Səhiyyə Nazirliyinin, Respublika Qan Bankının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq iştirak edib.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 200 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır. Daha ətraflı »
-
14MarXəbərlər Qanvermə aksiyası keçirilib üçün şərhlər bağlıdır
-
14MarŞəhidlər Şəhid ailələrinə aparan yollar unudulmur üçün şərhlər bağlıdır
“Konstitusiya və Suverenlik İli” ilə bağlı, Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Vüqar Telman oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Görüşdə mülki şəhid Xaliq və Elşən Abbasov qardaşlarının atası Asif Abbasov, mülki şəhid Pərviz Orucovun anası Dilrubə Orucova, Birinci Qarabağ müharibəsi şəhidi Etibar Heydərovun həyat yoldaşı Heyran Heydərova, Birinci Qarabağ müharibəsi əlili İsrail Məmmədov və “Azərbaycan bayrağı ordenli” Vətən müharibəsi iştirakçısı Elnur Salahov da iştirak ediblər.
Şəhid Məmmədov Vüqar Telman oğlu 1964-cü il dekabr ayının 31-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1983-1985-ci illərdə keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Qarabağ uğrunda müharibə başlayan vaxt Tərtər rayonu Qaz İstismarı İdarəsində çilingər işləyirdi. Tərtər rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbərliyə çağırılıb və N saylı hərbi hissənin tərkibində erməni faşistlərinə qarşı Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 29 dekabr 1993-cü ildə Ağdərə bölgəsində Dəstəgül kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Evli idi. Mamırlı kənd qəbiristanlığında dəfn edilib.“YENİ TƏRTƏR”
-
14MarXəbərlər Küçələrimiz abad olur üçün şərhlər bağlıdır
2025-ci ilin ilk aylarından başlayaraq şəhərimizdə tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Cari ildə şəhərdə şəhidlərin adını daşıyan 9 küçədə əsaslı təmir, digər 3 küçədə isə səkilərin salınması işləri nəzərdə tutulub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycanın Milli Qəhrəmanı, şəhid Murad Mirzəyevin və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş şəhid Elnur İbrahimovun adını daşıyan küçələrdə aparılan əsaslı təmir işləri ilə yerində tanış olub, aidiyyəti şəxslərə tövsiyə və tapşırıqlar verib.
Təmir aparılan küçələrdə istinad divarları hörülüb hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Rayon rəhbəri təmir işləri aparılan küçələrdə sakinlərlə görüşərək, onları narahat edən məsələləri yerində dinləyib, sakinləri əmin edib ki, şəhərdə abadlıq-quruculuq işlərinin uğurla da-vam etdirilməsi üçün bü-tün lazımi imkanlardan istifadə ediləcək.“YENİ TƏRTƏR”
-
14MarKənd təsərrüfatı 2024-cü ildə Tərtər rayonunda kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul yığımı və məhsuldarlığı haqqında üçün şərhlər bağlıdır
Son illərdə ölkəmizdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda həyata keçirilən islahatlar və yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və bu sahənin inkişafı üçün əlverişli imkanlar yaratmışdır.
Aqrar sektorun aparıcı və həlledici sahəsi olan kənd təsərrüfatında aparılmış islahatlar və görülmüş işlər öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixrac yönümlü məhsulların yetişdirilməsi, əkinçiliyin və heyvandarlığın inkişafı istiqamətində atılan addımlar, xüsusən bir sıra ənənəvi sahələrin, məsələn, baramaçılıq, tütünçülük, üzümçülük, pambıqçılıq və bu kimi sahələrin yenidən dirçəldilməsi kənd təsərrüfatının yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verib.
2024-cü ildə rayonda kənd təsərrüfatı məhsulunun həcmi 112331,1 min manat olmuş, əvvəli ilə nisbətən 6,1 faiz azlmışdır. Kənd təsərrüfatı məhsulunun 61112,3 min manatı və ya 54,4 faizi bitkiçilik sahəsinin hesabına formalaşmışdır.
Rayon üzrə 2024-cü ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 23136,2 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2023-cü ilə nisbətən 1149,4 hektar və ya 4,7 faiz azalmışdır. Əkin sahəsinin 7978 hektarını və yaxud 34,5 faizini dənli və dənli paxlalı bitkilər, 4611,7 hektarını və yaxud 20 faizini texniki bitkilər, 1466 hektarını və yaxud 6,3 faizini kartof, bostan və tərəvəz bitkiləri, 9080,5 hektarını və yaxud 39,2 faizini yem bitkiləri təşkil etmişdir. Daha ətraflı » -
14MarMilli-mənəvi dəyərlər NOVRUZ VƏ MİLLİ KİMLİK : ƏSRLƏR BOYU YAŞAYAN DƏYƏRLƏR üçün şərhlər bağlıdır
Milli kimlik bir xalqın varlığını qoruması və gələcək nəsillərə ötürməsi üçün vacib amildir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və ənənələri ilə bağlı olan Novruz bayramı bu kimliyin ən mühüm sütunlarından biridir. Əsrlər boyu müxtəlif çətinliklərə və xarici təsirlərə baxmayaraq, Novruz bayramı xalqın ruhunu yaşadan, birlik və həmrəylik hissini gücləndirən bir bayram olaraq qalıb. Bu bayram təkcə təbiətin oyanışı və yeni ilin başlanğıcı deyil, həm də xalqımızın mədəni və tarixi mirasının bir rəmzidir.
Novruz bayramının mahiyyəti təkcə şənlik və əyləncədən ibarət deyil. O, eyni zamanda Azərbaycan xalqının keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Xalqımız üçün bu bayram birləşdirici gücə malikdir, çünki Novruz zamanı ailələr bir araya gəlir, insanlar küskünlükləri unu-dur, dostluq və qohumluq münasibətləri möhkəmlənir. Novruzun əsas simvolları olan səməni, tonqal üstündən tullanmaq, papaq atmaq, yumurta döyüşdürmək kimi adətlər isə xalqın zəngin mədəniyyətini və dəyərlərini yaşadan vasitələrdir.
Lakin Novruz bayramı hər zaman sərbəst şəkildə qeyd olunmayıb. Xüsusilə də, Sovet İttifaqı dövründə milli dəyərlərə və adət-ənənələrə qarşı aparılan siyasət çərçivəsində Novruz bayramı da qadağalarla üzləşib. Sovet hökuməti milli bayramları ideoloji baxımdan zərərli hesab edirdi və onları unutdurmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. 1930-cu illərdən etibarən Novruzun rəsmi şəkildə qeyd edilməsinin qarşısı alınmışdı. Bununla belə, xalq Novruzu yaşatmaq üçün onu ailə daxilində qeyd etməyə davam edirdi. Daha ətraflı » -
13MarDigər Azərbaycan və Şimali Makedoniya Respublikası arasında siyasi dialoq dinamik xarakter alır üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata bəyanat verib.
Dövlət başçısı deyib:
Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq.
Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıq inkişaf edir. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır.
Avropa Azərbaycan qazına ehtiyac duyur.
Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.
Diqqətə çatdırılıb ki, xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Prezident İlham Əliyev deyib: Daha ətraflı »
-
10MarDigər Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı üçün şərhlər bağlıdır
Tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında göstərdiyi şücaət, eyni zamanda Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər, Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımız bunun bariz nümunəsidir.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar.
Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Daha ətraflı »
-
06MarDigər Prezident cənab İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. üçün şərhlər bağlıdır
Təbrik mətnində deyilir:
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar.
Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.
Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.
Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.
Əziz xanımlar!
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2025-ci il
-
04MarDigər Tərtər: Məğrurluğun tarixdəki izləri üçün şərhlər bağlıdır
Azərbaycanın hər qarışı tarixlə yoğrulub, hər daşında, hər çınqılında bir keçmişin izi var. Amma elə torpaqlar var ki, onların adı sadəcə coğrafi məkan kimi yox, qəhrəmanlıq dastanının bir parçası kimi tarixdə əbədi həkk olunub. Bu torpaqlarda hər səs – küləyin uğultusu, çayın axışı, quşların nəğməsi – bir döyüşçünün pıçıltısına, bir şəhidin xatirəsinə çevrilib. Məhz belə rayonlardan biri də Tərtərdir – qəhrəmanlıq və dözüm simvolu, bir millətin məğrur dayanışmasının canlı sübutu. Bu yazını bir tərtərli olaraq qələmə alıram. Çünki bu torpaq təkcə bir məkan deyil, ruhumuzun bir parçasıdır. Burada doğulub böyüyən hər kəs bilir ki, Tərtər bir mübarizə məktəbidir. Onun hər küçəsində, dağında, çayında qəhrəmanlıq nəğməsi var.
Tərtər şəhidlərinin hər biri bir dastandır – onların qanı ilə sulanan bu torpaq indi azad nəfəs alır. Hər biri ölümə meydan oxuyaraq, Vətənin bütövlüyü uğrunda can verdi və indi azad səmanın altında yaşayan hər kəs üçün bir nur, bir qürur mənbəyinə çevrildi.
Tərtər birinci Qarabağ müharibəsində düşmənin amansız hücumlarına sinə gərən, lakin işğal olunmayan rayonlardan biridir. Burada hər daş, hər küçə, hər ev illər boyu yaşanan müharibənin izlərini daşıyır. İkinci Qarabağ müharibəsində isə Tərtər ən çox dağıntıya məruz qalan rayonlardan biri oldu –raketlər, mərmilər səssiz küçələri sarsıtdı, məktəbləri, evləri, məscidləri hədəfə aldı. Lakin bu rayonun insanları nə geriyə çəkildi, nə qorxdu, nə də ruhdan düşdü. Əksinə, onlar daha da gücləndi, daha da qürurlandı, daha da bir oldu.
1990-cı illərdə Ermənistanın təcavüzkarlığı Qarabağda amansız döyüşlərə səbəb oldu. Döyüşlər davam etdikcə, Tərtər ən çətin mərhələlərdən keçdi. Dəfələrlə Murovdağdan, Suqovuşan istiqamətindən gələn hücumlara baxmayaraq, rayon qəhrəmancasına müdafiə olundu. Məhz Tərtərin məğrur döyüşçülərinin sayəsində bu torpaqlar erməni işğalına məruz qalmadı. Ermənistan Silahlı Qüvvələrinin təzyiqlərinə baxmayaraq, rayon əhalisi ərazini tərk etmədi, torpaqlarını qorumağa davam etdi. Bu müqavimət Azərbaycan Ordusunun sonrakı uğurlu əməliyyatları üçün əhəmiyyətli bir istinad nöqtəsinə çevrildi. Daha ətraflı » -
04MarŞəhidlər Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub üçün şərhlər bağlıdır
“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.
Heydər Əliyev, Ümummilli LiderTərtər rayonunda 26 fevral–Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Anım tədbirində öncə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Xocalı şəhidlərinin ruhuna dualar oxuyub. Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzüb, məktəblilərin faciəyə həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxış keçiriblər.
Yeni ismarıclar