Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Fev
    Hərbi vətənpərvərlik MEDALLAR TƏQDİM OLUNDU üçün şərhlər bağlıdır

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətində rayon rəhbəri Müs-təqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev şəhidin atası Xanlar Sabirli və qazi Ramil İbrahimli ilə görüşüblər.
    Görüşdə rayon rəhbəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunin 44 gün davam edən Vətən Müharibəsində qazandığı Qələbədən söz açıb, şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə da-im yaşayacaq. Rayon rəhbəri Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirib. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, ölkəmizdə bu məsələlər dövlət siyasətinin əsas istiqamətidir.
    Sonra şəhid Əjdər Sabirlinin ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edildiyi “Xocavəndin azad olunmasına görə” medalı atasına və qazi Ramil İbrahimlinin “Xocavəndin azad olunmasına görə” medalı isə özünə təqdim edildi.
    Görüşdə şəhidin atası Xanlar Sabirli və qazi Ramil İbrahimli şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq, bu qayğıya görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

     

  • 18Fev
    Şəhidlər ŞƏHİDİN İL MƏRASİMİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Mərasimdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
    Ələkbər Ələkbərli 1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır.
    Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələk-bərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbristanlığında dəfn edilmişdir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

  • 18Fev
    Xəbərlər RAYON RƏHBƏRİ VƏTƏNDAŞLARI QƏBUL ETDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə əməl edərək, əvvəlcə şəhid ailələrini, qaziləri, sonra isə digər vətəndaşları qəbul edib.
    Qəbula gələn vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq götürülməsi, işlə təmin olunma, maddi yardım ilə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinləni-lib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
    Qəbulda vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 18Fev
    Digər Xocalı faciəsindən 30 il ötür üçün şərhlər bağlıdır

    XOCALIYA ƏDALƏT

    Bu il Xocalı faciəsindən 30 il ötür. 1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görünməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir. Faciənin baş verdiyi gecədən əvvəl Xocalı sakinləri şəhərdə qalmış və (təxminən 2500 nəfər) şəhərə hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə çatmaq üçün şəhərdən çıxmağa cəhd etmişlər. Lakin onların bu planı baş tutmadı. Xocalını məhv edən işğalçılar mülki əhaliyə qarşı xüsusi amansızlıq törətmişlər. Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Ermənistan rəsmiləri münaqişə zamanı törətdikləri cinayətlərə, o cümlədən Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyəti inkar edir, faktları saxtalaşdıraraq, öz mülahizələrinə uyğunlaşdırırlar. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əlində olan yetərli informasiya ilə yanaşı, faciənin törədilməsi ilə bağlı Ermənistanın məsuliyyətini həmçinin çoxsaylı müstəqil mənbələr və faciə şahidlərinin ifadələri də təsdiqləyir. Daha ətraflı »

  • 18Fev
    Digər Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun üçün şərhlər bağlıdır

    44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaqdır.

    Bu baxımdan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri mühüm əhəmiyyət kəsb edir.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfəri və bu səfər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib.

    Azərbaycan Prezidenti işğaldan azad edilən ərazilərimizin qurulmasına, orada insanların yaxşı yaşayışı üçün bütün şəraitin yaradılmasına, iş yerlərinin açılmasına çox böyük diqqət göstərir.Torpaqlarımızı Ordumuzun qüdrəti ilə azad etdiyi kimi, dövlətimizin qüdrəti ilə qurub inşa edəcək. Belə ki, Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atmağa başlayır. Şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Burada yaşayacaq ağdamlıların işlə təmin olunması üçün iş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaqdır. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Daha ətraflı »

  • 18Fev
    Milli-mənəvi dəyərlər RAYONUMUZUN FƏXRİ OLAN ZİYALILARIMIZ üçün şərhlər bağlıdır

                                                                                         BU YOL TANRI YOLUDUR

    İnsan yaşa dolanda daha çox düşünməyə, keçdiyi ömür yoluna yenidən nəzər salmağa imkan yaranır. Əgər çalışdığın sahədə nəyəsə nail olmusansa, daxilən rahatlıq tapırsan. Mən idmançıyam. Bütün həyatımı bu peşəyə həsr etmişəm. Bu gün də məni yaşadan idmana bağlılığımdır.
    Ancaq söhbət yalnız özümdən getmir. İndiyədək yüzlərlə, minlərlə gəncin qəlbində idmana böyük həvəs oyatmışam. Bu isə onları pis vərdişlərdən, lazımsız vaxt itkisindən çəkindirərək, gələcək həyat yollarına müsbət təsir gös-tərib. Şagirdlərim çox olsa da, onların hər birini ayrı-ayrılıqda xatırlayıram. On-lar da məni unutmurlar. Harada yaşamalarından, hansı vəzifədə işləmələrindən asılı olmayaraq, rayonumuza gələndə görüşürlər. Mən sanki cavanlaşır, onlar isə uşaqlaşırlar. Hər şeyi dönə-dönə xatırlayırıq. İlk dəfə kiminlə güləşdiyini, ilk qələbəsini, uğursuzluqdan sonra ilk göz yaşlarını… Bu uşaqları, hal-hazırda isə hətta ağsaqqalları mənə tərəf çəkən bir cazibə qüvvəsi var, onun adı idmandır.
    Bu gün keçmiş şagirdlərim deyirlər ki, idman onların doğru yolda olmasına, uğur qazanmasına çox kömək edib.
    Bağban saldığı bağın meyvələrilə qürur duyduğu kimi, mən də vaxtilə qəlbində idmana maraq oyatdığım insanlarla fəxr edirəm. Bu gün rayonumuzun fəxri ziyalılarından biri – “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov haqqında danışmaq istəyirəm. Daha ətraflı »

  • 18Fev
    Kənd Təsərufatı Heyvandarlıq inkişaf edir üçün şərhlər bağlıdır

    Tərtər rayonunda heyvandarlıq stabil inkişaf edir. 2021-ci ildə kənd təsərrüfatı məhsulunun ümumi həcmində heyvandarlığın xüsusi çəkisi 2020-ci ilə nisbətən 3,3 faiz artaraq 41 faiz təşkil etmişdir.
    1 yanvar 2022-ci il tarixə rayonda 30143 baş qaramal, 43508 baş qoyun-keçi, 230 min 856 baş müxtəlif növ quşlar mövcud olmuşdur. Əvvəlki ilə nisbətən irimalın baş sayı 743 baş, ana malın baş sayı 276 baş artmışdır. Malqaranın ümumi sayında əhalidə olan mal-qaranın xüsusi çəkisi iribuynyzlu mal-qarada 99,3 faiz, qoyun və keçilərdə 95 faiz təşkil edir.
    2021-ci ildə rayonda diri çəkidə 3403,1 ton ət, 22 min 419,4 ton süd, 14 milyon 190 min ədəd yumurta istehsal edilmiş və 100,1 ton qoyun yunu qırxılmışdır. 2020-ci ilə nisbətən diri çəkidə ət istehsalı 650,3 ton və ya 23,6 faiz, süd istehsalı 354,3 ton və ya 1,6 faiz, yumurta istehsalı 170 min ədəd və ya 1,2 faiz artmışdır.
    Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da müham rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2021-ci il ərzində rayonda süni mayalanma yolu ilə 2861 baş inək və düyə mayalandırılmışdır. Süni mayalanma yolu ilə 1137 baş cinsi yaxşılaşdırılmış buzov doğulmuşdur. Mayalanma zamanı əsasən “Hişteynfriz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

    Rayon Statistika İdarəsi

  • 18Fev
    Qazilərimiz Vətən müharibəsi əlillərinə dövlət qayğısı üçün şərhlər bağlıdır

    Bunu qazi Cəsarət Haqverdiyevin timsalında da görürük

    Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, bu kateqoriyadan olan insanların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunu qazi Cəsarət Haqverdiyevlə söhbətdən də gördük.
    Cəsarət Haqveridiyev rayonumuzun Cəmilli kəndin-dəndir. 1986-cı ilin iyulunda bu kənddə doğulub, burada boya-başa çatıb. 2004-2006-cı illərdə hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan az sonra – 2007-ci ilin iyunun 12-dən müddətdən artıq xidmətə yazılıb. Ağcakənd istiqamətindəki hərbi hissələrin birində motoatıcı bölməsinin komandiri kimi xidmətə başlayıb. 2018-ci ildə isə mühəndis-istehkam bölüyündə manqa komandiri təyin edilib. Bu müddətdə o, nümunəvi xidməti ilə diqqət çəkib. Dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərmanla, Ordunun 100 illiyi münasibətilə, hərbidə “10 il qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunub.
    27 sentyabr 2020-ci il. Separatcı Ermənistan ordusu beynəlxalq hüquq normalarını yenidən kobudcasına po-zaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artille-riya qurğularından və ballistik raketlərdən istifadə etməklə bir neçə istiqamətdən ölkəmizin ərazilərini atəşə tutdu. Artıq xalqın da, dövlətin də səbri tükənmişdi. Mənfurların cavabını vermək vaxtı idi. Ali Baş Komandanın əmri ilə Ordumuz ayağa qalxdı. Xalqımız isə Ordumuzu bir an tək qoymadı. Cəsarətin xidmət etdiyi hərbi hissə də Gülüstan istiqamətindən hücuma keçdi. Özü bu barədə deyir: Daha ətraflı »

  • 18Fev
    Təhsil Fənn yarışmasının qalibi üçün şərhlər bağlıdır

                                                   Sənə uğurlar arzulayırıq, Murad

    Murad Sarıyev şəhid Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbinin X sinif şagirdidir. Əlaçı şagirdlərdəndir. Gələcəkdə tanınmış beyin cərrahı olmaq arzusundadır. Bunun üçün dərslərinə ciddi fikir verir. Bir neçə dəfə fənn olimpiadalarında iştirak edib. Muradın ən çox sevdiyi fənn riyaziyyatdır. Özü bu barədə deyir:
    –Riyaziyyatı mənə müəllimim İlqar Nəcəfov sevdirib. O, beşinci sinifdən bu fənni bizə tədris edir. Bu ilin yanvar ayında rayonumuzda keçirilən riyaziyyat üzrə fənn olimpiadasında iştirak etdim və respublika turuna keçdim. İndi qarşıda məni böyük sınaq gözləyir. Özümə güvənirəm, inanıram ki, respublika yarışında da uğur qazanacam. Bunun üçün İlqar müəllimin verdiyi bütün tapşırıqları vaxtında yerinə yetirirəm. Ya-rışmada fəal iştirakıma görə məktəb rəhbərliyi tərəfindən sertifikatla mükafatlandırılmışam. Bu, məni daha da ruhlandırıb. Çalışacam ki, müəllimlərimin və valideynlərimin etimadını doğruldam.
    Murad redaksiyamıza anası Ülviyyə xanımla gəlmişdi. O bildirdi ki, Muradın təhsil aldığı məktəb şəhid dayısının adını daşıyır. Söz düşəndə deyir ki, məktəbimizin şagirdləri həmişə yüksək balla ali məktəb-lərə daxil olurlar. Çalışacağam mən də yüksək bal toplayım ki, gələcəkdə oxuduğum ali məktəbdə bizim orta məktəbi və şəhid dayımı yaxşı tanısınlar.
    Muradın özündən kiçik bacı və qardaşı da həmin məktəbin şagirdləridir. Onlar da Murad kimi əlaçı olmağa çalışırlar. Hətta Ülviyyə xanım da şəhid qardaşının adını daşıyan məktəbdə işləyir, texniki işçidir. Uşaqlarının şəhid dayılarının adına layiq olmalarına çalışır. Murada isə böyük inamı var. Çünki İlqar müəllimin dərs dediyi bütün şagirdlər yüksək nəticələr qazanırlar.
    Elə mən də söhbət zamanı inandım ki, Murad qarşıdakı sınaqlardan üzüağ çıxacaq. Bir daha sənə uğurlar arzulayıram, Murad.

    Elfuzə Vəliyeva

  • 18Fev
    Təhsil Mən belə düşünürəm üçün şərhlər bağlıdır

    MÜƏLLİMLƏR YÜKSƏK HÖRMƏT VƏ TƏMİNATA LAYİQDİRLƏR

    Mətbuatda, saytlarda müəllim nüfuzu barədə ciddi müzakirələr gedir, “Azərbaycan” qəzetinin baş re-daktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, ən çox sevdiyim “Ədalət” qəzetinin baş təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas və digər ziyalılar müzakirə olunan mövzuya öz münasibətlərini bildirirlər.
    Xəyalən mən də məktəb illərinə qayıdıram. O vaxt sinif müəllimimə yazdığım şeir yadıma düşdü:
    İlk dəfə məktəbə gəldiyim zaman,
    “Ana” kəlməsini öyrətdin mənə.
    Mən də öyrənərək o dəqiqə, hamən
    Övlad kimi sevdim min məhəbbətlə,
    Səni ikinci ana bildim məktəbdə.
    İndi müəllimə ikinci ana kimi baxan şagird varmı? Yenə də bir haşiyə çıxım.
    Sonbeşik qızım bir gün dərsdən gələndə dedi ki, “ana, müəllimlər bizi düz tərbiyə etmirlər”. Soruşdum niyə? Dedi ki, kim hədiyyə verirsə, onu tərifləyirlər. Bilmirlər bununla bizdə rüşvətə, yanlış tərifə maraq oyadırlar?
    O, bir qədər üsyankar uşaq idi. Hətta universitetdə oxuyanda müəllim bir uşağa haqsızlıq etmiş, bütün tələbələr müəllimə tərəf çıxmış, o isə müəllimə tələbənin düz elədiyini demiş və elə oradaca qeyd etmişdi ki, Siz özünüz də bilirsiniz ki, haqsızsınız. Ancaq əlinizdə qiymət yazan qələm var deyə, uşaqlar qoruxudan Sizin sözünüzü təsdiq edir. Daha ətraflı »