pozulub.
Günəşin də hərarəti azalıb,
Tək günəşim, tək ülkərim, qayıt gəl!Sənsiz ürək bir qırılmış ney olub,
Adamlar da hissiz olub, key olub.
Həyat sönüb, bir mənasız şey olub,
Ömrüm – günüm, xallı Pərim, qayıt gəl!
Zabil Süleymanoğlu
-
12NoyƏdəbiyyat VƏTƏN üçün şərhlər bağlıdır
“Vətən, Vətən!” -deyib, öyünmək üçün,
Bu ana torpağa səpiləm gərək. Sinəsində bitib, min nemət kimi,
Elin süfrəsinə töküləm gərək.Mavi Xəzər olam, alam qoynuma,
Kür olam, dolanam Vətən boynuna.
İgid Qazan xanın qalib soyuna Nəğmələr söyləyib seçiləm gərək.Nubaram, yetirib ilk bahar məni,
Qorxutmur nə boran, nə də qar məni.
Vətənsiz göynədər intizar məni,
Elimin oduna büküləm gərək.
Nubar Mədətli
Yeni ismarıclar