Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Fev

                                                                                         BU YOL TANRI YOLUDUR

    İnsan yaşa dolanda daha çox düşünməyə, keçdiyi ömür yoluna yenidən nəzər salmağa imkan yaranır. Əgər çalışdığın sahədə nəyəsə nail olmusansa, daxilən rahatlıq tapırsan. Mən idmançıyam. Bütün həyatımı bu peşəyə həsr etmişəm. Bu gün də məni yaşadan idmana bağlılığımdır.
    Ancaq söhbət yalnız özümdən getmir. İndiyədək yüzlərlə, minlərlə gəncin qəlbində idmana böyük həvəs oyatmışam. Bu isə onları pis vərdişlərdən, lazımsız vaxt itkisindən çəkindirərək, gələcək həyat yollarına müsbət təsir gös-tərib. Şagirdlərim çox olsa da, onların hər birini ayrı-ayrılıqda xatırlayıram. On-lar da məni unutmurlar. Harada yaşamalarından, hansı vəzifədə işləmələrindən asılı olmayaraq, rayonumuza gələndə görüşürlər. Mən sanki cavanlaşır, onlar isə uşaqlaşırlar. Hər şeyi dönə-dönə xatırlayırıq. İlk dəfə kiminlə güləşdiyini, ilk qələbəsini, uğursuzluqdan sonra ilk göz yaşlarını… Bu uşaqları, hal-hazırda isə hətta ağsaqqalları mənə tərəf çəkən bir cazibə qüvvəsi var, onun adı idmandır.
    Bu gün keçmiş şagirdlərim deyirlər ki, idman onların doğru yolda olmasına, uğur qazanmasına çox kömək edib.
    Bağban saldığı bağın meyvələrilə qürur duyduğu kimi, mən də vaxtilə qəlbində idmana maraq oyatdığım insanlarla fəxr edirəm. Bu gün rayonumuzun fəxri ziyalılarından biri – “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov haqqında danışmaq istəyirəm.
    Saleh müəllimi nəinki bi-zim rayonumuzda, ölkəmizdə, xaricdə də yaxşı tanıyırlar. Bizim üçün bu insan qürur yerimiz, güvəndiyimiz, arxalandığımız şəxsiyyətdir. Hər dəfə onu Ali Baş Koman-dan, möhtərəm Prezidentimiz İlham Əliyevin yanında yeni yolların xəritəsi qarşısında görəndə, sevincimizi gizlədə bilmirik. Bəli, Saleh müəllim bütün müsbət xüsusiyyətləri, savadı, bacarığı, eyni zamanda insanpərvərliyi, alicənablığı ilə rayonumuzun yetirməsidir. Yeri gəlmişkən onu da bildirmək istəyirəm ki, Tərtər torpağı Azərbaycanımıza yüzlərlə belə istedadlı ziyalı bəxş edib və bunların hamısını birləşdirən ümumi bir cəhət var: kökünə, keçmişinə bağlılıq, torpağına, yurduna məhəbbət. Elə Saleh müəllim də belə vətənpərvər ziyalılardan biridir.
    Deyirlər ki, insanın xarekteri uşaqlıq illərində formalaşır.Yəni bu dövrdə bünövrə qoyulur, sonradan qazanılanlar isə həmin bünövrənin üzərində dayanır. Keçmişə qayıdarkən, mən bu fikrin nə qədər doğru olduğunu görürəm.
    Saleh müəllim uşaqlıqdan idmana, poeziyaya böyük maraq göstərirdi. Ötən əsrin 60-cı illərinin sonunda rayonumuzun yetirmələri arasında qarabuğdayı, güclü bir oğlan diqqətimi cəlb edirdi. Onun yoldaşları arasında da xüsusi hörməti vardı. Daim qələbəyə can atırdı. Deyilənləri dərhal götürürdü. Bu, gələcəyin yol mühəndisi, hazırda Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyilə və tapşırığı əsasında Azərbaycanımızın yollarını tikən, abadlaşdıran Saleh Məmmədov idi.
    Belə bir deyim var ki, yol Tanrınındır, insanlar isə onun zəvvarlarıdır. Elə ömür yolu da buna bənzəyir. Bu yolu hər kəs özü seçir, çalışır, bacardığı kimi yaşayır, amma, yenə də ömür yolumuz Tanrıya məxsusdur və bu yolun bizi hara aparacağını əvvəlcədən heç kim bilmir.
    Beləcə 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini müvəffəqiyyətlə bitirmiş gəncin qəlbində Vətənimizin yollarını tikmək, qurmaq, abadlaşdırmaq həvəsi aşıb-daşsa da, o, bu yolda hansı zirvəyə ucalacağını hələ bilmirdi.
    Saleh müəllim əmək fəaliyyətinə 1980-ci ildə Mənzil Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlayıb. 1980-1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnvertar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirib.
    O, 1981-1991-ci illərdə “Yoltəmir-tikinti” Baş İda-rəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci il-lərdə “Azkommunkom-plekttexnika” İstehsalat Birliyində rəis vəzifəsində işləyib.
    1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Tres-tinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol İstismar İdarəsinin rəisi, 1 saylı Yol İstis-mar İdarəsinin rəisi vəzifələrində çalışıb.
    Onun iş sahəsindəki uğur-ları artdıqca, vəzifələri də böyüyürdü. 2003-2015-ci illərdə Saleh Məmmədov Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəi-si, 2007-ci ilin fevralında “Yolnəqliyyatservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləyib.
    Daim öz üzərində çalışan, müasir həyatımızın tələblərilə ayaqlaşmağı bacaran həmyerlimiz 2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirib. Saleh müəllim 19 fevral 2015-ci il tarixdən “Azəryolservis” ASC sədrinin birinci müavini təyin edilib və “Azəryolservis” ASC sədrinin vəzifəsi ona həvalə edilib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli sərəncamı ilə Saleh Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Prezidentin 9 mart 2016-ci il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəryol” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.
    Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlanan bu təşkilat Qarabağımıza aparan yolların çəkilişi ilə məşğuldur. Qürur duyuruq ki, Şuşaya aparan tarixi “Zəfər” yolunun tikintisini də avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik “Kolin İnşaat” başda olmaqla Türk şirkətlər qrupu ilə bə-rabər həmyerlimizin başçılıq etdiyi Agentlik həyata keçirib. Çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa olunan yollar, körpü və tunellər bu gün bizi Şuşaya, işğaldan azad edilmiş digər torpaqlarımıza qovuşdurur. Həqiqətən möhtəşəm və müqəddəs bir işdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olan bu layihələrin gerçəkləşməsində Saleh müəllimə yeni-yeni müvəffəqiyyətlər və cansalığı arzulayırıq.

    Sabir Zeynalov,
    keçmiş SSRİ idman ustası, əmək veteranı.

    Müəllif: Redaktor, 09:49

İsmarıclar bağlıdır.