Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Fev

    Bunu qazi Cəsarət Haqverdiyevin timsalında da görürük

    Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, bu kateqoriyadan olan insanların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunu qazi Cəsarət Haqverdiyevlə söhbətdən də gördük.
    Cəsarət Haqveridiyev rayonumuzun Cəmilli kəndin-dəndir. 1986-cı ilin iyulunda bu kənddə doğulub, burada boya-başa çatıb. 2004-2006-cı illərdə hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan az sonra – 2007-ci ilin iyunun 12-dən müddətdən artıq xidmətə yazılıb. Ağcakənd istiqamətindəki hərbi hissələrin birində motoatıcı bölməsinin komandiri kimi xidmətə başlayıb. 2018-ci ildə isə mühəndis-istehkam bölüyündə manqa komandiri təyin edilib. Bu müddətdə o, nümunəvi xidməti ilə diqqət çəkib. Dəfələrlə komandanlıq tərəfindən Fəxri Fərmanla, Ordunun 100 illiyi münasibətilə, hərbidə “10 il qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunub.
    27 sentyabr 2020-ci il. Separatcı Ermənistan ordusu beynəlxalq hüquq normalarını yenidən kobudcasına po-zaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artille-riya qurğularından və ballistik raketlərdən istifadə etməklə bir neçə istiqamətdən ölkəmizin ərazilərini atəşə tutdu. Artıq xalqın da, dövlətin də səbri tükənmişdi. Mənfurların cavabını vermək vaxtı idi. Ali Baş Komandanın əmri ilə Ordumuz ayağa qalxdı. Xalqımız isə Ordumuzu bir an tək qoymadı. Cəsarətin xidmət etdiyi hərbi hissə də Gülüstan istiqamətindən hücuma keçdi. Özü bu barədə deyir:
    – Düşmənin 1953 metrlik yüksəklikdə yerləşən postunu götürmək məqsədi ilə döyüşə başlandı. Düşmən postu dağıdıldı. Yüksəklik Ordumuzun nəzarətinə götürüldü, lakin bu zaman itkilərimiz və yaralılarımız oldu. Elə mən özüm də həmin vaxt yaralandım. Eyni anda 6 nəfər piyada əleyhinə minaya düşdük. 2 nəfər şəhid oldu, 4 nəfər ağır yaralandı. Mənim sol ayağım amputasiya olundu, sağ ayağımdan isə çoxlu sayda qəlpə yarası aldım. Mingəçevir mərkəzi xəstəxanasında 11 gün komada olmuşam. 3 aydan artıq Naftalanda, Bakıda müalicə almışam. 2021-ci ilin fevral ayından 3-cü dərəcəli Qarabağ əliliyəm. Ölkə Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.
    Bilirik ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailə-lərinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Elə bu fikirlə də, qazimiz Cəsarət Haqverdiyevə sual vermək istəyirdim ki, özü danışmağa başladı:
    – Mən dövlətimizin biz qazilərə göstərdiyi qayğıdan məmnunam. Dövlət tərəfindən minik avtomobili ilə təmin olunmuşam. Avtomobi-lin açarlarını Ali Baş Komandanımız İlham Əliyev şəxsən təqdim edib. “Yaşat” Fondu tərəfindən kreditim bağlanılıb. Ailəliyəm, ata-anamla birgə yaşadığım üçün evimiz təmir olunub, özünüməşğulluqla əlaqəli 3 baş iribuynuzlu mal verilib. Vaxtlı-vaxtında müalicəyə göndərilirəm, protezlə təmin olunmuşam. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda sağlamlığımı itirsəm də, qürur duyuram ki, dövlətimiz bizim kimi insanları unutmur. Artıq işlə də təmin olunmuşam, elektromexanika za-vodunda nəzarətçi kimi çalışıram, burada da rəhbərliyin diqqətini hər an hiss edirəm.
    Qazi igidimiz danışdıqca heyrətimi gizlədə bilmədim. Xalqımızın vətənpərvərliyi-nə, humanistliyinə, insanpərvərliyinə, qayğıkeşliyinə, birliyinə heyran olmamaq mümkün deyil. Bütün bunların nəticəsidir ki, 44 günlük müharibədə Zəfərə nail olundu, əsgər və zabitlərimizin igidliyi, qəhrəmanlığı və şücaəti sayəsində insanlarımızın ləyaqət və qeyrət məkanı olan Qarabağ 30 ildən sonra azad olundu.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:33

İsmarıclar bağlıdır.