Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10May

    Böyük şəxsiyyətləri, müdrik insanları, məğrur, əyilməz kişiləri çox vaxt nəhəng dağlara, uca zirvələrə bənzədirlər.Uca dağların əzəməti, möhtəşəmliyi yaxından yox, uzaqlardan daha aydın göründüyü kimi, adını tarixə həkk etdirmiş şəxsiyyətlərin də böyüklüyü, əlçatmazlığı onların cismani yoxluğundan müəyyən vaxt keçdikdən sonra, ideyalarının, əməllərinin təntənəsini zaman təsdiqlədikcə üzə çıxır və hamı tərəfindən qəbul edilir. Dünya miqyasında tanınan, artıq əfsanələşmiş tarixi şəxsiyyətlər, müdrik insanlar çox olub. Onların da bir çoxu əsrlər, minilliklər bundan əvvəl yaşadıqları üçün bu gün bilmək olmur ki, həmin şəxsiyyətlər həqiqətənmi bu qabiliyyətlərin sahibi olmuşlar, yoxsa insanların arzularının, ideallarının “məhsulu” kimi xəyali qəhrəman qismində, bəzək-düzəklə təqdim edilirlər. Heydər Əliyev bizim müasirimiz olmuşdur, onun dahiliyi, əlçatmazlığı hələ özünün sağlığında dünyanın böyük siyasətçiləri, dövlət xadimləri, müdrik insanları tərəfindən etiraf olunmuşdur. Onlardan bəzilərini yada salaq: YUNESKO-nun sabiq direktoru Federiko Mayor ümummilli liderimizi bir dəfə belə təqdim etdi: “Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir”.

    Ulu öndərimiz haqqında  deyilən sözlərin  heç birində zərrə qədər də olsun şişirtmə yoxdur. Ümumiyyətlə, tarixi şəxsiyyətlər, əfsanəvi sərkərdələr, habelə müasirimiz olan məşhur siyasətçilər və dövlət xadimləri haqqında bilgilər əldə etmək o qədər də çətin deyil. çünki onların gördükləri iş apardığı siyasət göz qabağındadır.

    Avropada Heydər Əliyevi SSRİ-nin növbəti rəhbəri kimi görür və ehtiyat edirdilər ki, o, çökməkdə olan imperiyanı öz ağlı, müstəsna qabiliyyəti sayəsində yenidən dirçəldəcək və dünyanın ən güclü dövlətinə çevirəcəkdir. Lakin sonrakı hadisələr, daha doğrusu, Mixail Qorbaçov kimi bir xain və kütbeyinin rəhbər seçilməsi nəticəsində vəziyyət dəyişdi. Heydər Əliyevin yanında hər cəhətdən miskinliyini və cılızlığını hiss edən Qorbaçov, necə olursa-olsun, onu Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırmağı qarşısına məqsəd qoydu və buna nail oldu.

    Heydər Əliyev 1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi və əslində, mövcud rejimə qarşı müxalif mövqeyə keçdi. SSRİ rəhbərliyi Heydər Əliyevin gücünə bələd olduğu üçün onu ev dustağı kimi nəzarətdə saxladı.

    Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdiyi qanlı qırğının ertəsi günü Heydər Əliyev təqiblərə və səhhətinin ağır olmasına baxmayaraq, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və orada, jurnalistlər qarşısında Kremlin bu cinayətkar addımını pisləyən kəskin bəyanatla çıxış etdi. Dağlıq Qarabağ münaqişəsinin yaranmasında Kremlin ikiüzlü mövqe tutmasını ifşa etdi.Daha sonra Ulu Öndər min bir əziyyətlə Azərbaycana gəldi və  vətənini sevən bir qrup ziyalının xahiş və təkidi ilə parçalanmaq təhlükəsində olan Azərbaycan  dövlətini təhlükələrdən xilas etdi.Onun apardığı siyasətin nəticəsində müasir,suveren Azərbaycan yarandı.Budur onun dünya siyasətində zirvədə olması Ulu Öndər hələ bundan belə uzun illər siyasət zirvəsinin ən yüksək nöqtəsində qalacaq.

    Eldar Əsədov,

    YAP Tərtər rayon

     təşkilatının sədri

     

    Müəllif: Redaktor, 09:59

İsmarıclar bağlıdır.