Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra, ermənilərin bizə qarşı apardıqları elan olunmamış müharibədə atəşkəsin əldə edilməsinə nail oldu. Bununla da Ordumuzun güclənməsinə və mübarizəmizin yenidən davam etdirilməsinə vaxt qazanıldı. Lakin atəşkəs dövründə də insanlarımızın qətlə yetirilməsi, şəhid olması dayanmadı. Əməkdaşımız Elfuzə Vəliyeva atəşkəs dövründə şəhid olan tərtərlilər haqqında məlumat toplamışdı. Burada həmçinin keçmiş Ağdərə rayonunun müdafiəsi zamanı şəhidlik zirvəsinə ucalan igidlərin fəa-liyyətini əks etdirən materiallar toplanıb. Aşağıda həmin yazıları oxucularımıza təqdim edirik.
Cəfərov Anar Qəzənfər oğlu
1982-ci il yanvar ayının 1-də Tərtər şəhərində anadan olub. 1997-ci ildə 1 saylı tam orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Tərtər şəhərindəki Texniki peşə məktəbinə daxil olub. 2000-ci ildə həmin peşə məktəbini geniş profilli traktorçu-maşınçı, təmirçi-çilingər və avtomobil sürücüsü ix-tisası üzrə bitirib. Yenidən 2003-cü ildə 96 nömrəli texniki peşə məktəbinin rabitə və elektrik montyo-ru, 2006-cı ildə “meyvə-tərəvəz” ustası ixtisaslarını bitirib.
2000-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra 2005-2007-ci illərdə Elektromexanika zavodunda gözətçi işləyib. 2008-ci il iyulun 6-dan müddətdən artıq hərbi xidmət qulluqçusu kursuna daxil olub. 2008-ci il oktyabrın 13-dən 703 saylı hərbi hissədə motoatıcı alayında komandir vəzifəsində işləyib. İşlədiyi müddətdə komandanlıq tərəfindən təşəkkür alıb.
2011-ci il dekabrın 6-da vəzifə borcunu yerinə yetirərkən başından ağır yaralanıb. Papanin hospitalına aparılsa da, de-kabrın 20-də hospitalda şəhid olub. Tərtər şəhər qəbiristanlığında dəfn olu-nub.
Evli idi. Fidan və Ayşən adlı 2 qızı var. Orta məktəbdə təhsil alırlar. Həyat yoldaşı Arzu Əliyeva Tərtər şəhər 1 saylı bağçada işləyir. Ailəsi ana-sı Esmira Süleymanova ilə birlikdə Tərtər şəhərindəki Qaçay Mehdiyev küçəsindəki 53 nömrəli evdə yaşayır.
Əliyev Azər Ələkbər oğlu
1969-cu il sentyabrın 13-də Ağdərə rayonunun Kərəmli kəndində doğulub. Həmin kənddə, 1985-ci ildə orta məktəbi bitirib, orada yaşayıb. 1986-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Almaniyada çəkib. 1988-ci ilin payızında xidmətini başa vurub. Bu zamanlar ermənilərin torpaq iddiası başlamışdı. Azərbaycanlı sakinlərin gediş-gəlişinə hər tərəfdən maneə yaradılırdı. Azər də Kərəmliyə vertolyotla qayıtmışdı. Kəndin qadın və uşaqlarını çıxarmışdılar. Onların ailəsi də Bərdə rayonunda məskunlaşmışdılar.
Azər Əliyev kəndə qayıtdıqdan sonra əvvəl özünümüdafiə dəstəsinə yazılıb, sonra isə 1991-ci ildə Ağdərə polisində polis işçisi kimi fəaliyyətə başlayıb. Döyüş yolu Murovdağdan, Aterk, Çıldıran, Drambon, Ağdərə və ətraf kəndlərdən keçib. Kəndlərin müdafiəsində ayıq-sayıqlığını itirməyib. Axırıncı döyüşü Borsunlu kəndində postda dayanarkən olub. Erməni polkovnikini öldürdükdən sonra ona məxsus olan ratsiyanı və silahı götürüb geri qayıdarkən snayperlə vurulub. Bununla da 1994-cü il aprelin 26-da şəhid olub, 27-də Bərdə Şəhidlər Xiyabanında dəfn olunub. Döyüş müddətində bir sıra mükafatları olub. Ölümündən 10 gün əvvəl sənədləri Polis Akademiyasına təqdim olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Ailəlidir, həyat yoldaşı Zərəngiz və 2 qızı – Gülər və Günel hazırda Bərdə rayonunda yaşayırlar. Daha ətraflı »
Yeni ismarıclar