Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12Noy

    Noyabrın 3-də Təhsil nazirliyi tərəfindən Tərtər rayonuna mediatur təşkil olunub. Mediaturda təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, media qurumlarının rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
    Mediatur iştirakçıları əvvəlcə Tərtər şəhərinin girişindən Bayraq Meydanına doğru yürüş ediblər.
    Daha sonra şəhid Dağıstan Əzizovun adını daşıyan Şıxarx kənd 1 nömrəli modul tipli məktəbin açılışı olub.
    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və mediatur iştirakçıları iştirak ediblər.
    Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Məktəb direktoru Ramil Ağayev çıxış edərək məlumat verib ki, 44 günlük Vətən müharibəsi zamanı məktəbin əvvəlki tədris binası həyətə düşən 10-dan çox mərmi nəticəsində tamamilə yararsız hala düşmüşdü. Hazırda yeni istifadəyə verilən modul tipli məktəb 12 sinif otağından ibarətdir. 80 şagird yerlik məktəbdə 22 müəllim çalışır.
    Vətən müharibəsi zamanı Tərtər rayonunda, ümumilikdə, 16 ümumtəhsil məktəbinin zərər gördüyünü, bir məktəblinin şəhid olduğunu xatırladan təhsil nazirinin müşaviri Elnur Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun əldə etdiyi möhtəşəm Zəfərdən söz açıb.
    Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon üzrə təhsil göstəricilərindən danışıb.
    Mediatura qatılan “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xudu oğlu məktəbə kitablar hədiyyə edib.
    Məktəbdə 44 günlük Vətən müharibəsində Tərtər rayonu üzrə zərər dəymiş məktəblərin görüntülərindən ibarət sərgiyə də baxış keçirilib.
    Daha sonra məktəbin həyətində Təhsil Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilən, Zəfər Gününə həsr olunmuş “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası çərçivəsində ağaclar əkilib.

     

    Müəllif: Redaktor, 10:22

İsmarıclar bağlıdır.