Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10May

    Tərtər Rayon İcra Hakimiyyəti rayon Mədəniyyət Mərkəzi ilə birlikdə Ümummilli liderin 99-cu ildönümünə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirib.

    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Hüquq Mühafizə Orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, Şəhid ailələri, qazilər, Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, mədəniyyət,  təhsil, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxa baxıblar. Sonra rayon Mədəniyyət evinin, ümumtəhsil məktəblərinin özfəlaiyyət kollektivlərinin şagirdlərinin, 5 saylı körpələr evi-uşq bağçasının uşaqlarının ifasında Ulu Öndərə aid mahnılar, şeirlər ifa olunub.

    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin tarixə fenomen şəxsiyyət, qeyri-adi zəkaya malik müdrik dövlət xadimi kimi düşdüyünü qeyd edib. Bildirib ki, xalqı, dövlət qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir. O, nadir şəxsiyyət, təcrübəli dövlət başçısı, dahi rəhbər idi.

    İcra başçısı Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illəri-34 ili respublikamız üçün “qızıl dövr” adlandırıb. Qeyd olunub ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikası öz iqtisadi yüksəliş dövrünə qədəm qoyub. Azərbaycanda 250-dən çox yeni zavod və fabriklər tikildi, yeni qəsəbələr salındı, neftayırma sənayesi yenidən qurulub, elektrotexnika, radiotexnika, neftayırma, Bakı kondinsionerləri zavodları tikilib. Respublikada pambıqçılıq və üzümçülük geniş inkişaf edib.

    Bütün bu uğurları biz rayonumuzun timsalında da görürük. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndər demişdir: “Tərtər Azərbaycanın gözəl təbiəti, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır”.

    Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi həyatında böyük dəyişikliklər olub. Həmin illərdə rayon 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa rayonda 2000 nəfərə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib.

    Ümummilli lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, bartoplama aylığı ilə əlaqədar rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.

    Ulu Öndərin diqqət və qayğısı ilə kiçik bir əyalət olan Tərtər rayonu inkişaf edib, gözəlləşib.

    Sonra rayon rəhbəri tədbirdə fərqlənən kollektivlərə təşəkkürnamələr təqdim edib.

     

    Müəllif: Redaktor, 08:51

İsmarıclar bağlıdır.