Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,747
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Yan
    İdman İdman sahəsində böyük nailiyyətlər əldə olunub üçün şərhlər bağlıdır

    Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə Prezident İlham Əliyev çıxış edib.  Dövlət başçısı bildirib ki,  hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.

    İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

    Prezident İlham Əliyev deyib ki,  ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.

    Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər.

    Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar. Daha ətraflı »

  • 10Yan
    Digər ULU ÖNDƏR TƏRTƏRLİLƏRİN YADDAŞINDA üçün şərhlər bağlıdır

    XALQIN XİLASKARI

    Zöhrab Məmmədov 1941-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu (indiki Gəncə Dövlət Aqrar Universitetini) bitirmişdir. İlk əmək fəaliyyətinə rayonumuzun “Oktyabr” kolxozunda baş iqtisadçı kimi başlamış, ictimai əsaslarla kolxoz sədrinin müavini işləmiş, sonra rayon komsomol komitəsi-nin I katibi, Azərbaycan KP MK-da təlimatçı, müxtəlif vaxtlarda Qubadlı, Abşeron rayonlarının I katibi vəzifəsində çalışmışdır. Onun əmək fəaliyyətinin ən qaynar dövrü Ulu Öndərin hakimiyyəti dövründə olmuşdur.
    Qeyd: Bu gün Zöhrab Məmmədov həyatda olmasa da, onun Ulu Öndərlə bağlı xatirələri zənginliyi ilə əbədiyaşar liderimizin insanlara səmimi münasibətini, eyni zamanda tələbkarlığını və ciddiliyini dolğun əks etdirir.

    – 1969-cu il iyul ayının 14-ü idi. Özbəklər respublikamıza qarşılıqlı təcrübə mübadiləsinə gəlmişdilər. Onlara “Oktyabr” kolxozunda süfrə açmışdıq. O vaxt Tərtər Ra-yon Partiya Komitəsinin I katibi Salman Məlikov idi. Elə süfrə arxasında olarkən xəbər gəldi ki, Vəli Axundovu Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad ediblər, Heydər Əliyev MK-ya katib seçilib. Hamı başladı ma-raqlanmağa ki, Heydər Əliyev kimdir? Heç kim tanımadı. Çünki o DTK işçisi idi.
    – Birinci dəfə Heydər Əliyevi 1970-ci ildə görmüşəm. O vaxt bartoplama aylığı ilə əlaqədar rayonumuza gəlmişdi. Mən də rayon komsomol komitəsinin I katibi işləyirdim. Əvvəlcə təsərrüfatları gəzdi, adamlarla tanış oldu. Sonra rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirdi, vəziyyət təhlil olundu.
    Tale elə gətirdi ki, 1975-ci ildə, yəni Heydər Əliyevin hakimiyyəti dövründə məni respublika ali partiya məktəbinə oxumağa göndərdilər. 1977-ci ilin avqust ayında təhsilimi başa vurduqdan sonra Azərbaycan KP MK-da təlimatçı kimi əmək fəaliyyətinə başladım. O dövrdə Ulu Öndəri daha yaxından tanıdım. O, partiya iclaslarında çox səmimi, açıq danışırdı. Heydər Əliyevin iş üsulunda vəzifəcə böyük-kiçik söhbəti yox idi. Vəzifəli işçilərdən yerlərdəki vəziyyəti olduğu kimi çatdırmağı tələb edirdi. Daha ətraflı »

  • 10Yan
    Digər KORİFEY ŞƏXSİYYƏT üçün şərhlər bağlıdır

    Tarix şəxsiyyətlər yetirir. Şəxsiyyətlər isə tarixi yaradır. Bəşər tarixinə nəzər salsaq onun dahi şəxsiyyətlərin çiynində dayandığını görərik.
    Belə şəxsiyyətlərdən biri də Azərbaycan xalqının bəxtinə düşmüş Heydər Əlirza oğlu Əliyevdir.
    Onun 1969-cu ildə ölkə rəhbərliyinə gəlişi dənizdə tufanı xatırlatdı. Respublikanın həyatı bütün sahələrdə təlatümə gəldi, çalxalandı, duruldu. Dünənə qədər ətalətin qoynunda çabalayan respublikanı bir inkişaf, bir yüksəliş havası bürüdü. Hər şey sanki tükənməz bir enerji mənbəyindən şüalandı.
    İcrası namümkün sayılan çox işlərin mümkünlüyünü felən isbatlayan, hər şeyi görən, hər şeyi bilən, hər şeyi bacaran bu cavanmərd rəhbər qısa bir zamanda xalqın dərin və səmimi məhəbbətini qazandı.
    Tam fenomenal bir şəxsiyyət (zahirən və daxilən) olan Heydər Əliyev tarixin nadir şəxsiyyətlərindəndir. O, Yeni Azərbaycanın memarı və qurucusudur. Ulu Öndərin by gün Azərbaycanın muxtəlif guşələrində ucalan abidələri onun ürəklərdə ucalmış heykəllərinin inikasıdır.
    Heydər Əliyev kimi korifey bir şəxsiyyətin həyat və fəaliyyətindən yazmaq cəsarətində bulunmağı ağlıma belə gətirmərəm. Çünki bu mənim bacardığım iş deyil və olsa belə diletantlıqdan uzağa gedə bilməzdim. Odur ki, bilavasitə şahidi olduğum bəzi məqamlardan yazmaq istəyirəm.
    60-cı illərin ikinci yarısında Dağlıq Qarabağda erməni şovinizmi yenidən kükrəməyə başladı. 1967-ci ilin sentyabrında Xankəndində törədilmiş faciəyə(onda üç nəfər azərbaycanlı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdi) baxmayaraq, Melkumyan Vilayət Partiya Komitəsinin birinci katibi olaraq qalırdı. Heydər Əliyev çətinliklə Boris Gevorkovu vilayətə rəhbərliyə gətirdi. B. Gevorkov Heydər Əliyevin ideyalarına tam sədaqət nümayiş etdirdi. Vilayətdə sağlam ab-hava yaradıldı. Müəssisələrin ad lövhələri azərbaycanca yazıldı. İclas və müşavirələr daha ermənicə deyil, rusca aparıldı. Vilayətin hər qarışında Azərbaycan Respublikasının ruhu hakim olaraq qalırdı.
    Boris Gevorkov axır məqama qədər bu əqidədən dönmədi. Vilayətdə ilk ixtişaşlar başlananda o təşkilatçıları və onların havadarlarını kəskin hədələdi. Ermənilər isə ilk fürsət düşən kimi onu Moskvanın köməyilə öz adamları olan Henrix Poqosyanla əvəz etdilər. Əgər o vaxt Heydər Əliyev respublika rəhbərliyində olsaydı, yəqin ki, məsələ belə şəkil almazdı. Daha ətraflı »

  • 10Yan
    Digər 2023-cü il “Heydər Əliyev ili”dir üçün şərhlər bağlıdır

    “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub

    Tərtər rayon İcra Hakimiyyətinin, Bərdə Regional Mədəniyyət İdarəsinin və AVMVİB-nin Tərtər regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə” adlı sənədli filmin ilk sınaq çəkilişləri olub.
    Əvvəlcə tədbirin təşkilatçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək xatirələrini ehtiramla anıblar.
    Qeyd edilb ki, ölkə rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə hesabına biz qalib xalq kimi yaşayırıq.
    Bildirilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayının 27-də rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi göstərdi və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da Prezident İlham Əliyev həm Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, həm də xalqı qarşısında öz borcuna şərəflə əməl etdi. Bu isə Prezident İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu. Vurğulanıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara Ulu tanrıdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq.
    Qeyd edilib ki, Vətən müharibəsində məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versələr də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Daha ətraflı »

  • 10Yan
    Digər İnsanlarımız daha firavan yaşayacaqlar üçün şərhlər bağlıdır

    Ötən ilin son günlərində rayonumuzdan olan şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan daha 5 nəfərə dövlətimiz tərəfindən tikilmiş fərdi evlər təqdim olundu. Şəhid ailələri– Seydimli kəndindən olan Şirin İsmayılova, Əskiparadan Niyaz Qasımova, Hacıqərvənddən Rəcəb Muradov və Birinci Qarabağ müharibəsinin ikinci qrup əlilləri –Tərtər şəhər sakini Cəmil Səfərov, Qaradağlı kənd sakini Abil Quliyev 2023-cü ili yeni evlərində qarşıladılar.
    Rəcəb Muradov qəzetimizə verdiyi müsahibəsində bu barədə belə deyib: “Ümummilli Liderimiz Heydər Əliyev daim xalqını düşünən, bayramları, xoş günlərini sadə insanların əhatəsində keçirməyi sevən bir insan idi. Həssas təbəqədən olanlara – şəhid ailələrinə, əlillərə, yaşlılara xüsusi qayğı ilə yanaşır və bunu ətrafındakılardan, məmurlardan da tələb edirdi. Onun vəsiyyətlərini, müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşdırılmasını özünün ən ümdə vəzifələrindən biri hesab edir. Prezidentimizə öz təşəkkürümüzü bildirir, ona və ailəsinə cansağlığı arzulayırıq”.
    Fərdi evlərin təqdim olunması ilə əlaqədar Cəmil Səfərov üçün tikilmiş fərdi yaşayış evində keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4500, ümumilikdə isə ötən dövrdə 13300 mənzil və fərdi ev verilib. Daha ətraflı »

  • 10Yan
    Kənd Təsərufatı Baramaçılığın yem bazası möhkəmləndirilir üçün şərhlər bağlıdır

    Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Tərtərlilərin bu sahədə zəngin təcrübəsi var. Belə ki, sovet dönəmində kəndlərimizin hamısında ipəkqurdu saxlanılır, yüksək nəticələr qazanılırdı.
    Lakin müstəqilliyimizin ilk illərində bu sahə tədricən unudulmağa başladı. Səbəb isə Birinci Qarabağ müharibəsi dövründə infrastrukturun dağıdılması, qazın, elektrik enerjisinin ol-maması səbəbindən çəkil ağaclarının doğranıb yandırılması olmuşdu.
    Baramaçılığı inkişaf etdirmək üçün ilk növbədə yenidən onun yem bazasını yaratmaq lazım idi.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq baramaçılığın yem bazasının genişləndirilməsi məqsədi ilə Tərtər rayonunda yeni tut bağlarının salınması işlərinə başlanılmışdı və hal-hazırda bu işlər davam etdirilir.
    Bölgü əsasında fermer təsərrüfatlarına, barama istehsalçılarına əvəzsiz olaraq tut tingləri paylanılır. Ting əkiləcək sahələrə əvvəlcədən aqrotexniki qulluq göstərilir. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak edir. Tut bağlarının uzunmüddətli yetişdirilməsi üçün dayanıqlı su təminatı nəzərdə tutulub.
    Rayondakı mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını ildən-ilə artırmağa imkan verir. Daha ətraflı »

  • 10Yan
    Şəhidlər ƏFSANƏVİ TABORUN ŞƏHADƏTƏ YÜKSƏLƏN SON ŞƏHİDİ üçün şərhlər bağlıdır

    Qədim oğuz türklərinin yaşadığı Qarabağımızın hər qarış torpağı və onun hər daşı bir tarixdir. Güllələrin izi, şəhidlərimizin qanı ilə yazılan bu tarix, həm də oğuz türklərinin tarix salnaməsidir. Bu salnamədə Zəfər tarixi yaşayan və yaşadan əfsanəvi taborun son şə-hidini tanıtmaq istəyirəm.
    Qurbanov Yusif Arif oğlu 12 noyabr 1998-ci ildə Goranboy rayonunun Şəfəq kəndində anadan olmuşdur. O, bu kənddə orta məktəbi bitirdikdən sonra 2017-ci ilin yanvar ayında hərbi xidmətə çağırılır. Yusif xidmətinin on ikinci ayında könüllü olaraq xüsusi təyinatlı qüvvələrdə hərbi xidmətini davam etdirmiş və bu qoşun növündə kiçik gizir vəzifəsinə layiq görülmüşdü. Vətən müharibəsi başlananda o da torpaqlarımızı azad etmək üçün döyüşlərə qatıldı. İlk dəfə Cəbrayıl uğrunda gedən döyüşlərdə ayağından saysız qəlpə yaraları almasına baxmayaraq qısa müddətdə yenidən döyüşlərə atıldı. Cəbrayıldan Şuşaya kimi döyüş yolu keçən Yusif Qurbanov dörd dəfə yaralanır. Lakin o, sağalar-sağalmaz yenidən döyüş yoldaşlarının yanına qayıdır. Göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin Sərəncamları ilə 3 -cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “Şücaətə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
    2022-ci ilin sentyabrında düşmənin genişmiqyaslı təxribatları nəticəsində Kəlbəcər uğrunda gedən döyüşlərdə yenidən iştirak edir. Çətin maneələri keçən bacarıqlı kəşfiyyatçı düşmənə ağır zərbələr vurur. Sentyabrın 12-də isə gecə saatlarında minaya düşərək yaralanır və sağ ayağını itirir. O, Kəlbəcər Hərbi Hospitalında ilkin yardım aldıqdan sonra Bakıya aparılır və Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilir. Beş gün komada qalan Yusif Qurbanov həkimlərin səyinə baxmayaraq sentyabrın 17-də şəhadətə yüksəlir. 18.09.2022-ci ildə Goranboy rayonunun Şəfəq kəndində dəfn edilir. O, gəncliyinin çağlayan anlarını yaşaya bilmir. 24 yaşlı şəhidimiz nişanlı idi. Tərtərdən nişanlandığı Məlahət Ağayevayla ailə həyatı quracaqdı. Ancaq bu iki gəncin arzuları nakam qaldı. Daha ətraflı »

  • 10Yan
    Şəhidlər Mülki şəhidimiz üçün şərhlər bağlıdır

    Bu vəhşilik unudulmayacaq

    Əsədov Sabit Usub oğlu 1981-ci ilin iyul ayının 27-də keçmiş Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.
    Uzun illər qaçqın-köçkün həyatı yaşayıblar. Son illərdə isə Şıxarxda tikilmiş yeni qəsəbədə ailəsinə 3 otaqlı mənzil veriblər. Şəraitləri, dolanışıqları yaxşılaşsa da, ürəyindəki yurd nisgili zərrə qədər azalmamışdı.
    Qardaşı İsgəndər Əsədovun dediklərindən: “Müharibənin 3-cü günü idi. Mən işdəydim. Ermənilər yaşayış məntəqələrimizi güclü atəşə tuturdular. Qardaşımdan çox nigaran idim. Bilirdim ki, qəsəbədən heç yerə getmir.
    Mən də qəsəbəyə yollandım. Sabitlə görüşüb, ehtiyatlı olmağı xahiş etdim. Dedim, özünü qoru, üç övladın var”.
    Lakin Sabit evindən uzaqlaşmaq istəməyib. Qardaşı İsgəndər günün ikinci yarısında yenidən qəsəbəyə gələndə, qazanxananın yanına mərmi düşdüyünü görüb. Qəlpələr ətrafa yayılıb, bir neçə nəfəri yaralamışdı. Onlardan biri də Sabit idi.
    Sabiti Bərdə mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək müm-kün olmayıb. O, sentyabrın 29-da Bərdə rayonunun Cə-yirli kəndində dəfn olunub.
    Sabit Əsədovun həyat yoldaşı Səadət xanım bu gün 3 övladını atasız böyüdür. Tacirin, Fidanın, Nurcanın atalı, xoşbəxt günlərini erməni cəlladları əllərindən alıblar. Təkcə bu ailə deyil, bütün xalqımız günahsız insanların qanını tökən erməni cəlladlarının vəhşiliyini heç zaman unutmayacaq.
    Sadə, zəhmətkeş insan olan Sabit Əsədovun xatirəsi qəlblərdə yaşayacaq.

    Svetlana Bağırovanın
    “Tərtərin tarix yazan oğulları” kitabından

     

  • 10Yan
    İdman ONLAR RAYONUMUZUN FƏXRİDİRLƏR üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    Məhəmmədəli Məmmədli və Gülay Mirzəliyeva şəhər 1 saylı tam orta məktəbin IXa sinfinin şagirdləridir. Hər ikisi idmanın boks növü ilə məşğul olur. Məşqçi müəllimləri respublikamızın Əməkdar məşqçisi Faiq Məmmədovdur. Bu yaxınlarda Məhəmmədəli və Gülay Bakıda keçirilən yeniyetmələr arasında boks üzrə ölkə çempionatından qələbə ilə rayonumuza dönüblər. Məhəmmədəli birinci yerin, Gülay isə üçüncü yerin qalibi olub, medal və diplomlara layiq görülüblər.
    Hər iki idmançını redaksiyamıza dəvət edib, uğurları haqqında danışmalarını xahiş etdik.
    Məhəmmədəli dedi:
    –İdmanla 5 yaşımdan məşğul oluram. İlk dəfə idman zalına gəldiyim günü heç vaxt unutmaram. Burada hər şey mənim üçün çox cəlbedici idi. Xüsusən də elə birinci məşqlərdən Faiq müəllimi sevdim, onun bütün tövsiyələrinə əməl etməyə çalışdım. Mən deyərdim ki, uğurlarımın başlanğıcında onun gərgin zəhməti dayanır. Hər dəfə böyük yarışlarda qələbə qazananda özümü ona borclu bilirəm. Artıq ikinci dəfə respublika yarışında birincilik əldə etmişəm.
    Gülay da sinif yoldaşının sözlərini təsdiqləyir:
    – Mən cəmi 8 aydır ki, idmanla məşğul oluram. Az müddətdə Faiq müəllim mənə boksu sevdirə bilib və artıq nəinki bölgə yarışlarında, respublika birinciliyində də medala layiq görülmüşəm. Arzum məşqlərimi davam etdirmək və gələcəkdə İdman Akademiyasına daxil olmaqdır. Daha ətraflı »

  • 10Yan
    Xəbərlər Şəhərimizdə növbəti iməcilik keçirilib üçün şərhlər bağlıdır

    Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür.
    Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən şəhərin Şıxəli Qurbanov, Elman Hüseynov küçələrində və Sabir parkında keçirilən növbəti iməcilikdə səkilər təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb, ağacların dibləri bellənib, əlavə yaşıllıq zolağı salınacaq yerlərə torpaq qatı verilərək hamarlanıb. Ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantıları təmizlənərək Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.
    Şəhərimizin təmizliyi, səliqə-səhmanı haqqında danışarkən bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, bəzi sakinlər düşünürlər ki, küçələrimizin gözəlliyini qoruyub saxlamaq yalnız kommunal təsərrüfatı işçilərinin vəzifəsidir. Belələri zibili hara gəldi tökür, plastik qabları, siqaret kötüklərini küçələrə tullayır, bir sözlə, səliqə yaratmaq əvəzinə, minbir əziyyətlə başa gələn gözəlliyə xələl gətirirlər. Onlar unudurlar ki, uzun illər boyu düşmənlə üz-üzə dayanan, qəhrəman övladları ilə seçilən şəhərimizi birlikdə qoruduğumuz kimi, onun daim yaraşıqlı, təmiz olması üçün də birgə çalışmalıyıq. Belə olan halda Tərtərə gələn qo-naqların yanında da üzümüz ağ olar.

    “Yeni Tərtər”