Sarıcalı kənd tam orta məktəbində keçirilən tədbir “Zəfər günüm-şərəf günüm”adlandırılıb. Burada 44 günlük Vətən müharibəsində şücaət göstərən qazilər, qanından-canından keçən şəhidlərin valideynləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Əvəlləcə Birinci Qarabag müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu qəbirləri üzərinə güllər düzüldü. Tədbir məktəbin həyətində davam etirildi. Məktəbin sinif müəllimi Esmira Qəhrəmanovanın təşkil etdiyi proqram əsasında şagirdlərin muxtəlif çıxışları oldu. Vətənpərvərlik mövzusunda səsləndirilən şeirlər, nəğmələr, döyüş səhnəcikləri tədbir iştirakçılarının marağına səbəb oldu. “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” şüarları səsləndirildi.
“Zəfər günüm-şərəf günüm” adlı tədbirdə Sarıcalı kənd tam orta məktəbin direktoru Vəsilə Mehdiyeva 44 günlük müharibədə xalqımızın keçdiyi Zəfər yolundan danışdı.
Sonda qazi Elşad Orucova Vətən müharibəsində göstərdiyi fədakarlığına görə məktəb tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu.
-
12Noy
Müəllif: Redaktor, 10:08