Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Rövşən-Oğuz Mühəndislik” MMC şirkəti tərəfindən Kəbirli kəndində şəhid Elnur Hüseynovun ailəsi üçün tikilən evdə tikinti işləri ilə tanış olub, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Şəhid Elnur Hüseynov Vətən müharibəsinə könüllü yola düşüb, Tərtər rayonunun Talış, Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə şücaət göstərib və ərazi bütövlüyümüz uğrunda şəhid olub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb. Həmyerlimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.
Şəhidin atası Əhliman Hüseynov aparılan tikinti işlərindən razılıq edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə öz minnətdarlığını bildirib.
-
31MayXəbərlər Şəhid ailəsi üçün ev tikilir üçün şərhlər bağlıdır
-
31MayXəbərlər Qənbərli Qənbərin il mərasimi keçirilib üçün şərhlər bağlıdır
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, sakinlər, din xadimləri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub.
İl mərasimində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şücaətindən, Qənbər Qənbərlinin həyat və döyüş yolundan danışılıb. Bildirilib ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik. -
31MayXəbərlər Rayon rəhbəri şəhid Verdiyev İsax Ədalət oğlunun valideynləri ilə görüşüb üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əslən Tərtərdən olan həmyerlimiz şəhid Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan valideynlərini qəbul edib, onlarla səmimi söhbət edib. İcra başçısı bildirib ki, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi xalqımız tərəfindən ehtiramla yad edilir. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə döyüşə gedən oğullar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizə Zəfər gününü yaşatdılar.
Verdiyev İsax Ədalət oğlu yaşasaydı 25 yaşı olacaqdı. O, 5 oktyabr 2020-ci il tarixdə Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 5 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.İsax Verdiyev Sumqayıt şəhərində “Şəhidlər xiyabanı”nda dəfn edilib.
Ölümündən sonra İsax Verdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərən-camı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. İsax Verdiyev-dən yadigar bir övladı qalıb. Daha ətraflı » -
31MayXəbərlər Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə medalların təqdimetmə mərasimi keçirilib. Daha ətraflı »
-
31MayXəbərlər İcra başçısı vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilərək, problemləri həll olunub.
Qəbula gələn digər vətəndaşlar Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla bağlı şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, yeni artezian vurulması, pay torpaqlarının zəbt olunması, ünvanlı sosial yardım, güclü külək nəticəsində evlərinə dəymiş ziyan, içməli su təminatı vədigər problemlərlə bağlı müraciət ediblər.Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.
Köçərli kəndindən qəbula gələn Pərvanə Həsənova 11 yaşlı qızı Minayə Həsənlinin çəkdiyi rəsm əsərlərini icra başçısına göstərərək, onun 31 mart- soyqırım gününə həsr olunmuş rayon təhsil şöbəsinin məktəblilər arasında keçirdiyi rəsm müsabiqəsində I yeri tutduğunu bildirib. Icra başçısı Minayə Daha ətraflı » -
31MayŞəhidlər Xalqa əmanət olan şəhid övladları üçün şərhlər bağlıdır
AZƏR HƏKİMİN YADİGARLARI
Ölüm mələyi qapıları döyəndə yaşlıya, cavana baxmır. Amma seçilmişləri, gərəkliləri, ən çox ehtiyac duyulan insanları özünə təslim edir. İnsanın hansı şəraitdə olması, yaşaması və işləməsindən asılı olmayaraq, seçilmişlərin itkisi doğmaları, yaxınları, bəlkə də bir nəsli sarsıdır. Müharibələr zamanı şəhid olan oğullarımız – qəhrəman, vətənpərvər, bir elin gərəyi igidlərimiz olublar. Subaylarımızın nişanələri qalmadığına yanılıb-yaxılırıq, kaş bir övladı olaydı, – deyirik. Yadigar övladlar isə bir əmanət sayılır xalqa, dövlətə, ümumiyyətlə hər kəsə əmanətdir, şəhid övladı.
44 günlük Vətən müharibəsində şəhid olan həkim Azər Şəmilov gərəkli vəseçilmiş insanlardandır. O, yüzlərlə insana şəfa vermişdi, yaşlı atanın ümid çırağıydı, həyat yoldaşı üçün əvəzolunmaz böyük, övladlarına qayğıkeş, mehriban ata, Vətən üçün isə layiqli vətəndaş idi. Azər həkim şəhid olarkən bir evdən deyil, eldən getdiyini söyləyirdilər, layiqli vətəndaş olduğunu isə hərb meydanında təsdiq etdi. Hər evdə onun yolunu gözləyənlər var – sağ olsaydı xəstələrimizə şəfa verərdi – söyləyirlər. Bu gün şəhidimizin 2 övladı xalqa əmanət qalıb. Oğlu Fədayət, qızı Aynurə.
Onlarla görüşmək qərarına gəlmişdim. Lakin, uyğun vaxt alınmırdı. Yaxınlarda görüşümüz alındı. Fədayət ali mktəbdə təhsil aldığı üçün bayram günü ilə əlaqədar evlərinə gəlmişdi. Daha ətraflı » -
31MayXəbərlər Narkomaniya: planetimizin ən qlobal problemi üçün şərhlər bağlıdır
ÖVLADLARINIZA QARŞI DİQQƏTLİ OLUN, ƏZİZ VALİDEYNLƏR!
Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemindən birinə çevrilən narkomaniyanın əzabını yaşamaqdadır.
Ölkəmizdə də bu bəlaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülür. Təəssüf ki, hələ də gənclər arasında narkomanların sayı azalmır. Xüsusilə bəzi qadınların narkotik istifadəcisi olması heç bir məntiqə sığmır.
Bütün bunlar barədə rayon polis şöbəsinin Mayıl Qədimov adına 96 saylı Tərtər ilk peşə ixtisas məktəbinin kollektivi ilə keçirdiyi görüşdə ətraflı söhbət gedib. Tədbiri məktəbin direktoru Faiq Məmmədov açıb.
Rayon polis şöbəsinin rəisi Elçin Qasımov əvvəlcə tədbir iştirakçılarına dünyada və ölkəmizdə nar-komaniya ilə mübarizə sahəsində aparılan tədbirlər haqqında geniş məlumat verib. Həmçinin qeyd olu-nub ki, rayon polis şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində son günlərdə rayonumuzda bir neçə narkotik istifadəçisi tutularaq istintaqa cəlb olunub. Acınacaqlı haldır ki, onların arasında qadın da var. Daha ətraflı » -
31MayMilli-mənəvi dəyərlər Erməni saxtakarlığı üçün şərhlər bağlıdır
AKANABERD
Bu sərlövhəni gördükdə yəqin ki, təəccüblənəcəksiniz. Amma gəlin tələsməyək, hövsələli olaq.
Söhbət yer adlarından – toponimlərdən gedir. Toponimiya (yunanca yer+ad) dilçiliyin onomastika (adlar, xüsusi isimlər) bölməsinə aid olub yer adlarını (coğrafi adları) öyrənir. Yəni, göründüyü kimi, bunlar xüsusi isimlərdir və böyük hərflə yazılır.
Yer adlarının seçilməsi təsadüfi xarakter daşımır. Bu, xarakterik xüsusiyyətlərdən, aid olduğu məkan, etnik mühit və dildən qaynaqlanır.Bu baxımdan toponimlər kiçik bayraqlara bənzəyir, vətənin (dövlətin, xalqın) atributu olaraq.
Odur ki, tarix boyu hansısa bir ərazi yağmalanarkən orada “təmizləmə” işləri, o cümlədən toponimlərin silinməsi, dəyişdirilməsi prosesi icra edilirdi.
Bu prosesə məruz qalan xalqlardan biri də bizik. Vaxtilə Ermənistana (öz ərazisi olmadığı üçün əslində qondarma respublikaya) verilmiş torpaqlarımızdan azərbaycanlılar 1948 (qismən) və 1988-ci illərdə (tam) deportasiya edildi. Və bütün yer adları dərhal dəyişdirildi – danışan adlar susduruldu. Daha ətraflı » -
30MayAçılışlar “Böyük qayıdış” prosesinə start verilib üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxış edib.
Prezident İlham Əliyev deyib ki, rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini biz daim hörmətlə anırıq.
Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Bu faktı unutmaq olmaz. Bizim qədim diyarımız bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi.
1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Daha ətraflı »
-
27MayXəbərlər Xaçın çayının daşması nəticəsində Hüsənli kəndində 100 hektar əkin sahəsinə ziyan dəyib üçün şərhlər bağlıdır
26 may 2022-ci il tarixdə bir neçə gün davam edən aramsız yağan yağışlar nəticəsində səhər saatlarında Xaçın çayından gələn güclü sel suları rayonun Hüsənli kəndində 35 hektar pambıq, 25 hektar yonca, 40 hektar arpa və buğda, ümumilikdə 100 hektar əkin sahəsini basmış, təsərrüfatlara güclü ziyan dəymişdir.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Fövqəladə hallar komissiyasının üzvləri ilə birlikdə həmin ərazidə olmuş, xüsusi texnikalar vasitəsilə müxtəlif istiqamətlərdə kanallar açılaraq sel sularının yenidən Xaçın çayına axıdılması təmin edilmişdir. Hazırda sel suları əkin sahələrindən kənarlaşdırılır.
Yeni ismarıclar