YAP Tərtər rayon təşkilatı bildirir ki, 05 may 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Yuxarı Qapanlı və Qazyan ərazi partiya təşkilatlarında partiya fəalları ilə növbəti görüşünü keçirilib.
İlk öncə Ümumilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əzizi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan Eldar Əsədov çıxış edərək bildirib ki, məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. Çünki müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur.
Ümummilli Lider Heydər Əliyevin xalqımız və ölkəmiz qarşısında ən böyük və təkrarsız xidməti müstəqil Azərbaycan dövlətini qurmasıdır. Məhz Heydər
Əliyevin siyasi dühası, iradəsi, enerjisi, ağlı, təcrübəsi, xarizması və s. mühüm dövlət xadimi keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə sevgisi sayəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi, əbədiyaşarlılıq qazandı.
Ümumilli lider Heydər Əliyev bütün Azərbaycan xalqının əbədiyaşar öndəridir, dövlətimizin qurucusu və memarıdır.Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Qüdrətli , şəxsiyyətilə seçilən, qeyri-adi istedada malik Heydər Əliyevi xalqına bağlayan tellər olduqca möhkəm idi. Demokratik inkişaf yolunu müəyyənləşdirmiş Azərbaycan dövlətinin dünənində və bu günündə də dünyanın ən böyük siyasətçilərindən biri olan Heydər Əliyevin möhürü vardır. O, müasir Azərbaycan tarixini yaradan dahi şəxsiyyət , müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir.
Ulu Öndərimiz gənclərə uğurlu yaşamağın sirlərini söyləyərək deyirdi ki, gənclər bilməlidirlər, həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli mənəvi dəyərlərinə sadiq olmaq, bu keyfiyyətləri ümumbəşəri dəyərlərlə birləşdirərək müasir həyat tərzi keçirmək lazımdır.
Bu gün gənc nəslin düzgün yetişməsi ölkə siyasətində önəmli yer tutur.Əsası Ümumilli lider tərəfindən qoyulan gənclər siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
E.Əsədov həmçinin partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında, insanlarımızın baş verənlər haqqında maarifləndirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən danışaraq müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.
Qeyd etdi ki, Prezident İlham Əliyevin mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndənin təyin olunması ilə bağlı keçirdiyi bildirib ki, nəinki Zəngilan rayonu, eləcə də işğaldan azad olunmuş digər şəhər və rayonlarımız, kənd və qəsəbələrimiz tərəfimizdən yüksək səviyyədə bərpa olunaraq məcburi köçkün bacı və qardaşlarımızın ixtiyarına veriləcəkdir.
İclasda çıxış edən partiya fəallarından Sadiq Muxtarov , Qızxanım Məhərrəmova , Natəvan Məmmədova, Rizvan İsmayılov , Suliddin Ələkbərov və Gülnar Abdullayeva öz çıxışlarında Vətəni, xalqı qarşısında müstəsna
xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin xidmətlərindən danışaraq bildiriblər ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə məhz Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.