Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12May
    Təhsil Azərbaycanın xalq şairi Vahid Əzizin Dövlət mükafatına təqdim olunmuş “Param-parça illər” kitabı müzakirə olunub üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    Azərbaycanın xalq şairi Vahid Əzizin “Param-parça illər” kitabı bir xalqın tarixindən səhifələri özündə əks etdirir. Qarabağ müharibəsində Azərbaycan xalqının yaşadığı ağrı-acıları bu savaşda Azərbaycan oğullarının qanı, canı bahasına qazanılan Zəfərin sevinci, qüruru, xalqın öz Prezidentinə inamı Vahid Əziz qələmi ilə öz poetik ifadəsini tapıb.

    Vahid Əziz Dərələyəzdə doğulsa da, Tərtərdə böyüyüb, Tərtər şəhər 1 saylı tam orta məktəbini bitirib. Tərtər ziyalıları, eləcə də oxuduğu məktəbin kollektivi onun “Param-parça illər” kitabının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Komissiyası tərəfindən 2022-ci ilin Dövlət mükafatına təqdim olunması xəbərini böyük sevinclə qarşılayıb. Vaxtilə oxuduğu şəhər 1 saylı tam orta məktəbdə Vətən müharibəsində düşmən üçün alınmaz qalaya çevrilmiş Tərtərin şair oğlu Vahid Əzizin “Param-parça illər”inin, sonu zəfərlə bitən ağrılı-acılı illərdə və qələbədən sonra yazdığı şeirlərinin müzakirəsi keçirilib.

    Tədbiri giriş sözü ilə məktəbin direktoru İntiqam Nuriyev açaraq sözü “Əməkdar müəllim” Fazilə Kərimovaya verib. Fazilə müəllim Vahid Əzizin həyat və yaradıcılığı haqqında məlumat verərək “Param-parça illər” kitabında toplanmış şeirlərindən danışıb, şagirdlər kitabdan “Zəfər nəğmələri”ni söyləyiblər. Daha ətraflı »

  • 12May
    Xəbərlər Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüb üçün şərhlər bağlıdır

    Görüşdə regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, mədəniyyət sahəsinin təkmilləşdirilməsi ilə bağlı layihələrin icra olunması, rayon icra hakimiyyəti və beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.

    Sonra Vəsilə Məmmədova rayon icra hakimiyyətində yaradılmış kitabxanaya baxıb mövcud şəraitlə tanış olub.

    O bildirib ki, rayonun mədəniyyət işçilərinin yüksək potensialı var, mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihələr həyata keçirilib. Mədəniyyət işçiləri şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir. Bu ənənə mədəniyyət işçiləri tərəfindən müntəzəm davam etdiriləcək, mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

     

  • 12May
    Xəbərlər Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib.Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.

    Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla bağlı şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, işlə,özününməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunma, yeni artezian vurulması və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

    Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 11May
    Xəbərlər Rayon rəhbəri balacalara hədiyyələr verdi üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Mədəniyyət mərkəzi ilə birlikdə keçirdiyi Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecədə rayon ictimaiyyəti ilə birgə şəhər 5 saylı körpələr evi-uşaq bağçasının böyük qrupunun üzvləri də iştirak ediblər. Nur Babayeva Ulu Öndərə həsr olunmuş “Ulu Öndər” mahnısı, Zəka Əlizadə, Uğur Yusifli və Səbinə Hüseynzadə isə Ulu Öndərə həsr olunmuş musiqili kompozisiya nümayiş etdiriblər. Balacaların ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndərin 99-cu ildönümünə həsr olunmuş tədbirdə öz çıxışları ilə fərqləndikləri üçün 5 saylı körpələr evi-uşaq bağçasının müdiri və böyük qrupun tərbiyəçilərini balacalarla birgə qəbul edib, balacalara rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edib.

    Tədbirdə rayon rəhbəri uşaqlarla xatirə şəkili çəkdirib.

     

  • 11May
    Xəbərlər Tərtərdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tədbir iştirakçıları əvvəlcə rayonun Mərkəzi Meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramlarını bildiriblər.

    Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

    Əvvəlcə mərkəzdə iştirakçılar Ulun Öndərin büstü önünə gül-çiçək dəstələri düzüb, sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

    Konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin tarixı fenomen şəxsiyyət, qeyri-adi zəkaya malik müdrik dövlət xadimi kimi düşdüyünü qeyd edib. Bildirib ki, xalqı, dövləti qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir. O, nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi. Daha ətraflı »

  • 11May
    Xəbərlər Rayon rəhbəri Tərtər Olimpiya İdman Kompleksinin yeni təyin olunmuş direktorunu qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Gənclər və idman naziri Fərid Qayıbovun əmri ilə Tərtər Olimpiya İdman Kompleksinə yeni təyin olunmuş direktor Emin Dadaşovu rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla birgə qəbul edib, müvafiq tövsiyələrini verib.

    Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən digər sahələrə olduğu kimi, bədən tərbiyəsi və idman sahəsinə də göstərilən diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışılıb. Tərtər Olimpiya İdman Kompleksi tərəfindən rayonda idmanın kütləviliyin artırılması istiqamətində  görüləcək işlər, inkişaf etdirilən idman növlərinin sayının artırılması müzakirə olunub. Bu baxımdan ilin bütün fəsillərində komplekslərin fasiləsiz və səmərəli işini təmin etməyin vacibliyi vurğulanıb.

    Qeyd edək ki, dörd hektar ərazini əhatə edən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu var. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də var.

    Sonda Tərtər Olimpiya İdman Kompleksinin yeni təyin olunmuş direktoru Emin Dadaşov çıxış edərək ona göstərilən etimadı doğruldacağını və ölkəmizdə idmanın inkişafına göstərilən qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 10May
    Milli-mənəvi dəyərlər Heydər Əliyev dünya siyasətində zirvədədir üçün şərhlər bağlıdır

    Böyük şəxsiyyətləri, müdrik insanları, məğrur, əyilməz kişiləri çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər.Uca dağların əzəməti, möhtəşəmliyi yaxından yox, uzaqlardan daha aydın göründüyü kimi, adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı onların cismani yoxluğundan müəyyən vaxt keçdikdən sonra, ideyalarının, əməllərinin təntənəsini zaman təsdiqlədikcə üzə çıxır və hamı tərəfindən qəbul edilir. Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər, minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar, yoxsa insanların arzularının, ideallarının “məhsulu” kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə təqdim edilirlər. Heydər Əliyev bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. Onlardan bəzilərini yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli liderimizi bir dəfə belə təqdim etdi: “Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir”.

    Ulu öndərimiz haqqında  deyilən sözlərin  heç birində zərrə qədər də olsun şişirtmə yoxdur. Ümumiyyətlə, tarixi şəxsiyyətlər, əfsanəvi sərkərdələr, habelə müasirimiz olan məşhur siyasətçilər və dövlət xadimləri haqqında bilgilər əldə etmək o qədər də çətin deyil. çünki onların gördükləri iş apardığı siyasət göz qabağındadır. Daha ətraflı »

  • 10May
    Xəbərlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar partiya fəallar ıilə görüş keçirilib üçün şərhlər bağlıdır

      YAP Tərtər rayon təşkilatı bildirir ki, 05 may 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov  Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə  Yuxarı Qapanlı və Qazyan ərazi partiya təşkilatlarında partiya fəalları ilə növbəti görüşünü keçirilib.

    İlk öncə Ümumilli lider Heydər Əliyevin və  Vətən müharibəsi şəhidlərinin  əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    İclası  giriş sözü ilə açan Eldar Əsədov çıxış edərək bildirib ki, məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Çünki müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur. Daha ətraflı »

  • 10May
    Xəbərlər …Bir mən vardır məndə məndən içəri… üçün şərhlər bağlıdır

      Türk xalqlarının görkəmli sənətkarlarından biri, İlahi eşqi tərənnüm edən ədəbiyyatın ilk, gözəl nümunələrini yaradan və təbliğ edən Yunis Əmrəyə görə insan əməlinə, gördüyü işlərinə görə ad qazanır. Yəqin ona görədir ki, bu günümüzdə  də Yunus Əmrə şerlərinə dönə-dönə müraciət olunur, xatirəsi anılır.

    Elə 5 may tarixində “Beynəlxalq Muğam Mərkəzində” Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynovanın rəhbərliyi ilə AMEA Folklor İnstitutunun “Qorqud” folklor ansamblının təqdimatında “Yunus Əmrə aşiqləri” adlı konsert proqramı da bu niyyətlə təşkil edildi. Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov,  Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç,  Milli Məclisin deputatı Qənirə Paşayeva görkəmli mütəfəkkir Yunus Əmrənin həyat və yaradıcılığından söz açdılar.

    Əməkdar Artist Nuriyyə Hüseynova, bəstəkar-müğənni Çilənay Hüseynli, Həlimət Sultan, Ülviyyə Sədaqətin ifasında Yunus Əmrənin şerlərinə bəstələnmiş mahnılar, ibrətamiz və fəlsəfi sözlər səsləndirildi. Yunus Əmrə tədbirinə Türkiyədən məxsusi olaraq təşrif gətirmiş Orxan Çakmak Qarabağ Zəfərinə həsr etdiyi “Zəfər şərqisi”ni, Himnimizin müəllifi Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdi. Hər iki mahnı bütün iştirakçılar və tamaşaçılar tərəfindən ayaq üstə alqışlandı və birgə ifa edildi. Daha ətraflı »

  • 10May
    Xəbərlər Tərtərdə Ümummilli liderə həsr olunmuş ədəbi-bədii gecə keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti rayon Mədəniyyət Mərkəzi ilə birlikdə Ümummilli liderin 99-cu ildönümünə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirib.

    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüquq Mühafizə Orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, Şəhid ailələri, qazilər, Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, mədəniyyət,  təhsil, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar. Sonra rayon Mədəniyyət evinin, ümumtəhsil məktəblərinin özfəlaiyyət kollektivlərinin şagirdlərinin, 5 saylı körpələr evi-uşq bağçasının uşaqlarının ifasında Ulu Öndərə aid mahnılar, şeirlər ifa olunub. Daha ətraflı »